ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Raul | 13 Yanvar 2015 12:54
Salam.Menim spermaqramma analizinin neticesi 7 mln sperma 2% hereketlilik 8% qariwig hereketlidir qalan gostericiler normala uygundur.men xayalarin,prostat vezinin ve qarin bowlugu orqanlarinin uzisini vermiwem netice normaldir.hormanlarda yaxwidir.bakteriyalari da yoxlatmiwam o da yaxwidir.Amma sebebi bilinmir menim analizimin niye bele olmasinin.Hec demek olarki hekimin yazdigi mualicenin de tesiri yoxdur.25 yasim var bir il bundan qabag sperma analizimin neticesi normozospermiya olub.Hekim sizce sebeb ne ola biler?
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 07:00
Salam Raul. Bu situasiyada bir variant var -  müayinələr düzgün ya tam aparılmayıb, çünki bu göstəricilərdə mütləq cinsiyyət sistemində səbəb olmalıdır. Təkrar, fərqli klinikada müayinələrdən keçib, diaqnoz dəqiqləşdirilməlidir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elvin | 13 Yanvar 2015 11:51
Salam hekim! Mende 1 aya yaxindir ki, cinsiyyet orqanimda ereksiya baw vermir. Demek olar ki, hec bir sebeb mueyyen etmeden hevessiz olmuwam. Bezen masturbasiya edirem yoxlamaq ucun onda da penisim berkimemiw bowaliram. Onu da deyim ki, bu hal mende axirinci defe qadinla bir yerde olanda onunla elaqede oldum, lakin yarimciq saxladiqdan sonra xayalarimda widdetli agrilar yarandiqdan sonra baw verdi. Iw rejimim ise oturaqdir. Yeni gun erzinde 5-7 saat komputer qarwisinda eylewirem. Xahiw edirem mene her hansi tovsiyenizi bildirerdiniz
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 06:59
Salam Elvin. Qadınla cinsi əlaqədə olmağa cəhd edin, əgər normal cinsi əlaqədə olmağa çətinlik çəksəz, müalicə kursuna ehtuyac olacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
SEHANE | 13 Yanvar 2015 11:33
SALAM HEKIM.BIR ILDIR AILELIYIK.YOLDASIMDA CISI ZEIFLIK VAR HEKIM MUALICE EDIB.LAKIN YENE USAGIMIZ OLMUR,NE MESLEHET GORURSUZ
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 06:59
Salam Sehane. Cinsi zəiflik və kişi sonsuzluğu ayrı-ayrı diaqnozlardı və hər iki diaqnozda bir məsləhət var, düzgün müayinə və müalicə olunmaq, vəssəlam. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emil | 13 Yanvar 2015 11:25
Salam.bagiwlayin narahat edirem.mende cinsiyyetimde biraz eyrilik var ama cox deyil yuxari hissendedi.uc aydi aile qurmuwam ve yoldawmda hec bir prablem yoxdu.yoldawmda hamileliyin baw tutmamasi mendeki cinsiyyetin eyriliyi ola biler? Cavaba gore evvelceden tewekkurler. Xaiw edirem etrafli yazardiz.
Dr.Orxan Agabəyov | 16 Yanvar 2015 06:59
Salam Emil. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Amma əyriliyin hamiləlik ehtimalına aidiyyatı yoxdur. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Əhməd | 12 Yanvar 2015 15:11
Salam Həkim. Mən yuxuda olarkən qeyri-iradi boşalmadan əziyyət çəkirəm. Bu problemin həll yolu nədir? Minnətdaram.
Dr.Orxan Agabəyov | 13 Yanvar 2015 07:54
Salam Əhməd. Pollüsiyaların(qeyri-ixtiyari boşalmaların) səbəbi, müntəzəm cinsi həyatın (boşalmaların) olmamasıdır. Gənc  yaşlarıında bu hal normal sayılır. Yalnız ifrat dərəcədə olduqda, müalicəyə ehtiyac olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ayxan | 12 Yanvar 2015 13:29
Salam Hekim,necesiz? Insallah yaxshisiz,menim size vacib bir sualim var mende 2 ile yaxindir cinsi elaqeye hem hevesim azalib hemdeki ozumde prablem hiss edirem,umumi yoxlanmiwam ve 2ci defede bawqa yerde spermadan analiz vermiwem hec bir mikrop cixmir deyirler her wey qaydasindadir ama yenede cinsi zeifliyim 2ci defe bowalmada bilindirir.Hekim Penisim tam durmur bunun sebebi ne ola biler? mikrop ya ayri xestelik ola bilermi? size dediyim kimi 2 il bundan qabag bir qizla qoruyucusuz anal shekilde olmuwam 2-3 hefte olmushamda bundan subhelenirem ola bilermi Hekim sizden artig derecede xahish edirem mene tam melumat vererdiz cunki cash bash qalmiwam bilmirem neyniyim
Dr.Orxan Agabəyov | 13 Yanvar 2015 07:36
Salam Ayxan. Əgər cinsi problemlərin səbəbləri müayinələrdə aşkar olunmursa, psixoloji səbəblər əsas ola bilər. Və yaxud, müayinələr düzgün və ya dolğun olmayıb - çox vaxt cinsi zəifliyin səbəblərini araşdıranda ancaq cinsi infeksiyaları yoxlanılır - bu yetərli informasiya deyil. Müntəzəm cinsi həyat yaşamağa çalışın və təkanverici müalicə kursundan keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rufat | 12 Yanvar 2015 13:12
salam hekim.bagislayin narahat edirem.men 1il yarimdi aileliyem.amma usagimiz olmur.yoldawim yoxlanib amma onda hecne yoxdu.mende analiz(spermoqram) vermiwem ama hekime gostermemiwem. netice:qatiliq-normal,rengi-milk white,pH-7.4,hecmi 4.2,durulasma vaxti-30deq.deyerlendirilen sperma sayi-319,1ml de spermazoid sayi 62.71ml de aktiv sperma sayi-165,hereketliliyi 61.8%,aktiv-33.5%,orta-12.3%,yavas-16.0%,hereketsiz-38.2%. Basa duwmediyiniz 1wey olsa mene deyin.Cox xahis edirem tezlikle meni melumatlandirin.Onceden tewekkurler.
Dr.Orxan Agabəyov | 13 Yanvar 2015 07:35
Salam Rufat. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Eugene | 12 Yanvar 2015 12:24
Salam, həkim, prostat vəzisinin parenximiyası həmcins, exogenliyi azalıb nə deməkdir? Normalda prostat vəzisinin çəkisi nə qədərdir? Bəs onun çəkisinin normadan 2-3 qrama qədər artmasının səbəbi nədir və fəsadları varmı?
Dr.Orxan Agabəyov | 13 Yanvar 2015 07:35
Salam Eugene. Qeyd etdiyiniz bütün əlamətlər, prostat vəzinin iltihabı - prostatit xəstəliyinin əlamətidir. Bu xəstəlik haqqında - prostatit məqaləsindən ətraflı öyrənə bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rza | 12 Yanvar 2015 11:47
salam doctor.bu yaxinlarda spermoqrammadan analiz verdim.neticesi:eyakulyatin hecmi3,8ml.konsistensiyasi0,1sm.durulasma vaxti40deq.spermatozoidlerin 1ml miqdari72mln.eyakulyatda spermatozoidlerin umumi sayi273.6mln.ireli hereketli26.reqsi hereketli36.hereketsiz38.hereketli spermatozoidler sayi62.morfoloji normal19.basciq(patoloji)64.boyuncuq3.qarisiq14.canli spermatozoidler72.spermatogenez huc2.spermaqlutinasiya yox.leykosit
Dr.Orxan Agabəyov | 13 Yanvar 2015 07:53
Salam Rza. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərkətli spermotozoidlərin faizi normadan azdır. Səbələri dəqiqləşdirib, stimulyasiya kursu təyin edilməlidir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.