35470
20 Oktyabr 2021
Cinsi zəifliyin müalicəsi
Cinsi zəifliyin müalicəsi

cinsi zəifliyin müalicəsi - cinsi zeifliyin mualicesi - kişilərdə cinsi zəifliyin müalicəsi

Cinsi zəiflik (erektil disfunksiya və ya impotensiya) ― cinsi əlaqəni tam şəkildə həyata keçirmək üçün ereksiyaya nail olmaq və ya ereksiyanı saxlamaq qabiliyyətinin itirilməsidir. Ereksiyanın pozulması yalnız kişinin fiziki yox, həm də psixoloji durumuna təsir edir. Cinsi həyatın pisləşməsi bir çox hallarda psixoloji pozğunluqlara, o cümlədən depressiyaya gətirib çıxarır.

Kişilərdə cinsi zəifliyin müalicəsini aşağıdakı üsullarla həyata keçirir:

1. Cinsi zəifliyin müalicəsi məqsədilə həyat tərzinə düzəlişlərin edilməsi

Cinsi zəiflikdən əziyyət çəkən pasiyentlərin müalicəsində birinci məqsəd - xəstəliyin səbəbini müəyyən etmək və onu müalicə etməkdir. Amma əsas müalicə tədbirlərinə kecmədən, pasiyentlərin bir qismində az fiziki aktivlik, siqaretçəkmə və piylənmə kimi mənfi amillərin korreksiyası ereksiyanın bərpa olunmasına imkan verir. Bu ereksiyanın pozulmuş funksional qabiliyyətinin yaxşılaşması nəticəsində baş verir. Cinsi zəifliyi olan pasiyentlərinin hər birinə, həyat tərzinin korreksiyası ücün tövsiyyələr və məsləhətlər verilməlidi.

2. Cinsi zəifliyin müalicəsi zamanı psixoseksual terapiya

Ciddi psixoloji problemləri olan xəstələr üçün psixoseksual terapiya tətbiq oluna bilər, həm monoterapiya şəklində, həm də başqa müalicə ilə birlikdə. Ümumiyyətlə, psixososial amillər cinsi zəifliyin istənilən forması zamanı güclü rol oynayırlar. Cinsi zəiflik tamamilə orqanik (fizioloji) səbəbdən yarandığı hallarda belə, ikincil reaktiv psixoloji komponenti, demək olar ki, həmişə müşahidə etmək olur. Pasiyentlə təkbətək və ya, mümkün olduğu halda, pasiyent və onun xanım-partnyoru ilə söhbət formasında psixoseksual terapiya həm orqanik, ən əsasda psixogen cinsi zəifliyin müalicəsində müsbət nəticələr verə bilər.

3. Cinsi zəifliyin müalicəsi üçün ereksiya gücləndirici preparatlar

Öz yüksək effektivliyinə görə bu tip preparatlar cinsi zəiflik müalicəsində birinci növbəli terapiya hesab olunurlar. Cinsi zəifliyin müalicəsində istifadə olunan  preparatlar arasında ən çox istifadə olunan sildenafil tərkibli preparatlardı. Bundan başqa, ereksiyanı bərpa etmək üçün həkim intrakavernoz inyeksiyalar da təyin edə bilər.

4. Cinsi zəifliyin müalicəsində potensiyanı gücləndirən preparatlar

Pasiyentə qanda testosteron səviyyəsini artıran preparatlar, prolaktin inhibitorları, biogen stimullaşdırıcılar (eleuterokokk, jenşen) və fərdi göstərişlərə uyğun olaraq başqa dərman vasitələri təyin edilə bilər.

5. Cinsi zəifliyin müalicəsində fizioterapiya

Cinsi gücü bərpa etmək üçün, zərbə-dalğa terapiyası, mənfi təzyiq terapiyası, pnevmomassaj, maqnit, lazer və digər fizioterapiya növləri istifadə olunur.

6. Cinsi zəifliyin müalicəsində cərrahi müdaxilə

Qan damarları üzərində cərrahi əməliyyat və ya penisin endoprotezlənmə əməliyyatı (bu radikal metod cinsi zəifliyin son mərhələsində tətbiq edilir).

Cinsi zəifliyin profilaktikası

Cinsi zəifliyin müalicəsi zamanı nail olunmuş nəticəni aşağıdakı sadə tövsiyələrə riayət edərək daima dəstəkləmək lazımdır:
•    Müntəzəm cinsi aktivlik; 
•    Zərərli vərdişlərdən — siqaret çəkməkdən, alkoqoldan imtina etmək;
•    Düzgün qidalanmaq;
•    Sabit fiziki yüklənmələr və təmiz havada çox vaxt keçirmək;
•    Həddindən artıq yorulmanın qarşısını almaq üçün iş və istirahət vaxtının düzgün bölüşdürmək;
•    Bədən çəkisini normaya salmaq və normada saxlama;
•    Digər xəstəlikləri vaxtında müalicə etmək və onları nəzarət altında saxlamaq.

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda