Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















No articles to show

Sual və Cavablar

Dr. Orxan Ağabəyov
2015-01-16
SALAM. SUALLARIN SAYI ÇOX OLDUĞUNDAN, SUALLARIN BİR QİSMİ 1 GÜNƏ DEYİL - 2 GÜNƏ CAVABLANDIRILA BİLƏR. ONLİNE-KONSULTASİYA BÖLÜMÜNÜ İZLƏYİN VƏ ƏN ƏSAS SUALLARIN VERİLMƏ TARİXİNƏ FİKİR VERİN. ƏGƏR SUALINIZA DƏRHAL CAVAB ALMAQ İSTƏYİRSİZSƏ, 055 655 00 66 VƏ 050 363 83 86 NÖMRƏLƏRİ İLƏ, MƏNİMLƏ ƏLAQƏ SAXLAYA BİLƏRSİZ. UĞURLAR!

2015-01-16



nihad
2015-01-15
salam men mingecevirde yasayiram sizin yaniniza gelmek isteyirem ancaq vaxt yoxdu isleyirem. xahish edirem deyesiniz bir mualiceye neqeder vaxt lazimdi. sag olun
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Nihad. Bir iş günü müayinə və müalicələr üçün kifayətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


emin
2015-01-15
salam hekim varikoz xesdeliyi cinsi zeifliye sebeb ola bilermi?MINNETDARAM
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Emin. Əgər Söhbət xaya damarlarında olan varikozdan ( varikosele) gedirsə, bunun cinsi zəifliyə  aidiyyatı yoxdur.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Niyameddin
2015-01-14
Salam hekim. Size bir nece sualim var 1.boyuk bayira gedende bezi hallarda seliy gelir 2.sperma evvelkine nisbeten az olur 3. Pcr den analiz vermiwem infeksiya cixmiyib bes bular neden ola biler? Evvelceden tewekkurler
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Niyameddin. Bu prostat vəzidə iltihabın  - prostatitin əlaməti ola bilər. Dəqiqləşdirib, düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Bahruz
2015-01-14
salam doktor.menim 35 yashim var 5 ildir evliyem ushaq olmur.xahish edirem komek edin.SPERMOQRAMA PH7.6 1ml de SPERMATAZOIDLERIN SAYI 45mln butun eyuk sperma sayi180mln iRELI HEREKETLILER12% REKSIHEREKETLER 29% HEREKETSIZLER 59% HEREKETLI SPERMAT SAYI 41%. SPERMATAZOIDLERINREZISTENLIYI.PATALOJI FORMALAR60%:BASH HISSE28% QUYRUQ12% SPERMATAODLERIN HEREKET FORMASI:DUZ XETT UZRE 30% DAIREVI 70% AQLUTINASIYA EPITELHUCEYRELERI1-2g.sLEYKUSITLER2-4g.s EROTROSITLER YOX.LESITIN ORTA MIQ.SPERMTOGINEZ ELEMENTLERI 1-2%
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Bahruz. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozoidlərin faizi normadan azdır. Səbəbləri dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir.  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.


Lara
2015-01-14
Salam elekum size bir sual vermek isterdim ... Cinsi elaqe zamani spermanin geri axmasi (cole)uwagin olmamasina sesebdir ?? Onceden tewekkurler.
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Lara. Bəli, səbəb ola bilər. Olmaması üçün, ginekoloqa müraciət edin, hansı tədbirlər görülməlidir izah olunacaq. Uğurlar.


Elsen
2015-01-14
Salam hekim men 2aydir aile qurmuwam 1aya yaxindir penisn uzerinde ag xirda sepgiler yarandi bu neden ola biler?
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Elsen. Bu çox təhlükəli olan, herpes virusunun (suluq formasındadırsa) əlaməti ola bilər. Mütləq dəqiqləşdirin, bu gələcək hamiləliyə təsir edə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Bəxtiyar
2015-01-14
Salam həkim. Ereksıyanın zəifliyi,həvəssizlik və ereksiya müddətin az olması nədən irəli gəlir və nə məsləhət görürsüz? Əvvəlcədən təşəkkür
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Bəxtiyar. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


amil
2015-01-13
SALAM hekim mende penis etrafi quru ama ele biki yanib sepgi emele gelib.aileliyem xlamidiyadan mualice almisiq.bu ne ola biler.analiz spermanin ekilmesin analiz vermisem.ne edim.ALLAH RAZI OLSUN.AMIN.
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Amil. Birinci növbədə başqa cinsi infeksiyalar da yoxlanmalıdır və əgər aşkarlanarsa, müalicə edilməlidir. Əgər aşkarlanmasa, dəri xəstəliyinin əlaməti ola bilər.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Orxan
2015-01-13
salam hekim men sperm analizi verdim ve netice bunlar cixdi sizden xahiwim ise bu sperm faizleri normaldim?ve gelecekde ovlad sahibi ola bilmek mumkundumu.Miqdar 5ml....rengi agimtil......iyi spesifik.....qatiligii 0.4.....pH 7.5....1mlde sperm sayisi 48x10 üstü 6....Butun eyakulyatorda sperm sayisi 288x10ustu 6.....duzxetli hereketli 22faiz...yavaş hereketli 29faiz....yerinde hereketli15faiz...hereketsiz34faiz.....spermagulnasiya .....baw basa .....quyruqquyruga ...qarisiq-........leykositler 4-5.....lesitin huceyreleri 5-6....normal sperm 72faiz....patolojı sperm28faiz....spermatogenez elementi 2faiz
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Orxan. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozoidlərin faizi normadan azdır. Səbəbləri dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Raul
2015-01-13
Salam.Menim spermaqramma analizinin neticesi 7 mln sperma 2% hereketlilik 8% qariwig hereketlidir qalan gostericiler normala uygundur.men xayalarin,prostat vezinin ve qarin bowlugu orqanlarinin uzisini vermiwem netice normaldir.hormanlarda yaxwidir.bakteriyalari da yoxlatmiwam o da yaxwidir.Amma sebebi bilinmir menim analizimin niye bele olmasinin.Hec demek olarki hekimin yazdigi mualicenin de tesiri yoxdur.25 yasim var bir il bundan qabag sperma analizimin neticesi normozospermiya olub.Hekim sizce sebeb ne ola biler?
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Raul. Bu situasiyada bir variant var -  müayinələr düzgün ya tam aparılmayıb, çünki bu göstəricilərdə mütləq cinsiyyət sistemində səbəb olmalıdır. Təkrar, fərqli klinikada müayinələrdən keçib, diaqnoz dəqiqləşdirilməlidir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Elvin
2015-01-13
Salam hekim! Mende 1 aya yaxindir ki, cinsiyyet orqanimda ereksiya baw vermir. Demek olar ki, hec bir sebeb mueyyen etmeden hevessiz olmuwam. Bezen masturbasiya edirem yoxlamaq ucun onda da penisim berkimemiw bowaliram. Onu da deyim ki, bu hal mende axirinci defe qadinla bir yerde olanda onunla elaqede oldum, lakin yarimciq saxladiqdan sonra xayalarimda widdetli agrilar yarandiqdan sonra baw verdi. Iw rejimim ise oturaqdir. Yeni gun erzinde 5-7 saat komputer qarwisinda eylewirem. Xahiw edirem mene her hansi tovsiyenizi bildirerdiniz
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Elvin. Qadınla cinsi əlaqədə olmağa cəhd edin, əgər normal cinsi əlaqədə olmağa çətinlik çəksəz, müalicə kursuna ehtuyac olacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


SEHANE
2015-01-13
SALAM HEKIM.BIR ILDIR AILELIYIK.YOLDASIMDA CISI ZEIFLIK VAR HEKIM MUALICE EDIB.LAKIN YENE USAGIMIZ OLMUR,NE MESLEHET GORURSUZ
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Sehane. Cinsi zəiflik və kişi sonsuzluğu ayrı-ayrı diaqnozlardı və hər iki diaqnozda bir məsləhət var, düzgün müayinə və müalicə olunmaq, vəssəlam. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


emil
2015-01-13
Salam.bagiwlayin narahat edirem.mende cinsiyyetimde biraz eyrilik var ama cox deyil yuxari hissendedi.uc aydi aile qurmuwam ve yoldawmda hec bir prablem yoxdu.yoldawmda hamileliyin baw tutmamasi mendeki cinsiyyetin eyriliyi ola biler? Cavaba gore evvelceden tewekkurler. Xaiw edirem etrafli yazardiz.
Dr. Orxan Ağabəyov
2015-01-16

Salam Emil. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Amma əyriliyin hamiləlik ehtimalına aidiyyatı yoxdur. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.



Dr. Orxan Ağabəyov
2015-01-13
SALAM. SUALLARIN SAYI ÇOX OLDUĞUNDAN, SUALLARIN BİR QİSMİ 1 GÜNƏ DEYİL - 2 GÜNƏ CAVABLANDIRILA BİLƏR. ONLİNE-KONSULTASİYA BÖLÜMÜNÜ İZLƏYİN VƏ ƏN ƏSAS SUALLARIN VERİLMƏ TARİXİNƏ FİKİR VERİN. ƏGƏR SUALINIZA DƏRHAL CAVAB ALMAQ İSTƏYİRSİZSƏ, 055 655 00 66 VƏ 050 363 83 86 NÖMRƏLƏRİ İLƏ, MƏNİMLƏ ƏLAQƏ SAXLAYA BİLƏRSİZ. UĞURLAR!

2015-01-13



Əhməd
2015-01-12
Salam Həkim. Mən yuxuda olarkən qeyri-iradi boşalmadan əziyyət çəkirəm. Bu problemin həll yolu nədir? Minnətdaram.
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Əhməd. Pollüsiyaların(qeyri-ixtiyari boşalmaların) səbəbi, müntəzəm cinsi həyatın (boşalmaların) olmamasıdır. Gənc  yaşlarıında bu hal normal sayılır. Yalnız ifrat dərəcədə olduqda, müalicəyə ehtiyac olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Ayxan
2015-01-12
Salam Hekim,necesiz? Insallah yaxshisiz,menim size vacib bir sualim var mende 2 ile yaxindir cinsi elaqeye hem hevesim azalib hemdeki ozumde prablem hiss edirem,umumi yoxlanmiwam ve 2ci defede bawqa yerde spermadan analiz vermiwem hec bir mikrop cixmir deyirler her wey qaydasindadir ama yenede cinsi zeifliyim 2ci defe bowalmada bilindirir.Hekim Penisim tam durmur bunun sebebi ne ola biler? mikrop ya ayri xestelik ola bilermi? size dediyim kimi 2 il bundan qabag bir qizla qoruyucusuz anal shekilde olmuwam 2-3 hefte olmushamda bundan subhelenirem ola bilermi Hekim sizden artig derecede xahish edirem mene tam melumat vererdiz cunki cash bash qalmiwam bilmirem neyniyim
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Ayxan. Əgər cinsi problemlərin səbəbləri müayinələrdə aşkar olunmursa, psixoloji səbəblər əsas ola bilər. Və yaxud, müayinələr düzgün və ya dolğun olmayıb - çox vaxt cinsi zəifliyin səbəblərini araşdıranda ancaq cinsi infeksiyaları yoxlanılır - bu yetərli informasiya deyil. Müntəzəm cinsi həyat yaşamağa çalışın və təkanverici müalicə kursundan keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.



Rufat
2015-01-12
salam hekim.bagislayin narahat edirem.men 1il yarimdi aileliyem.amma usagimiz olmur.yoldawim yoxlanib amma onda hecne yoxdu.mende analiz(spermoqram) vermiwem ama hekime gostermemiwem. netice:qatiliq-normal,rengi-milk white,pH-7.4,hecmi 4.2,durulasma vaxti-30deq.deyerlendirilen sperma sayi-319,1ml de spermazoid sayi 62.71ml de aktiv sperma sayi-165,hereketliliyi 61.8%,aktiv-33.5%,orta-12.3%,yavas-16.0%,hereketsiz-38.2%. Basa duwmediyiniz 1wey olsa mene deyin.Cox xahis edirem tezlikle meni melumatlandirin.Onceden tewekkurler.
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Rufat. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Eugene
2015-01-12
Salam, həkim, prostat vəzisinin parenximiyası həmcins, exogenliyi azalıb nə deməkdir? Normalda prostat vəzisinin çəkisi nə qədərdir? Bəs onun çəkisinin normadan 2-3 qrama qədər artmasının səbəbi nədir və fəsadları varmı?
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Eugene. Qeyd etdiyiniz bütün əlamətlər, prostat vəzinin iltihabı - prostatit xəstəliyinin əlamətidir. Bu xəstəlik haqqında - prostatit məqaləsindən ətraflı öyrənə bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


rza
2015-01-12
salam doctor.bu yaxinlarda spermoqrammadan analiz verdim.neticesi:eyakulyatin hecmi3,8ml.konsistensiyasi0,1sm.durulasma vaxti40deq.spermatozoidlerin 1ml miqdari72mln.eyakulyatda spermatozoidlerin umumi sayi273.6mln.ireli hereketli26.reqsi hereketli36.hereketsiz38.hereketli spermatozoidler sayi62.morfoloji normal19.basciq(patoloji)64.boyuncuq3.qarisiq14.canli spermatozoidler72.spermatogenez huc2.spermaqlutinasiya yox.leykosit
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Rza. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərkətli spermotozoidlərin faizi normadan azdır. Səbələri dəqiqləşdirib, stimulyasiya kursu təyin edilməlidir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


tural
2015-01-12
Salam hekim mende xayamin biri birinden boyukdu ama hec bir agri yoxdur bu mene nese prablem yarada biler??bu qrija ve varkiloz xesteliyi ola biler??
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Tural. Xayaların fərqli ölçüdə olması və fərqli yerləşməsi normaya uyğun haldır. Əgər xayaların sağlamlağını yoxlamaq istəyirsizsə, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Ferhad
2015-01-12
salam hekim.hekim mende cinsiyyet orqaninda kolgeye benzer lekeler emele gelib.evvelce xirda qirmizimtil sepkiler vardi.sonradan onlar yox oldu ve kolge kimi lekeler emele geldi.erreksiya veziyyetdinde agarir sanki qabiq baglayirmiw kimi,qeyd edim ki bunlar ancaq papaq bawliq hissededi xahiw edirem cavablandirasiz diqqetinize gore cox sagolun
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Ferhad. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq  qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Fatima
2015-01-12
Salam hekim.demeli men teze aile heyati qurmusam.yoldasim menimle cox mehribandir amma yataq otagina kecdiyimiz vaxt ele bil mene yaxin durmaq istemir.ancaq men yadina salanda menimle yaxinliq eleyir yeni men demesem hec yadina da dusmez.ve bu da mene cox pis tesir eliyir.sizce yoldasimin ne problemi ola biler?o da xatirladim ki men gorduyum qeder hec bir problemi yoxdur
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Fatima. Çox güman ki, yoldaşınızda potensiyanın zəifləməsi halları var, hər halda cavan kişidə cinsi istək yüksək olmalıdır. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Ayten
2015-01-12
salam hekim.size yoldawimin spermoqramma analizin cavabin gonderirem.baxin bu halda mualice kursu ile faizi qaldirmaq mumkundu?yoxsa sunu mayalanmaya ehtiyac olacaq?1 ml sperm sayi 62,celd ireli hereketli 0,zeif ireli hereketli 11,yerinde hereketli 4,hereketsiz 85,
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Ayten. Belə göstəricilərdə, müalicənin mümkünlüyü, problemin səbəblərindən asılıdır, yəni elə hallar olur ki - müalicə mümükündü, elə hallar da var ki - süni mayalandırma proseduru məsləhət görülür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


umid 1
2015-01-12
Salam hekim bagislayin narahat edirem size sualim var spermaqrama analizi vermisem 6 defe muxtelif yerlerde diaqnoz azoospermiya axrincini ayin 10 verdim azoospermiya cixdi basqa hekime getmek isteyirem spermaqrama analizi isteseler yeniden vere bileremi yoxsa aradan vaxt kecmelidirmi onceden tesekurumu bildirirem
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Umid 1. Təkrar spermoqrammalar niyə verirsiz ki? Əgər azoospermiya diaqnozu təyin edilirsə, spermoqramma deyil, problemin səbəblərini aydınlaşdıran müayinələrdən keçib, müalicənin uğurlu olub-olmamasını müəyyənləşdirmək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Zahir
2015-01-12
Salam doktor menim qarinan da awagi nahiyem agriyir keskin bir agridi bu neden olar?men mewg zamani enerji ickisi icirdim, yariwda barmagimi ezdim mene 10dene keyidici iyne vurdular indide butuj bedenim hissiyatim olub bu iynelerden dermanlardan olar? Cinsi zeifliyim yaranmiwdi ama bu son muddetdiki umumyetle o hissiyat òlub bu neden olar? Elebilirem halim yoxxdu elageye girmek isteyirem ama halim yoxdu, erken bowalma, zeifleme bu kimi hallarimda olurdu indi ise tamam bele olub ...Coxsagolun
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Zahir. Enerji içkilərinin və ya ağrıkəsici preparatların bu problemlərin yaranmasında əhəmiyyəti yoxdur. Çox güman ki, Sizdə hormonal disbalans yaranıb. Hər bir halda bu qədər problem varsa, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


elmar
2015-01-11
Salam hekim. Mende cinsiyyetimde xalabenzer nese var cox guman papilloma ola biler. Ve sidik yolunun qurtaran hissesinde cinsiyyetin ucunde 1 sm iceridede var xalabenzer nese. Eger bu papillomadisa onun tam mualicesi varmi? Ve mualiceyle onu yox elmek mumkundurmu hem cinsiyyetden hem sidik yolundan. Cox qorxuram nese. Xahish edirem melumat verin...
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Elmar. Qorxmaq lazım deyil, həm sidik kanalından həmdə cinsi orqandan papillomaları aradan qaldırmaq mümükündür, bu lazer destruksiyası hesabına əldə olunur. Təyin olunan müalicə isə, papillomaları daha gec-gec yaranmasına və ya tamamilə itməsinə gətirib çıxarır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


samir
2015-01-11
salam hekim mende sol terefde damar geniwlenmesi hemde tez bowaliram bu damar geniwlenmesi ile elaqedar ola bilermi? Penisimde balacalawibdi 6-8 sm olur ele olurki penis tam qalxmamiw bowaliram
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Samir. Xeyr, damar genişlənməsinin erkən boşalma probleminə aidiyyatı yoxdur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.



xəyalə
2015-01-11
Salam Orxan müəllim sizin birinci toy gecesi barədə məqalənizi oxudum və bu qorxudan bir az qurtuldum özüm subayam və ilk toy gecesi anından çox qorxuram. siz məqalənizdə mövzunu ətraflı əhatə etmisiz sizə ugurlar və təşəkkürlər
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Xəyalə. Şadam ki, yazdığım məqalə Sizə faydalı oldu. Uğurlar.


Elsen Abdurahmanov
2015-01-11
Salam hekim.Menim mualiceden sonra bir ovladim olub. Artiq fevralda 5 yasi bitir.Daha olmur.Hec vaxt qorunmamisiq.Sizden xahis edirem mene meslehet yazardiz.Son spermaqrammanin neticesi budur:Eyakulyatin miqdari 6ml,iyi spesfik,rengi agimtil-bozumtul,qatiligi 0,6sm,pH 7,6,Durulasma vaxti 15 deqiqe,Leykositler 5-8g/s,Eritrositler -,Epitel huceyreleri 0-1g/s,Lesitin denecikleri coxlu miqdarda,Bettxerin toxum kristallari -,Amiloid konkrementler -,Selik -,Maya gobeleyi -,Morfologiya 50%,Degenerativ spermatozoidler 45%,Spermatogenezin elementleri 5%,1ml eyakulyatdaki spermatozoidlerin sayi 10milyon,Butun eyakulyatdaki spermotozoidlerin sayi 60milyon,a)aktiv,duzxetli,ireli -10%,b)zeif-duz ve qeyri-duzxetli,ireli - 9%,c)yerinde aktiv,rotasion -81%,
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Elsen. Spermoqrammada ən vacib göstəricilərdən olan, 1 ml-də spermotozoidlərin miqdarı. normadan azdır. Çox güman ki. xayalarda problemlər var, bu problemləri araşdırıb, müalicə kursu təyin edilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Dr. Orxan Ağabəyov

Salam ! Mən Sizi salamlağa şadam. Bu sayt, o kişilər üçün nəzərdə tutulmuşdur ki, onlar üçün cinsi həyat böyük əhəmiyyət kəsb edir və kişi cinsiyyət sistemi haqqında məlumatlı olmaq çox vacibdir. Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir. Mən, həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, ixtisaslaşdırılmış tibbi yardım göstərməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz. Hər şey super olacaq !

Hörmətlə Dr. Orxan Ağabəyov



Copyright © 2012 www.agabekov.az