20566
9 İyul 2018
Prostat vəzi. Prostat vəzinin xəstəlikləri
Prostat vəzi. Prostat vəzinin xəstəlikləri

Prostat vəzi nədir

Prostat vəzi – yalnız kişilərdə olan orqandır. Prostat vəzi - əzələ-vəzi orqanıdır. Onun vəziləri xüsusi şirənin hasilatına görə cavabdehdirlər, onun əzələləri isə bu şirəni eyakulyasiya(boşalma) zamanı vəzdən kənara çixmağa şərait yaradır.

Prostat vəzinin forması.

Prostat vəzi şabalıdı xatırladan və əsası yuxarıya yönəldilmiş qeyri-düzgün kürə formasına malikdir. Prostat vəzinin ölçüsü kişinin yaşından asılı olaraq dəyişir.

Prostat vəzinin normal ölçüləri

Prostat vəzinin uzunluğu orta hesabla 30 mm, eni – 40 mm, qalınlığı isə - 20 mm təşkil edir. Tibbi statistikaya əsasən, sağlam kişilərin prostat vəzinin normal ölçülərinin sərhədləri aşağııdakılardı:

  • uzunluq – 25 mm-dən 45 mm qədər;
  • eni – 22 mm-dən 40 мм qədər;
  • qalınlıq – 15 mm-dən 23 mm qədər.

Prostat vəzinin normal həcmi orta hesabla 30 sm3-du. Yaşından asılı olaraq, kişilərdə aşağıdakı prostat vəzi həcmləri normal sayılır: 

  • 20 yaşa qədər – 20 sм3 qədər
  • 20-30 yaş - 25 sм3 qədər
  • 30-50 yaş – 30 sм3 qədər
  • 50 yaşdan yuxarı – 35 sм3 qədər

Prostat vəzinin yerləşməsi.

Prostat vəzi kiçik çanaqda sidik kisəsinin altında yerləşir, düz bağırsağın önündən, ağuş sümüklərinin arxasında sidik kanalının başlanğıc hissələrini əhatə edir. Bir qədər önə və aşağı əyilən prostat vəzinin əsası demək olar ki tam şəkildə sidik kisəsinin dibi ilə bitişir.

Prostat vəzinin əsas funksiyaları aşağıdakılardır:

1. Toxum mayesinin müəyyən hissəsinin hasilatı

2. Cinsi əlaqə zamanı spermanın atılmasında iştirak

3. Ereksiyanın əmələ gəlməsi (dolayı təsir)

4. Sidiyin saxlanılmasında iştirak

Prostat vəzi xəstəlikləri adətən üç istiqamətə bölünür:

1. Prostatit – iltihabi proseslə əlaqəli olan xəstəlik;

2. Prostat adenoması - Prostat vəzinin xoşxassəli hiperplaziyası – xoşxassəli şiş;

3. Xərçəng – prostat vəzinin bədxassəli şişi.

Əksər hallarda bu xəstəliklərin yaranması gec müddətlərdə baş verir, buna görə də vaxtında peşəkar kömək üçün müraciət etmək çox vacibdir.

Prostat vəzi xəstəliklərinin müalicəsi

Prostatitin, prostat vəzi adenomasının və digər xəstəliklərin müalicəsi üçün androloqa müraciət etmək lazımdır. Prostat vəzi xəstəliklərinə qarşı mübarizə taktikası tam olaraq patoloji prosesin və ona səbəb olmuş amillərin xarakterindən asılıdır. Tədbirli olun və öz sağlamlığınızı qoruyun!

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda