25833
10 İyul 2018
Prostatitin təbii müalicəsi. İdman.
Prostatitin təbii müalicəsi. İdman.

Prostat vəzi – kişi sidik-tənasül sisteminin vacib orqanıdır. Kişi sağlamlığı üçün prostat vəzinin fəaliyyəti həyati vacib əhəmiyyət daşıyır, məhz buna görə də prostat vəzinin məşqi əla profilaktik və hətta müalicəvi vasitəyə çevrilə bilər. Prostatit zamanı fiziki çalışmalar – kompleks müalicənin komponentlərindən biridir. Çalışmalar kompleksindən müntəzəm qaydada istifadə edən pasiyentlər bir müddət sonra öz əhvalının yaxşılaşmasını, bu xoşagəlməz xəstəliyin simptomlarının yox olmasını qeyd edirlər.

Prostatit — hazırki dövrün ən ciddi problemlərindən biridir. Bu çoxlu problemlərə və diskomforta səbəb olan xəstəlikdir. Bu xəstəlik müalicə tələb edir. Prostat xəstəlikləri zamanı medikamentlərlə yanaşı kişilər üçün fiziki çalışmalar da müalicəyə mütləq qaydada daxil edilirlər.

Fiziki çalışmalar

Müalicəvi gimnastikadan prostatitin müalicəsi və profilaktikası üçün istifadə olunur. Prostatit zamanı yerinə yetirilən çalışmaların əsas məqsədi prostat vəzində qan dövranını yaxşılaşdırmaq və aralıq nahiyəsinin əzələlərini möhkəmləndirməkdir. Gimnastika sağalma proseslərinin sürətlənməsinə, iltihabın azalmasına, mübadilə proseslərinin normallaşmasına kömək edir, prostat vəzi sekretinin durğunlaşmasının qarşısını alır və bununla da onun funksiyasını normaya salır.

Kegelin çalışmaları

1920-ci illərdə Arnold Kegel tərəfindən hazırlanmış müalicəvi gimnastika kompleksindən bütün dünyada prostat vəzinin müalicəsi və profilaktikası üçün geniş istifadə olunur. Kegelin çalışmaları çanağın dibində (aralıq nahiyəsində) yerləşən əzələlərin möhkəmləndirilməsi məqsədi ilə hazırlanmışdırlar. Bu çalışmaların yerinə yetirilməsi üçün xüsusi hazırlıq və ya idman zalının olması tələb olunmur.

Kegelin çalışmalarının yerinə yetirilməsi:

1. Növbə ilə çanaq dibinin əzələlərini yığın və boşaldın. Bunun üçün sağrı əzələlərini bir-birinə yaxınlaşdıraraq gərginləşdirin və anusun əzələ halqasını içəri çəkin (5-7 saniyəlik). 10 təkrardan başlamaq, daha sonra onların sayını, sutkada 3-4 dəfə yerinə yetirilməklə, 50-yədək çatdırmaq tövsiyə olunur. Müəllif çalışmaları hər hansı bir pozada öyrənməyi, gələcəkdə isə onu dəyişməyi tövsiyə edir. Məsələn, gündə bir dəfə çalışmanı uzanmış vəziyyətdə, ikinci dəfə - “çömələrək”, üçüncü dəfə - oturaraq, dördüncü dəfə isə - iki əl və iki ayaq üstə duraraq yerinə yetirmək olar.

2. Sidik ifrazı zamanı sidik axınını 4-5 dəfə dayandırmaq, sonra isə boşalaraq sidik ifrazını bərpa etmək lazımdır. Bu çalışmanın yerinə yetirilməsinin başlanğıcında qarnın aşağısında cüzi ağrılar və sidik axarı boyunca sancılar yarana bilər. Adətən 1-2 gündən sonra diskomfort hissləri keçib gedir.

Prostatit zamanı oturub-durmalar

Oturub-durmalar çanaq dibinin əzələlərini möhkəmləndirməyə və yerli qan dövranını yaxşılaşdırmağa kömək edir. Çalışmanın 3 növünü yerinə yetirmək tövsiyə olunur.

Klassik oturub-durmalar – ayaqlar geniş qoyulur, çanaq sümüyü yerə perpendikulyar şəkildə endirilir. Diqqət yetirmək lazımdır ki, dizlər aşağı vəziyyətdə ayaq pəncələri ilə eyni səviyyədə olsunlar, lakin önə çıxmasınlar;

Yarı-oturub-durmalar. Elə yerinə yetirilir ki, sanki insan hündür kürsüyə oturmaq istəyir, lakin son məqamda fikrini dəyişir və durur. Aşağı vəziyyətdə 5 saniyəlik yubanmaq lazımdır;

«Pliye». Bu çalışma baletdən götürülüb. Ayaqlar geniş qoyulur, ayaq pəncələri yan tərəflərə baxır. Maksimum dərəcədə dərin oturaraq 5 saniyəlik yubanmaq lazımdır. Tapşırığı ayaqların ucunda dura-dura yerinə yetirmək yolu ilə çətinləşdirmək olar. Tarazlığı saxlamaq üçün əllərlə kürsünün belindən tutmaq olar;

Divar. Divarın önündə durmaq, sağrıları və beli ona doğru sıxmaq. Bu vəziyyətdən, divardan qopmadan yavaş-yavaş oturub-durmanı yerinə yetirmək. Çalışmanın yerinə yetirilməsi zamanı dizlər birləşili olmalıdırlar;

Hər gün hər bir çalışmanın 10 təkrarını yerinə yetirmək tövsiyə olunur. İlk günlərdə əzələlərdə ağrı yarana bilər.

Digər çalışma növləri

«Qayçı»: bel üstə uzanaraq ayaqları bir az qaldırmaq, yan tərəflərə aralamaq, sonra isə çarpazlaşdırmaq. Təxminən 15 dəfə təkrar edilir.

«Velosiped»: eyni vəziyyətdə uzanaraq xəyali pedalları fırlatmaq, hər bir ayaq üçün minimum 25 hərəkət.

Fiziki yüklənmələr hansı effektə malikdirlər?

Prostatit zamanı prostat vəzi üçün nəzərdə tutulmuş çalışmalar sirkulyasiyanı, və bunun nəticəsi kimi sidik-tənasül sistemi orqanlarına qan axınını yaxşılaşdırır, sinir sistemini aktivləşdirir, damarların divarlarını və çanaq-bud oynağının əzələlərini möhkəmləndirir, iltihabi prosesin aradan qalxmasına kömək edir, ümumilikdə orqanizmin ümumi tonusunu yüksəldirlər. Onlar həmçinin ümumi fiziki durumun yaxşılaşmasına kömək edir, sidik ifrazı prosesini asanlaşdırır, ağrı hisslərini azaldırlar.

Prostatitin idman hərəkətləri ilə müalicə üsulunun üstünlüyü

Digər üsullardan fərqli olaraq prostatitin müalicəsi üçün fiziki çalışmalar tamamilə zərərsiz və təhlükəsizdirlər. Onlar yan təsirlərə malik deyillər və bütün orqanizmə müsbət təsir göstərirlər. Məşqlərə başlamazdan əvvəl yeganə diqqət yetirilməli olan məsələ - fiziki yüklənmələrə icazə verilmədiyi müşayiətçi xəstəliklərin olmasıdır. Buna görə də, prostat vəzi üçün çalışmalar kompleksinin yerinə yetirilməsinə başlamazdan əvvəl müalicə edən həkimlə məsləhətləşmək lazımdır.

Tövsiyələr

Bütün kişilər birinci növbədə aşağıdakı məqamı nəzərə almalıdırlar: sidik-tənasül sistemi xəstəlikləri olduqda prostat vəzinin möhkəmləndirilməsi üçün çalışmalar problemin tam həlli üçün kifayət etməyəcəklər. Bundan əlavə, həmişə mütəxəssislə məsləhətləşmək lazımdır. Androloq hər şeyi ətraflı şəkildə izah edəcək, sağalma prosesini öz nəzarəti altına götürəcəkdir.

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda