24712
10 Avqust 2018
Androloqa ən çox verilən sualların cavabları
Androloqa ən çox verilən sualların cavabları

1. Sual: Məndə tez boşalma var, yəni cinsi əlaqə çox tez bitir. Bu problemin səbəbləri nədir? Tez boşalmanın müalicəsi var?

Mövzu: Erkən boşalma

Cavab: Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar.

2. Sual: Cinsi əlaqə zamanı, cox vaxt qurtara bilmirəm, əlaqənin müddəti həddən artıq olur, həm partnyorum həm özüm bezirəm. Bunun səsbələri nədir və müalicə varmı?

Mövzu: Boşalmanın gecikməsi

Cavab: Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.

3. Sual: Əllə boşalmada hec bir problem yoxdu, qızla görüşəndə isə problemlər yaranır. Yəni, başlayan ana kimi ereksiya olur, amma daxil olmaq istəyəndə cinsi orqan boşalır. Bu nədən olur? Və müalicə olunan haldı?

Mövzu: Cinsi zəiflik

Cavab:  Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur.

4. Sual: Mən qadınla əlaqədə olanda, bir dəfə oluram, ikinci əlaqə isə çox vaxt alınmır - cinsi orqan ya durmur, ya da boşala bilmirəm. Bunun səbəbi nədir?

Mövzu: Cinsi zəiflik

Cavab: Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.

5. Sual: Məndə varikosel diaqnozu təyin edilib. Buna görə mütləq əməliyyat etdirməliyəm?

Mövzu: Varikosel

Cavab:  Varikosel - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir.

6. Sual: Cinsi orqanın normal ölçüləri nə qədər olmalıdı? Birdə kremlə artırmaq olar cinsi orqanı?

Mövzu: Cinsi orqanın ölçüləri

Cavab: Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Yalnız hormonal çatımazlıq təyin edilərsə, müəyyən yaşa qədər müalicə mümkündü. Amma bu halda da hec bir krem istifadə edilmir. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı(krem və ya tablet) təsir etmir.

7. Sual: Mən prostat vəzini yoxladanda, prostatda daşlar aşkarlanıb. Bu nəyin əlamətidi və müalicə lazımdı bu vəziyyətdə?

Mövzu: Prostat kalsinatları

Cavab: Prostat vəzidə kalsinatların(daşların) olması xroniki prostatitin əlamətidir. Kalsınatları dərman preparatları ilə aradan qaldırmaq, demək olar ki mümkün deyil. Əgər aşkarlanan kalsinatlar Sizi narahat etmirsə, xüsusi müalicə tələb olunmur, amma ağrılar və ya narahatlıq varsa - prostatitin müalicəsi aparılmalıdır.

8. Sual: Məndə xayalarda ağrılar olur. Arada artır, arada azalır. Səbəbi hansı xəstəlik ola bilər?

Mövzu: Xaya ağrıları

Cavab: Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosel(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Səbəb aydın olduqda, həm ağrılara görə, həmdə aşkarlanan xəstəliyin aradan qaldırlıması üçün müalicə kursu təyin edilir.

9. Sual: Mən bir necə gün əvvəl qadınla cinsi əlaqədə olmuşam. İndi mədə cinsi orqandan axıtma var birdə sidiyə gedəndə yandırır. Mən nə etməliyəm?

Mövzu: Cinsi yolla kecən xəstəliklər

Cavab: Bu tipli əlamətlər fərqli cinsi infeksiyaların əlaməti ola bilər. Ona görə də, birinci növbədə Siz müayinələrdən keçib, hansı cinsi infeksiya ilə yoluxmanızı öyrənməlisiz. Diaqnoz dəqiləşəndən sonra, düzgün müalicə kursu təyin ediləcək. Bu etapları mütləq keçmək lazımdır - özü-özündən cinsi infeksiya sağala bilməz.

10. Sual: Mənə spermoqramma analizi vermək məsləhət ediblər. Mən klinikaya açqarına gəlməliyəm? Başqa nə analiz verməliyəm?

Mövzu: Spermoqramma

Cavab: Xeyr, spermoqramma analizində klinikaya açqarına gəlməyə ehtiyac yoxdur, amma spermoqramma analizindən öncə müəyyən şərtlərə riayət olunmalıdır. Əgər uşaq olub-olmaması qabiliyyətini yoxlamaq istəyirsizsə, spermoqramma analizi kifayətdir. 

11. Sual: Əllə özünü boşaltmaq ziyanlıdı?

Mövzu: Masturbasiya

Cavab: Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var.

12. Sual: Məndə xroniki prostatit diaqnozu təyin edilmişdi. Bir urs müalicə keçdim, amma indi yenə eyni əlamətlər hiss edirəm. Yenə müalicə keçməliyəm?

Mövzu: Prostatit

Cavab: Xroniki prostatit elə xəstəlikdir ki, müalicədən müəyyən müddət keçəndən sonra, təkrar kəskinləşə bilər. Ona görə də xroniki prostatitin müalicəsində, ildə 2 dəfə(yazda və payızda) profilaktik kurslar tətbiq olunur.

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda