24224
30 Oktyabr 2021
Erkən boşalmanın müalicəsi
Erkən boşalmanın müalicəsi

erken bosalmanin mualicesi - erkən boşlmanın müalicəsi - tez bosalmanin mualicesi

Erkən boşalma - cinsi əlaqə müddətinin qısa olması və eyakulyasiyanın tez, bəzi hallarda hətta seksual təmasdan əvvəl baş verməsi ilə xarakterizə olunan cinsi funksiya pozğunluğudur.
Erkən boşalma – kişinin cinsi əlaqəni lazımi müddətə uzadaraq, öz xanım-partnyorunu tam məmnun edə bilməsi üçün öz seksual həyəcanına nəzarət edə bilməməsidir. Sağlam kişidə cinsi əlaqə təxminən 7,5 dəqiqə davam edir. Kişilərin 60%-dən çoxu özlərində erkən boşalma əlamətlərini aşkar edirlər, lakin tək-tək kişilər bu problemlə bağlı mütəxəssisə müraciət etməyə qərar verirlər.
Bu hal hansı səbəblərdən yaranır?

Erkən boşalmanın ən çox yayılmış səbəbləri:

  • hormonal pozğunluqlar
  • prostat vəzində və ya uretrada iltihabi proses
  • uzun müddət ərzində cinsi əlaqənin olmaması;
  • cinsi həyatın qeyri-müntəzəm olması
  • penis dərisinin həddindən artıq həssaslığı;
  • cinsi əlaqə zamanı psixoloji narahatlıq;
  • cinsi abstinensiya (cinsi həyatdan çəkinmə, imtina, özünü saxlama)
  • psixoloji amil: qorxu, stress, həddindən artıq gərginlik
  • cinsiyyət orqanlarının travmaları (zədələnmələr)
  • psixoemosional pozğunluqlar (cinsi əlaqə zamanı müxtəlif infeksiyalara yoluxmaq qorxusu);
  • onurğa beyninin zədələnmələri; kəllə-beyin travmaları;
  • cinsi yolla ötürülən xəstəliklərin fəsadları;

Erkən boşalmanın əlamətləri
Erkən boşalmanın əsas əlaməti, adından da aydın olduğu kimi, cinsi əlaqənin 7-8 dəqiqədən az müddətdə davam etməsi və boşalmanın cinsi partnyorun orqazma catmadan baş verməsidir. Bu halda partnyorun hər ikisi qeyri-məmnun qalır, bu da öz növbəsində problemin dərinləşməsinə gətirib çıxarır. Xüsusilə ağır hallarda, boşalma cinsi əlaqəyə başlamazdan əvvəl baş verir.

Erkən boşalmanın nəticəsində yaranan problemlər
Bu pozğunluq – əksər hallarda kişidə psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Onlarda gərginlik, narahatlıq yaranır, özünə inam hissi azalır, partnyorlar arasında münasibətlər pisləşə, ailədə ixtilaflar yarana bilər. Bir çox hallarda, erkən boşalma problemi psixogen təbiətə malik olur. Buna görə də, erkən boşalmanın fizioloji səbəblərini aradan qaldırmaqla yanaşı, bu pozğunluqla bağlı psixoloji məsələləri də həll etmək lazımdı.

Erkən boşalmanın müayinə metodları özlərinə aşağıdakıları daxil edir:
•    pasiyentin orqanizminin ümumi vəziyyətinin qiymətləndirilməsi (fizioloji və psixoloji durumun);
•    cinsiyyət sisteminin vəziyyətinin qiymətləndirilməsi(cinsi hormonlar, prostat vəzi və s.)
•    cinsi həyatın müntəzəmliyinin qiymətləndirilməsi;
Erkən boşalmanı müalicə etmək üçün bir neçə yanaşmadan istifadə olunur:
•    cinsi həyat ritminin tənzimlənməsi;
•    psixoterapiya və cinsi əlaqəyə nəzarət texnikalarının öyrədilməsi;
•    farmakoterapiya (serotoninin geri tutma inhibitorları)
•    seksoterapiya — Masters-Conson, Kratoxvil, “stop-start” metodikası üzrə;
•    anesteziya (keyləşdirici, hissiyyatı azadan) vasitələri;

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda