ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz. Hər şey super olacaq !

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
nihad | 15 Yanvar 2015 09:34
salam men mingecevirde yasayiram sizin yaniniza gelmek isteyirem ancaq vaxt yoxdu isleyirem. xahish edirem deyesiniz bir mualiceye neqeder vaxt lazimdi. sag olun
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 08:07
Salam Nihad. Bir iş günü müayinə və müalicələr üçün kifayətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emin | 15 Yanvar 2015 09:26
salam hekim varikoz xesdeliyi cinsi zeifliye sebeb ola bilermi?MINNETDARAM
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 07:56
Salam Emin. Əgər Söhbət xaya damarlarında olan varikozdan ( varikosele) gedirsə, bunun cinsi zəifliyə  aidiyyatı yoxdur.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Niyameddin | 14 Yanvar 2015 13:36
Salam hekim. Size bir nece sualim var 1.boyuk bayira gedende bezi hallarda seliy gelir 2.sperma evvelkine nisbeten az olur 3. Pcr den analiz vermiwem infeksiya cixmiyib bes bular neden ola biler? Evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 07:01
Salam Niyameddin. Bu prostat vəzidə iltihabın  - prostatitin əlaməti ola bilər. Dəqiqləşdirib, düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Bahruz | 14 Yanvar 2015 12:16
salam doktor.menim 35 yashim var 5 ildir evliyem ushaq olmur.xahish edirem komek edin.SPERMOQRAMA PH7.6 1ml de SPERMATAZOIDLERIN SAYI 45mln butun eyuk sperma sayi180mln iRELI HEREKETLILER12% REKSIHEREKETLER 29% HEREKETSIZLER 59% HEREKETLI SPERMAT SAYI 41%. SPERMATAZOIDLERINREZISTENLIYI. PATALOJI FORMALAR60%:BASH HISSE28% QUYRUQ12% SPERMATAODLERIN HEREKET FORMASI:DUZ XETT UZRE 30% DAIREVI 70% AQLUTINASIYA EPITELHUCEYRELERI1-2g.sLEYKUSITLER2-4g.s EROTROSITLER YOX.LESITIN ORTA MIQ.SPERMTOGINEZ ELEMENTLERI 1-2%
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 07:01
Salam Bahruz. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozoidlərin faizi normadan azdır. Səbəbləri dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir.  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Lara | 14 Yanvar 2015 10:14
Salam elekum size bir sual vermek isterdim ... Cinsi elaqe zamani spermanin geri axmasi (cole)uwagin olmamasina sesebdir ?? Onceden tewekkurler.
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 07:01
Salam Lara. Bəli, səbəb ola bilər. Olmaması üçün, ginekoloqa müraciət edin, hansı tədbirlər görülməlidir izah olunacaq. Uğurlar.
Elsen | 14 Yanvar 2015 09:30
Salam hekim men 2aydir aile qurmuwam 1aya yaxindir penisn uzerinde ag xirda sepgiler yarandi bu neden ola biler?
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 07:01
Salam Elsen. Bu çox təhlükəli olan, herpes virusunun (suluq formasındadırsa) əlaməti ola bilər. Mütləq dəqiqləşdirin, bu gələcək hamiləliyə təsir edə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Bəxtiyar | 14 Yanvar 2015 08:09
Salam həkim. Ereksıyanın zəifliyi,həvəssizlik və ereksiya müddətin az olması nədən irəli gəlir və nə məsləhət görürsüz? Əvvəlcədən təşəkkür
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 07:01
Salam Bəxtiyar. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
amil | 13 Yanvar 2015 23:03
SALAM hekim mende penis etrafi quru ama ele biki yanib sepgi emele gelib.aileliyem xlamidiyadan mualice almisiq.bu ne ola biler.analiz spermanin ekilmesin analiz vermisem.ne edim.ALLAH RAZI OLSUN.AMIN.
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 07:01
Salam Amil. Birinci növbədə başqa cinsi infeksiyalar da yoxlanmalıdır və əgər aşkarlanarsa, müalicə edilməlidir. Əgər aşkarlanmasa, dəri xəstəliyinin əlaməti ola bilər.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 13 Yanvar 2015 22:30
salam hekim men sperm analizi verdim ve netice bunlar cixdi sizden xahiwim ise bu sperm faizleri normaldim?ve gelecekde ovlad sahibi ola bilmek mumkundumu.Miqdar 5ml....rengi agimtil......iyi spesifik.....qatiligii 0.4.....pH 7.5....1mlde sperm sayisi 48x10 üstü 6....Butun eyakulyatorda sperm sayisi 288x10ustu 6.....duzxetli hereketli 22faiz...yavaş hereketli 29faiz....yerinde hereketli15faiz...hereketsiz34faiz ..... spermagulnasiya .....baw basa .....quyruqquyruga ...qarisiq-........leykositler 4-5.....lesitin huceyreleri 5-6....normal sperm 72faiz....patolojı sperm28faiz....spermatogenez elementi 2faiz
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 07:00
Salam Orxan. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozoidlərin faizi normadan azdır. Səbəbləri dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Raul | 13 Yanvar 2015 12:54
Salam.Menim spermaqramma analizinin neticesi 7 mln sperma 2% hereketlilik 8% qariwig hereketlidir qalan gostericiler normala uygundur.men xayalarin,prostat vezinin ve qarin bowlugu orqanlarinin uzisini vermiwem netice normaldir.hormanlarda yaxwidir.bakteriyalari da yoxlatmiwam o da yaxwidir.Amma sebebi bilinmir menim analizimin niye bele olmasinin.Hec demek olarki hekimin yazdigi mualicenin de tesiri yoxdur.25 yasim var bir il bundan qabag sperma analizimin neticesi normozospermiya olub.Hekim sizce sebeb ne ola biler?
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 07:00
Salam Raul. Bu situasiyada bir variant var -  müayinələr düzgün ya tam aparılmayıb, çünki bu göstəricilərdə mütləq cinsiyyət sistemində səbəb olmalıdır. Təkrar, fərqli klinikada müayinələrdən keçib, diaqnoz dəqiqləşdirilməlidir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elvin | 13 Yanvar 2015 11:51
Salam hekim! Mende 1 aya yaxindir ki, cinsiyyet orqanimda ereksiya baw vermir. Demek olar ki, hec bir sebeb mueyyen etmeden hevessiz olmuwam. Bezen masturbasiya edirem yoxlamaq ucun onda da penisim berkimemiw bowaliram. Onu da deyim ki, bu hal mende axirinci defe qadinla bir yerde olanda onunla elaqede oldum, lakin yarimciq saxladiqdan sonra xayalarimda widdetli agrilar yarandiqdan sonra baw verdi. Iw rejimim ise oturaqdir. Yeni gun erzinde 5-7 saat komputer qarwisinda eylewirem. Xahiw edirem mene her hansi tovsiyenizi bildirerdiniz
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 06:59
Salam Elvin. Qadınla cinsi əlaqədə olmağa cəhd edin, əgər normal cinsi əlaqədə olmağa çətinlik çəksəz, müalicə kursuna ehtuyac olacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
SEHANE | 13 Yanvar 2015 11:33
SALAM HEKIM.BIR ILDIR AILELIYIK.YOLDASIMDA CISI ZEIFLIK VAR HEKIM MUALICE EDIB.LAKIN YENE USAGIMIZ OLMUR,NE MESLEHET GORURSUZ
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 06:59
Salam Sehane. Cinsi zəiflik və kişi sonsuzluğu ayrı-ayrı diaqnozlardı və hər iki diaqnozda bir məsləhət var, düzgün müayinə və müalicə olunmaq, vəssəlam. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emil | 13 Yanvar 2015 11:25
Salam.bagiwlayin narahat edirem.mende cinsiyyetimde biraz eyrilik var ama cox deyil yuxari hissendedi.uc aydi aile qurmuwam ve yoldawmda hec bir prablem yoxdu.yoldawmda hamileliyin baw tutmamasi mendeki cinsiyyetin eyriliyi ola biler? Cavaba gore evvelceden tewekkurler. Xaiw edirem etrafli yazardiz.
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 06:59
Salam Emil. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Amma əyriliyin hamiləlik ehtimalına aidiyyatı yoxdur. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Daha çox