51674
29 Dekabr 2011
Zərərli vərdişlər və seks
Zərərli vərdişlər və seks

Zererli verdishler ve seks - zereli verdisler ve seks - zererli verdislerin cinsi guce tesiri

Vərdiş - insanın müəyyən dövrilik ilə təkrarladığı əməldir, bu zaman o, həmişə başa düşmür ki, bunu niyə və nə səbəb görə edir. Zərərli vərdişlərə ənənəvi olaraq siqaret çəkmə, alkoqol və narkotik asılılıq aid edilir. Asılılıq və vaxtaşırı istifadə arasında dəqiq sərhəd müəyyən etmək bəzən çox çətin olur. Təsəvvür edin ki, sizin qarşınızda seçim var - ya sevdiyiniz vərdişdən məhrum olmaq (içki içmək, siqaret çəkmək və s.), ya da həmişəlik olaraq potensiya və orqazmı itirmək. 

Soruşulur, onda niyə biz özbaşına özümüzü tam dəyərli kişi olmaq həzzindən məhrum edirik ? Pozulmaların açıq - aydın əlamətlərini aşkar etdikdə isə - müalicə olunmuruq, problemin “üstünü örtürük” və inanırıq ki, hər şey öz - özünə keçib gedəcək. Elə bu cür özünə güvənmə də ona gətirib çıxarır ki, kişi onun üçün bəlkə də ən dəyərli keyfiyyət olan - potensiyanı itirir.

Siqaret çəkmə və seks

Kişilər çox zaman siqaretlə hələ gənc yaşda tanış olurlar ki, yaşıdlarına öz kişiliklərini və böyük olmalarını sübut etsinlər. Daha sonra onlar siqaret tüstüsü ilə öz cinsi nəaliyyətlərini möhkəmləndirirlər və zənn etmirlər ki, məhz siqaret çəkmə onların cinsi bacarığına güclü ziyan vurur. 
Nikotin - bizim udduğumuz tütün tüstüsündə olan ən əsas zərərli maddədir. Sinir zəhəri olaraq, nikotin ilk növbədə sinir sistemini, o cümlədən onun cinsi davranış və reproduktiv orqanlara görə cavabdeh olan sahələrini pozur. Təəccüblü deyil ki, yaş artdıqca siqaret çəkənlərdə cinsiyyət sisteminin vəziyyəti proqressiv şəkildə pisləşir. 

Nikotinin əsas patoloji təsiri - cinsi orqanı qanla təchiz edən damarların davamlı spazmıdır (yəni daralmasıdır). Nikotin və tütünün digər zəhərləri kişi cinsi hormonlarının sintezinin azalmasına səbəb olur, bu da insanda seksual həvəsin azalmasına gətirib çıxarır. 
Siqaret çəkmək ən böyük ziyanı kişi spermasının keyfiyyətinə vurur: həm spermatozoidlərin sayı, həm də onların keyfiyyəti azalır. 
Çoxları deyir ki, guya biz daim siqaret çəkirik, seks isə əla olub, və elə də əla qalır. Əlbəttə, bəlkə bu elədir, bəlkə onlarda seksdə hər şey tam qaydasındadır, yalnız onlar müqayisə edə bilməzlər ki, əgər siqaret çəkməsəydilər, seks necə ola bilərdi. Lakin siqaret çəkən kişilərin ən geniş yayılmış şikayəti - cinsi funksiyanın çox erkən sönməsidir. Əlbəttə ki, siqaret çəkmə əsas səbəb deyil, lakin o, insanın intim həyatını çətinləşdirir.  
Cinsi gücün artırılması üçün siqaret çəkməyi atmaq kifayətdir! 

 

Alkoqol və seks 

Alkoqolun potensiyaya neqativ təsir etməsi barədə insanlar çoxdan bəri bilirlər. Qədim həkimlərin arasında aşağıdakı cümlə geniş yayılmışdır: «Çaxır həvəsi oyadır, lakin onu həyata keçirmək imkanından məhrum edir».
Bir çox kişi hesab edir ki, alkoqol cinsi həvəsi stimullaşdırır. Həqiqətən, bəzən az miqdarda spirtli içkilərin qəbulu cinsi həvəsi gücləndirə, eləcə də eyakulyasiyanın gecikməsi hesabına cinsi əlaqəni uzada bilər. Bu gərginliyi aradan qaldırır, cinsi aktivliyi qaldırır, qanın kiçik çanaq orqanlarına axmasına səbəb olur. Lakin alkoqolun müntəzəm, daimi qəbulu nəticədə tənasül sistemi fəaliyyətinin pisləşməsinə, cinsi həvəsin azalmasına və alkoqol asılılığına gətirib çıxarır. 

Alkoqol kişilərin tənasül sisteminə üç istiqamətdə təsir edir : 
• xaya hüceyrələrini öldürür ; 
• normal spermatozoidlərin sayını azaldır ;
• beyin və cinsi orqanların qarşılıqlı əlaqəsini pozur.

Bundan başqa, prostat vəzi də alkoqola qarşı kifayət qədər həssasdır. Spirtli içkilərin müntəzəm istifadəsi zaman prostatit (prostat vəzinin ltihabı) yaranma ehtimalı artır.
Bəzən içki içənlərin özlərindən aşağıdakı fikirləri eşitmək olar : «Mənim bir tanışım var, o, bütün ömrü boyu içir, sekslə isə hər gün məşğul olur». Ola bilsin, bu mümkündür. Çox yüksək cinsi imkanları olan şəxslərə rast gəlinir ki, onlarda hətta uzun müddətli alkoqol qəbulu cinsi həvəsi zəiflətmək iqtidarında deyil. Bu cür şəxslər çox azdır, əksər hallarda isə spirtli içkilərin istifadəsi tezliklə cinsi zəiflik probleminin yaranmasına gətirib çıxarır.
Buna görə də intim sağlamlığı və cinsi həvəsi uzun illər boyunca qoruyub saxlamaq üçün alkoqolun istifadəsini minimuma endirmək lazımdır. 

Seks və narkotiklər

Narkotiklər - kişilərin ən təhlükəli düşmənləridir. Onlar yalnız cinsi refleksləri boğmur, hormonların hasilatını azaltmır, həm də normal ereksiyaya mane olurlar.  Narkotik vasitələr cinsi mərkəzlərə pis təsir edirlər və cinsi həvəsi pozurlar. Hesab olunur ki, narkotiklər seksuallığı şiddətləndirir, əslində isə bu yalnız illüziya və özünü aldatmadır. Bir çox kişidə narkotiklərin uzun müddətli qəbulundan sonra cinsi funksiya gələcəkdə bərpa olunmur. 
Narkotiklərin istifadəsi (əhəmiyyətli deyil, siz zəif narkotik vasitə istifadə edirsiniz, məsələn həşiş, və ya güclü təsirə malik narkotiklərdən istifadə edirsiniz, məsələn, heroin və kokain) ereksiya və eyakulyasiyanın uzun müddətli pozulmasına səbəb olur. Narkotiklər əvvəlcə cinsi həvəsi gücləndirə bilər, lakin gec-tez  bu potensiyaya mənfi təsir göstərəcəkdir, insan orqanizminə narkotiklərin çox saylı digər zərərli təsirləri haqqında heç danışmırıq. 
Narkotiklər nə yaş, nə ictimai mövqe tanımır, onlar sadəcə insanı məhv edirlər. Və ən əsası - vaxtında dayanmaqdır. Düşünün: əgər vaxtında dayansanız, hətta potensiyanı bərpa etmək olar, dolğun həyatla yaşamağa başlamaq olar, onun verdiyi hər bir şeydən zövq almaq, əbəs yerə yaşamadığına görə sevinmək olar.

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda