48013
23 Dekabr 2012
Varikosel
Varikosel

Varikosel (damar genişlənməsi) - toxum ciyəsi və xayaların venalarının varikoz genişlənməsidir. Varikosel - spermatozoidlərin hasilatının azalması və spermanın keyfiyyətinin pisləşməsinin ən sıx səbəbidir. Kişi sonsuzluğunun təxminən 50 % halları varikoselenin mövcud olmasından irəli gəlir. Varikosel adətən simptomsuz keçir, nadir hallarda xaya kisəsində ağrılar və ya ağırlıq hissi narahat edə bilər.

Varikoselin səbəbləri

Varikosel iki səbəb nəticəsində inkişaf edir : 
1. Damar divarının anadangəlmə zəifliyi.
2.Kiçik çanaq orqanları və ya xaya kisəciyinin venalarında qanın yüksək təzyiqi.
Varikoselə meyl etdirən amillər - kişik çanaq orqanlarında durğunluq hallarıdır - qəbizlik, cinsi həyatın qeyri - müntəzəmliyi, ağır fiziki iş.

Varikosel nədir

Biz hamımız bilirik ki, damarların varikoz genişlənməsi ayaqlarda olur - bu xəstəliyi insan ayaqlarına sadəcə baxarkən belə müəyyən etmək olar. Damarların eyni şəkildə genişlənməsi varikosel zamanı da baş verir. Yalnız bu zaman toxum ciyəsini əhatə edən damarlar genişlənir. Bu damarlarla qan xayalardan və ətraf toxumalardan ürəyi doğru axır. Bu zaman qan aşağıdan yuxarı, ağırlıq gücünün əksinə axır. Normada qanın damarlarla geriyə axmasına venoz divarın xüsusi klapan aparatı mane olur. Venaların genişlənməsi zaman bu klapanlar işlərini dayandırırlar, bunun nəticəsində qan axını kəskin şəkildə sürətini azaldır və ümumilikdə xayanın qan təchizatı əziyyət çəkir. Xayanın qan təchizatının pozulması ona gətirib çıxarır ki, onun oksigeni azalmış toxumaları daha pis işləməyə başlayırlar. Bundan başqa normada xayaların temperaturu bədən temperaturundan bir necə dərəcə aşağıdır. Varikosel zamanı xaya genişlənmiş damar kələfinin əhatəsində olur, onun temperaturu bədən temperaturuna bərabər olur və funksiyası daha da pozulur. Bunların hamısı xəstəlik simptomlarının yaranmasına gətirib çıxarır.

Xaya və toxum ciyəsi damarlarının nə qədər güclü genəlməsindən asılı olaraq varikoselin 4 dərəcəsin ayırd edirlər :

1-ci dərəcə - xaya damarları əl ilə hiss edilmir, onların varikoz genişlənməsi yalnız instrumental yolla müəyyən olunur (USM, doppleroqrafiya) ;
2-ci dərəcə - damarların genişlənməsi ayaq üstə durarkən əl ilə hiss edilir, uzanan vəziyyətdə varikosel müəyyən olunmur ;
3-cü dərəcə - genişlənmiş damarlar həm ayaq üstə durarkən, həm də uzanan vəziyyətdə əl ilə hiss olunurlar. 
4-cü dərəcə - xaya və toxum ciyəsinin genişlənmiş damarları adi gözlə də görünür.

Varikoselin diaqnostikası

Əgər damarların genişlənməsi böyükdürsə, onda varikosel baxış zamanı androloq tərəfindən aşkar edilir. Əgər varikoselin dərəcəsi kiçikdırsə, onda xüsusi müayinə aparmaq lazımdır - xaya kisəsinin doppler müayinəsi. Varikosel zamanı mütləq spermoqramma analizi verilməlidir. 4 - 12 həftəlik aralarla ən azı iki müayinə aparılmalıdır.

Varikoselin profilaktikası

Toxum ciyəsi damarlarının genişlənməsini azaltmaq üçün bəzən kiçik çanaq orqanlarında durğunluq hallarını aradan qaldırmaq kifayət edir (qarın işləməsinin normallaşdırılması, uzun müddətli fiziki gərginliyin istisna edilməsi, cinsi həyatın tənzimlənməsi, alkoqolun istisna edilməsi və s.).
Bu cür tədbirlərin tətbiqi zaman bir sıra hallarda damarların genişlənməsi azalır, xəstəlik güclənmir.

Varikoselin müalicəsi

Varikosel müalicəsinin yalnız əməliyyat üsulları mövcuddur. Əgər siz haradasa varikoselin əməliyyatsız müalicəsi haqqında eşitsəniz - buna inanmayın, əməliyyatsız varikoselin effektiv müalicəsi mövcud deyil. Əgər varikosel zamanı, xaya kisəsində ağrılar və ya sonsuzluq yaranarsa əməliyyat mütləq aparılmalıdır.

Varikoselenin cərrahi müalicəsinin ümumi tanınmış metodu - İvanisseviçin əməliyyatıdır - xaya venasının peritonarxası hissədə bağlanması. Genişlənmiş damarların yox olması üzrə qəti müalicə effekti 3 - 6 aydan sonra əldə olunur. 
Xəstələrin böyük hissəsini həmin axşam və ya səhəri gün evə buraxmaq olar. Pasiyentin normal aktivliyi ikinci gün bərpa olunur. Ev rejimi - 7 - 10 gün. Gələcəkdə 6 ay ərzində mütləq müşahidə və baxış aparılır. Spermoqrammanın nəzarəti aparılır. 

Azərbaycanda əksər hallarda varikosel diaqnozu yalnız baxış nəticələrinə əsaslanaraq, aparat müayinəsi aparılmadan qoyulur, əməliyyat isə spermoqramma göstəriciləri nəzərə alınmadan aparılır. Əgər siz varikoselin olub - olmamasına görə yoxlanmaq istəyirsinizsə və ya sizdə varikosel aşkar olunubsa və siz əməliyyat aparılıb - aparılmamasına görə şübhə edirsinizsə, biz sizə bütün mümkün müayinə və müalicə spektrini təqdim edə bilərik.

Müəllif: Dr. Orxan Ağabəyov

 

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda