163585
6 Fevral 2012
Cinsi zəiflik
Cinsi zəiflik

Cinsi zəiflik - cinsi zeiflik - cinsi zəifliyin müalicəsi - cinsi zeiflik nece aradan qaldirmaq olar - psixoloji cinsi zeifliyin mualicesi - cinsi zeifliyin mualicesi - cinsi zəifliyin bitkilərlə müalicəsi - cinsi zəifliyi aradan qaldıran dərman - cinsi orqanin durmamasi - cinsi orqanin sertlesmesi - ereksiya ucun dermanlar - erektil disfunksiyanin mualicesi - impotensiyanin mualicesi - cinsi organin mualicesi - kisilerde cinsi zeifliyin sebebleri - cinsi zəiflik və onun müalicəsi haqqında bütün həqiqətlər - cinsi zəifliyi aradan qaldıran dərman - cinsi orqanin zeiflemesi

Cinsi zəiflik (Erektil disfunksiya) kişi cinsi orqanının vaginaya (uşaqlıq yoluna) daxil olması və qənaətbəxş cinsi aktı yerinə yetirmək üçün kifayət edən ereksiyaya(sərtlik) nail olmaq və ya saxlamaq bacarıqsızlığı kimi müəyyən etmək olar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, 21 yaşdan yuxarı  hər on kişidən biri ereksiyanın pozulmasından əziyyət çəkir, 60 yaşdan yuxarı hər üç kişidən biri isə - ümumiyyətlə, cinsi aktı yerinə yetirmək qabiliyyətində deyil. Müxtəlif yaşlı kişilər üçün cinsi zəiflik probleminin əhəmiyyətini, sözlərlə ifadə etmək çox çətindir. 

“Kişinin həyatında ən çox rast gəlinən müvəffəqiyyətsizlik” - XIX əsrdə məhşur psixoterapevt Ziqmund Freyd impotensiyanı belə adlandırmışdır. Illər keçdi, çox saylı tibbi tədqiqatlar aparıldı, onlarla kitab yazıldı, bu xəstəliyin diaqnostikası və müalicəsinin yeni texnologiyaları icad edildi. Lakin elə indi də, bizim stresslər və daimi psixoloji və fiziki gərginliklər əsrimizdə, cinsi zəiflik ən geniş yayılmış problem və bütün dünyada bir çox kişi üçün çox güclü zərbə olaraq qalır.

Ereksiyanın pozulması narahatlığın, özünə inamsızlığın və hətta depressiyanın inkişaf etməsinə gətirib çıxarır, həm xəstələrin özlərinin, həm də onların qadınlarının həyat keyfiyyətini xeyli azaldır. Qeyd etmək vacibdir ki, cinsi zəiflik qocalmanın mütləqi və qaçınmaz nəticəsi deyil və istənilən yaşda patologiya kimi qiymətləndirilir, onu müalicə etmək olar və lazımdır. Daha gec nigahlara, və deməli, uşaqların daha gec doğulmasına artan meyli nəzərə alaraq, cinsi zəiflik çox zaman da sonsuzluğun səbəbi ola bilər. 
Kişilərin erektil disfunksiya səbəbindən həkimlərə müraciət etməkdən boyun qaçırması bütün dünya həkimləri üçün, xüsusilə şəxsi xarakterli məsələlərlə həkimə müraciət etməyi qəbul etməyən böyük kütlələrin yaşadığı Azərbaycan üçün daha aktualdır. Kişi illər boyunca ahəngdar cinsi həyatın olmamasına görə dözərək, bu problemi gizlədə və yə qəbul etməyə bilər və həkimə müraciət etməyə bilər. Həm də kişinin cinsi xüsusiyyətləri planında onun psixikası son dərəcə tez təsirlənəndir, və “şəxsi həyatda yaşanan problemlər” ifadəsi çox zaman “şəxsi problemlərə”, yəni heç kəslə bölüşməsinə icazə verilməyən problemlərə çevrilir. Bununla belə, müasir təbabət erektil disfunksiyası olan kişilərə yardım göstərilməsi üçün gərəkli olan olduqca böyük vasitə arsenalına malikdir.

Cinsi zəifliyin səbəbləri

Cinsi zəifliyi onun inkişaf etmə səbəblərindən, yəni ereksiyanın bu və ya digər mexanizmlərinin pozulmasından asılı olaraq qruplara bölürlər. Bu zaman psixogen və orqanik (üzvi) cinsi zəiflik ayırd edilir.

Cinsi zəifliyin orqanik (üzvi) səbəbləri

Cinsi zəifliyə səbəb ola biləcək çox sayda xəstəlik mövcuddur :

• kişi hormonu - testosteron çatışmazlığı (testosteron haqqında daha ətraflı) ;
• sidik - cinisiyyət sistemi və kiçik çanaq orqanlarının xəstəlikləri (prostatit, epididimit və s.) ;
• şəkərli diabet ;
• damar xəstəliklər - ateroskleroz (yaşlı kişilərin xəstəliyi), penis damarlarından  qanın çox axması ;
• cinsi orqanlar və kiçik çanaq orqanların travmaları, əməliyyatlar ; 
• bir qrup dərmanların əlavə təsiri (təzyiqi azaldan, sinir sisteminin pozulmaları zamanı qəbul edilən və əksər kardioloji preparatlar).
• xaya xəstəlikləri 

Cinsi zəifliyin psixoloji səbəbləri

Bir sıra hallarda ereksiya ilə problemlər psixoloji səbəblərdən irəli gələ bilər :
• kəskin ifadə olunmuş narahatlıq ;
• psixo - emosional travmalar ; 
• münasibətlərdə problemlər ;
• psixoz ;
• depressiya ;
cinsi əlaqə qorxusu.

Psixoqen cinsi zəiflik - Psixoloji cinsi zeifliyin mualicesi

Cinsi zəifliyə gətirib çıxaran psixogen pozulmaların ən geniş yayılmış forması - uğursuzluğun səksəkəli gözləmə sindromudur. Ereksiyanın kəskin surətdə azalması və hətta itməsi şəklində təsadüfi, çox zaman vəziyyətdən irəli gələn cinsi uğursuzluq öz gücünə şübhənin yaranmasına səbəb olur, növbəti cinsi yaxınlığa hiper nəzarətə səbəb olur. Mümkün ola biləcək uğursuzluq qarşısında qorxu - “Ereksiyanı saxlaya biləcəyəmmi ?”, “Öz partnyorumu razı sala biləcəyəmmi ?” sualları - çox ehtimal ki, cinsi ehtirasın azalmasına və ereksiyanın itirilməsinə gətirib çıxaracaqdır. Bu qorxular nə qədər güclü olarsa, onların gerçəkləşmə ehtimalı  bir o qədər yüksək olacaqdır (özünü inandırma prinsipi üzrə), və kişi ereksiyaya nail olmaq və onu saxlamağın həqiqi qabiliyyətsizliyini hiss etməyə başlayacaqdır. 
Zaman keçdikcə uğursuzluq qarşısında qorxu cinsi əlaqəyə qarşı marağın zəifləməsinə (çəkinməyə), özünə hörmətin itməsinə və inamsızlığa qalib gəlmək üçün cəhdə (bu adətən cinsi aktın səmimiliyini pozur və onu həzdən nə isə bir “hərəkətə” çevirir) səbəb ola bilər.

Bundan başqa, uğursuzluq qorxusu çox zaman bir və ya iki partnyoru öz şəxsi seksual reaksiyalarını və ya partnyorun reaksiyasını izləyən və onu qiymətləndirən müşahidəçilərə çevirir. Baş verənlərə müşahidə və qiymətləndirməyə fikir verərək, kişi adətən cinsi fəallıqdan daha az həzz alır, bu da onun fiziki reaksiyaya qabiliyyətini daha güclü azaldır. Beləliklə, məntiqsizlik, çıxılmaz vəziyyət yaranır : zəif ereksiya uğursuzluq qorxusuna səbəb olur, bu da müşahidəçi olmağa vadar edir, bu isə öz növbəsində, fikri dağıdır və ereksiyanın pozulmasına səbəb olur və uğursuzluq qorxusunu güçləndirir. Bu çıxılmaz vəziyyət, məntiqsizlik qırılmasa, çox ehtimal ki, ereksiyanın pozulması davam edəcək.

Cinsi zəifliyin müalicəsi

Cinsi zəiflik (erektil disfunksiya, impotensiya) uğurla müalicə olunur və 95 % hallarda müalicə kursuna vaxtında başlamış xəstənin tam sağalması müşahidə olunur. 

Cinsi zəiflik müalicəsində bir neçə əsas müalicə metodlar mövcuddur, ümumilikdə onları aşağıdakı növlərə ayırmaq olar :cinsi aktdan əvvəl seksual gərginliyin, qorxunun, inamsızlığın aradan qaldırılması ; 

Cinsi gücü artıran dərmanlar : həb şəklində preparatlar, vazoaktiv preparatların intrakavernoz və endouretal daxil edilməsi, testosteron ilə əvəzedici terapiya ;
fizioterapevtik müalicə : LMT - terapiya - lokal mənfi təzyiq ilə terapiya ;
cərrahi müalicə : cinsi orqanda damar əməliyyatları, cinsi orqanın endoprotezləşməsi. 

Cinsi zəiflik - hökm deyil, sadəcə bir xəstəlikdir, hansı ki uğurla müalicə olunur, və hər bir xəstəlikdə olduğu kimi, impotensiyanı başlanğıc mərhələsində müalicə etmək daha asan və effektivdir. Həkimə(androloq) nə qədər tez müraciət etsəniz, müalicə bir o qədər effektiv olar. 

Müasir təbabət cinsi zəifliyin müalicəsində nəaliyyətlər əldə etmiş və problemi uğurla həll olunanlardan etmişdir. Buna görə də, əgər siz ereksiya pozulmalarından əziyyət çəkirsinizsə, bu problemlə yaşamaq və onun aradan qaldırılması üçün heç bir hərəkət etməmək lazım deyil. Həkimə müraciət edin və əsaslı müayinədən sonra, fərdi xüsusiyyətləri nəzərə almaqla, sizin üçün optimal müalicə metodu seçiləcəkdir, hansı ki, sizin həyatınıza tamdəyərli cinsi əlaqənin bütün nəşə və zövqünü qaytaracaqdır. Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov

 

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda