Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Boşalmanın gecikməsi

Normal eyakulyasiya (boşalma) – seksual stimulyasiyanın başlamasından müəyyən bir zaman sonra orqazm ilə müşayət edilərək cinsi orqandan spermanın(toxum) ifraz olunmasıdır. Bunun əsasında boşalmanın gecikməsi, aneyakulyasiya, anorqazmiya və retroqrad eyakulyasiya kimi anlayışları fərqləndirmək lazımdır.

Boşalmanın gecikməsi elə bir vəziyyətdir ki, orqazm və eyakulyasiyanın əldə edilməsi üçün ifrat seksual stimulyasiya tələb edilir. Belə qəbul edilmişdir ki, penisin daxil edilməsindən 7-8 dəqiqə sonra boşalmanın əldə edilməsi normal sayılır. Boşalmanın 20-30 dəqiqədən artıq bir müddətə gecikməsi kişilərdə diskomfort yaradır və onları cinsi əlaqəni kəsməyə məcbur edir ki, bu da boşalmanın gecikməsi sayılır.

Gecikmiş boşalma və ya "gec qurtarmaq", "qurtarmağın mümkün olmadığı" haqqında o hallarda danışmaq olar ki, onun tezləşdirmək istəyinə baxmayaraq boşalma cinsi əlaqənin başlamasından uzun müddət sonra baş verir. Bütün bu zaman ərzində ereksiya normal ola və ya onun intensivliyi azacıq dərəcədə dəyişə bilər. Kişi seksual həyəcan, ereksiyaya malik olur, lakin penisin stimulyasiyası boşalmaya gətirib çıxarmır. Boşalmanın gecikməsi hər 1000 kişidən 1,5-də aşkar edilir. Boşalmnanın gecikməsinin qeyd edildiyi kişilərin 75%-i, orqazma masturbasiya yolu ilə çata bilirlər.

Aneyakulyasiya – boşalmanın gecikməsinin ən ağır formasıdır ki, bu zaman boşalma o qədər gec baş verir ki, kişi cinsi əlaqəni dayandırır, yəni cinsi əlaqə boşalma ilə sonuclanmır.

Retroqrad eyakulyasiya – elə bir prosesdir ki, bu zaman spermanın çıxışı əks istiqamətdə baş verir, nəticədə o sidik kisəsinə düşür, bu da kişi üçün boşalmanın (sperma ifrazının) olmaması kimi görünür.

Anorqazmiya – seksual pozuntunun elə bir formasıdır ki, kişi bu halda seksual zövqün pik nöqtəsinə (orqazma) çata bilmir.

Boşalmanın gecikməsinin səbəbləri

1. Psixogen səbəblər - Kişilərdə cinsi aktın uzunmüddətli olmasının tez-tez rast gəlinən səbəblərindən biri, masturbasiya zamanı qeyri-adekvat erotik stereotipin formalaşmasıdır ki, bu da normal cinsi əlaqə zamanı görüntülər və mexaniki təsir(sürtünmə) ilə fərqlənir. Yəni kişi öyrəşir ki, boşalma(eyakulyasiya) penisin güclü stimulyasiya edilməsi (sürtülməsi) və ya xüsusi(erotika, porno) görüntülərin seyr etməsi nəticəsində əldə ediləcək. Cinsi həyatının başlaması ilə məlum olur ki, cinsi əlaqə zamanı mexaniki təsir "olduqca zəifdir" və görüntülər də fərqlidir. Nəticədə boşalmanın əldə edilməsi üçün lazım olan ehtiraslanma baş vermir.

Tez-tez qeyd edilən psixoloji səbəb, kişinin özünün şüursuz halda boşalmanı saxlamasıdır, məsələn, qadının hamilə qalmasından ehtiyat edir və ya seksi "çirkin və utancverici" məşğuliyyət hesab edir. Bəzi hallarda qadını təmin edə bilməmək qorxusu, şüuraltı "seksual çatışmazlıq" qorxusu, istəmədən yaxınlığın uzadılmasına gətirib çıxarır. Gecikmənin səbəbi eləcə də partnyorun kifayət qədər erotik cəhətdən cazibədar olmaması, və ya cinsi orqanların quruluşundakı qeyri-mütənasibliklər (penisin ölçüləri ilə müqayisədə vaginanın həddən artıq geniş olması) də ola bilər ki, bu friksiyalar zamanı mexaniki stimulyasiyanı zəiflədir. Bundan əlavə "autoseksual" orientasiya anlayışı da mövcuddur ki, bu zaman boşalma gecikməsi olan kişi masturbasiya zamanı cinsi aktla müqayisədə daha çox ehtiraslanır və daha tez orqazma çatır.

2. Alimentar səbəblər – alkoqoldan həddən artıq istifadə edilməsi. Xroniki alkoqolizm zamanı onurğa beynində, boşalma mərkəzlərinin qıcıqlanmasının zəifləməsi baş verir.

3. Sidik kisəsi boynunun inkişafı qüsurları – Müller kistası, Volf kanalının anomaliyası.

4. Yatrogen səbəblər: prostat və ya sidik kisəsində cərrahiyyə əməliyyatlarından sonra orqanlarda funksional pozulmalar.

5. Neyrogen səbəblər – şəkər neyropatiyası, Parkinson xəstəliyi, səpələnmiş skleroz, onurğa beyninin zədələri.

6. İnfeksion səbəblər – uretrit, sidik-cinsiyyət sisteminin vərəmi.

7. Hormonal səbəblər – hipoqonadizm, hipotireoidizm.

8. Dərmanlarla bağlı səbəblər – bəzi dərman vasitələrinin qəbul edilməsi.

Boşalma gecikməsinin diaqnostikası

Diaqnostikanın məqsədi, xəstəliyin mümkün orqanik və psixoloji səbəblərinin aşkar edilməsidir. Burada mühüm əhəmiyyətə anamnez malikdir, aşkar orqanik səbəblərin mövcud olmaması halında, ciddi psixoseksual müayinə tələb olunur.

Boşalma gecikməsinin müalicəsi

Müalicə taktikası əsasən xəstəliyi yaradan səbəblərdən asılıdır. Psixogen pozuntuların müalicəsi, partnyorunda cəlb edilməsi ilə aradan qaldırıla bilər. Hətta belə həssas mövzuda problemlər həll ediləndir, ancaq istəmək və vaxtında mütəxəssisə müraciət etmək lazımdır – və hər şey super olacaq!

Tags:     gec qurtarmaq      qec bosalmaq      gec qutarmaq      gec boşalma
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az