86
9 İyul 2018
Astenozoospermiya
Astenozoospermiya

Astenozoospermiya – eyakulyatda hərəkətli, aktiv spermatozoidlərin konsentrasiyasının (miqdarının) azalması və onların hərəkət sürətinin aşağı düşməsidir. Demək olar ki, halların 40%-ində kişi sonsuzluğuna aktiv-hərəkətli spermatozoidlərin miqdarının azalması (astenozoospermiya) səbəb olur. Astenozoospermiyanın nə olduğunu anlamaq üçün DST (Dünya Səhiyyə Təşkilatı) üzrə spermatozoidlərin hərəkətlilik qruplarını nəzərdən keçirmək lazımdır:

* proqressiv-hərəkətli - PR (progressive motility) – sürətindən asılı olmayaraq aktiv şəkildə xətt və ya böyük radiuslu dairə üzrə hərəkət edən spermatozoidlər (əvvəllər “a + b kateqoriyası),

* qeyri-proqressiv-hərəkətli – NP (non-progressive motility) – bütün digər proqressiyasız hərəkət növləri (əvvəllər “c” kateqoriyası),

* hərəkətsiz – IM (immobility) – hərəkət yoxdur (əvvəllər “d” kateqoriyası).

Spermatozoidləri qiymətləndirərkən ümumi (PR+NP) və proqressiv (PR) hərəkətliliyi fərqləndirmək vacibdir. Ümumi hərəkətlilik (PR+NP) göstəriciləri 40%-dən, aktiv hərəkətli spermatozoidlərin (PR) göstəricisi isə 32%-dən aşağı olduqda – astenozoospermiya diaqnozu qoyulur.

Diqqət! Dünya Səhiyyə təşkilatının (DST) 2010-cu ildən olan son İnsan eyakulyatının öyrənilməsi üzrə təlimat kitabçasında spermatozoidlərin hərəkətliliyinin dörd qrup (A, B, C, D) üzrə təsnifatı ləğv edilmişdir. Beləliklə, bugünkü gündə qiymətləndirmə üç qrup üzrə aparılır. Əksər klinkalarda hələ də köhnəlmiş standartlarla spermoqramma analizi aparılır. Diqqətli olun!

Astenozoospermiyanın səbəbləri

Astenozoospermiyanın yaranmasının bir çox səbəbi hələ məlum deyil, lakin əsas xarici və daxili səbəbləri qeyd edirlər:

Xarici amillər:

1. Orqanizmin zəifləməsi fonunda immunitetin zəifəməsi;

2. Siqaret çəkmə, alkoqol, narkotiklər;

3. Radiasion və ya elektromaqnit şualanma;

4. Yüksək temperatur amili;

5. Ekoloji mühitin pisləşməsi və s.

Daxili amillər:

1. Cinsi yolla ötürülən xəstəliklər;

2. Prostatit

3. Varikosel. Varikosel zamanı (venoz durğunluq nəticəsində toxum ciyəsi venalarının genişlənməsi) xayalarda və onun artımlarında spermatogenez pozulur.

4. Antispermal anticisimlərin olması;

5. Autoimmun pozuntular;

6. Genetik (irsi) patologiyalar;

Astenozoospermiyanın diaqnostikası

“Astenozoospermiya” diaqnozunu spermoqramma analizləri əsasında androloq təyin edir. Spermoqrammanı arada ən azı 2 həftəlik fasilə ilə ən azı 2 dəfə vermək lazımdır. Daha sonra, androloq astenozoospermiyanın səbəbini müəyyən edir.

Normal sperma faizi nece olmalidir? - Spermoqramma məqaləsindən oxuyun

Astenozoospermiyanın müalicəsi

Astenozoospermiyanın səbəb olduğu kişi sonsuzluğu əksər hallarda uğurla müalicə olunur. Spermatozoidlərin hərəkətliliyinin azalmasını yalnız xəstəliyin səbəbini müəyyən etdikdən sonra uğurla müalicə etmək olar. Anadangəlmə patologiyanın səbəb olduğu astenozoospermiya müalicə olunmur. Belə hallarda dərhal EKM+İKSİ (ICSI) tövsiyə edilir. Qalan hallarda, astenozoospermiyanın səbəbinin aradan qaldırılması spermatozoidlərin hərəkətliliyinin artmasına gətirib çıxarır. Uğurlar!

 

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda