6630
24 İyun 2016
Testosteronun səviyyəsinə təsir edən məhsullar
Testosteronun səviyyəsinə təsir edən məhsullar

Testosteron – orqanizmin əsas “kişilik” əlamətlərinin inkişaf etməsi və dəstəklənməsinə görə cavabdeh olan cinsi hormondur. Testosteron kişi orqanizmində, əsasən xayalarda(Leydiq hücüyrələrində) sintez olunur. Bədən quruluşunun kişi tipli formalaşması(enli çiyinlər, ensiz çanaq), üzdə və bədəndə tüklənmə, səsin qalınlaşması, spermanın yaranması, cinsi istək və cinsi güc - birbaşa testosteronun səviyyəsindən asılıdır

Testosteronun səviyyəsin azaldan məhsullar:

1. Duz

2. Şəkər

3. Kofein

4. Xolesterin

5. Qazlı içkilər

6. Ağ maya çörəyi

7. Fast-food

8. Yağlı süd

9. Mayonez

10. Hisə verilmiş məhsullar

11. Alkoqol, xüsusilə pivə
 

Testosteronun səviyyəsin artıran məhsullar:

1. Balıq (ançouslar, xanı balığı, alabalıq (forel), paltus, siyənək, sayra, qızılbalıq və s.) 

2. Yağsız ət (məsələn, toyuğun döş əti)

3. Təzə çiy meyvələr (ərik, yemiş, yerkökü, üzüm, limon, manqo, portağal, papaya, şaftalı, armud, ananas, balqabaq, banan, xurma) 

4. Tərəvəzlər (kələm, brokkoli, kərəviz, pomidor, sarı bibər, yunan qabağı, badımcan) 

5. Təzə göyərti (xardal, cəfəri, ispanaq, soğan, keşniş)

6. Giləmeyvələr (albalı, mərcanı, moruq, qarpız, meşə çiyələyi, cır mərsin, qara qarağat, nar, gavalı, qara gavalı)

7. Quru meyvələr (kişmiş, xurma, qaysı, əncir, qara gavalı)

8. Qoz-fındıq (sidr qozu, yunan qozu, fındıq, keşyu, fıstıq)

9. Dənli bitkilər (arpa, qarabaşaq, darı, düyü sıyıqları) 

10. Ədviyyatlar (hil, qırmızı bibər, karri, sarımsaq, soğan, kurkuma(sarı kök))

11. Bitki yağları (zeytun, küncüt, qoz) 

12. Bal 

13. Jenşen, eleuterokokk, qızıl kök, cır limon 

14. Sink tərkibli məhsullar

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda