315
10 İyul 2018
Teratozoospermiya
Teratozoospermiya

Bugünkü gündə ailə cütlüklərinin təxminən 15-20% sonsuzluqdan əziyyət çəkir (DST-nin məlumatlarına görə). Bu halların yarısında sonsuzluğun səbəbkarı aşağı spermoqramma göstəricilərinə malik olan kişilərdir. Uğurlu mayalanma üçün ən vacib amillərdən biri spermanın tərkibində morfoloji cəhətdən normal spermatozoidlərin miqdarının yüksək olmasıdır. Kişi sonsuzluğuna çox vaxt spermaqatogenez pozuntuları, məsələn teratozoospermiya səbəb olur.

Teratozoospermiya: bu nədir?

Teratozoospermiya spermatozoidlərin hasilatı sisteminin pozulmasıdır və, o, ilk növbədə, eyakulyatda spermotozoidlərin patoloji formalarının yüksək tərkibi (adətən 96%-dən çox) ilə xarakterizə olunur. Başlığın, boynun, quyruğun müxtəlif qüsurlarına malik olan spermatozoidlər patoloji spermatozoidlər hesab edilirlər. Bu səbəbdən də, belə spermotozoidlər mayalanma üçün yararsız olurlar və ya patoloji hamiləliyə səbəb ola bilərlər. Başqa sözlə, teratozoospermiya – eyakulyatda normal formalı spermatozoidlərin payının azalmasıdır (və ya spermatozoidlərin patoloji formalarının faizinin çox olmasıdır). Şərt Krüqer meyarına (Krüqer üzrə spermoqramma) əsasən, indiki zamanda pasiyentdə ən azı 4% normal formalı spermotozoidlər olmalıdır. Bu rəqəmdən aşağı tərəfə yayınma patologiya kimi qiymətləndirilməlidir.

Anomal spermatozoidlərin yüksək faizi nə ilə təhlükəlidir? Ən yaxşı halda, bu təbii yolla hamiləliyin baş vermə ehtimalını azaldır (süni inseminasiyaya müraciət etmək lazım olacaq), ən pis halda isə bu hamiləliyin baş verməsi, lakin hamiləliyin dayanma təhlükəsi, uşağın salınması və ya döldə anadangəlmə patologiyaların inkişaf etməsi ilə nəticələnir. Bundan başqa, teratozoospermiya kişi sonsuzluğuna da səbəb ola bilər.

Teratozoospermiyanın səbəbləri

Teratozoospermiyanın bir çox yaranma səbəbləri mövcuddur, onları aşağıdakı qruplara bölürlər:

Xayaların və xaya artımlarının iltihabi xəstəlikləri, o cümlədən epididimit, orxit, və s.;

Prostatit;

Uretrit;

Virus infeksiyaları ilə yoluxma (məsələn, parotit);

Cinsi yolla ötürülən infeksiyalarla yoluxma;

Varikosel xəstəliyi (damar genişlənməsi);

Müxtəlif mənşəli şişlər;

Ətraf mühitin mənfi təsiri. Buraya temperatur təsirlər, radiasiya, yanlış qidalanma rejimi daxildir;

Hormonlarının səviyyəsinin normadan kənara çıxmasına səbəb olan endokrin sistemin xəstəlikləri, eləcə də qalxana bənzər vəzinin patologiyaları;

Genetik (irsi) xəstəliklər;

Zərərli vərdişlər və yanlış həyat tərzi, narkotiklərin, alkoqolun, tütünün qəbulu, eləcə də stresslərin, həddindən artıq yüklənmələrin, yuxu pozulmalarının və s. olması.

Teratozoospermiyanın diaqnostikası

Spermatogenezin digər pozuntuları ilə olduğu kimi, teratozoospermiya Krüqer üzrə morfologiya ilə spermoqramma analizinin köməyi ilə diaqnostika olunur (eyakulyatın mikroskopik müayinəsi).

Spermoqramma analizi

Krüqer üzrə morfologiya ilə spermoqramma analizi spermatozoidlərin strukturunda aşağıdakı dəyişiklikləri müəyyən etməyə imkan verir:

Başlığın quruluş qüsurları – formada, ölçüdə, miqdarda (iki və daha çox) anomaliyalar;

Spermotozoidlərin orta hissəsinin və onun boynunun quruluş qüsurları – bərkidilmənin asimmetrikliyi, boynun əyilməsi, orta hissənin qalınlığında dəyişikliklər;

Quyruğun formasının qüsurları – qısa, qeyri-bərabər qalınlıqda, burulmuş, əyilmiş, çox nazik və çoxsaylı;

Teratozoospermiyanın müalicəsi

“Teratozoospermiya” diaqnozu androloq tərəfindən qoyulur. Müvafiq müalicəni də o həyata keçirir. Teratozoospermiyanın müalicəsinə bu patologiyaya (mövcud olduqları təqdirdə) səbəb olan amillərin (xəstəliklərin) aradan qaldırılmasından başlamaq lazımdır. Əgər belə bir amil kimi iltihabi xəstəlik çıxış edirsə, həkim iltihab əleyhinə terapiya təyin edir, virus infeksiyası olduğu halda isə, müalicə üçün virus əleyhinə preparatlar təyin edilir. Necə olursa olsun, pasiyent təyin olunmuş rejimə, tövsiyə edilmiş həyat tərzinə və balanslaşdırılmış qidalanmaya riayət etməlidir.

Səbəblər müəyyən edildikdən və müalicə olunduqdan sonra, androloq spermatozoidlərin keyfiyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş əlavə medikamentoz müalicə təyin edə bilər. Kişi sonsuzluğunun müalicə metodikaları şərti olaraq terapevtik, cərrahi və köməkçi reproduktiv texnologiyalara bölünür, həmçinin kombinə edilmiş (qarışıq) üsullardan da istifadə olunur. Bu patologiya təxminən yarım il ərzində müalicə olunur.

Beləliklə, teratozoospermiyanı müalicə etmək mümkündürmü? Müalicə ayrıca bir proses şəklində, eləcə də köməkçi reproduktiv texnologiyalar proqramına uyğun olaraq əlavə bir mərhələ kimi həyata keçirilə bilər. Məhz ikinci halda hamiləliyin inkişafının dayanması, uşağın salınması və döldə patologiyaların inkişaf etmə təhlükəsini minimuma endirmək və maksimum dərəcədə müsbət nəticələrə – sağlam uşaqların dünyaya gəlməsinə nail olmaq məqsədi ilə teratozoospermiyanın müalicəsi və normal formalı spermatozoidlərin miqdarının artırılması süni mayalanma planlaşdıran cütlüklərdə həyata keçirilir. Müalicə tamamlandıqdan sonra spermoqrammanın Krüqer üzrə kontrol analizini icra etmək lazımdır.

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda