13104
23 İyun 2018
Androloq
Androloq

Androloq baki - Androloq bakida - Androloq hekimleri - Azerbaycanda androloq - Androloq hekim - Prostat hekimi - Androloq hekim bakida

Androloq kimdir? Androloq – kişi cinsiyyət sahəsinə aid məsələlərlə məşğul olan mütəxəssisdir. Onun kompetensiyasına kişi cinsiyyət orqanlarına aid olan xəstəliklərin diaqnostikası və müalicəsi daxildir. Sözün kökü “andro” yunan dilindən tərcümədə “kişi, kişiyə aid” mənasını verir.
Kişi orqanizmi bəzi stress vəziyyətlərinə, o cümlədən daxili orqanların xəstəliklərinə, zədələnmələrə kifayət qədər spesifik reaksiya göstərir. Bunun nəticəsində kişilərdə cinsi (reproduktiv) funksiyanın müxtəlif pozuntuları əmələ gələ bilər. Androloq — cinsiyyət sisteminin orqanik pozğunluqlar zamanı və seksual funksiyanın zəifləməsinə təsir edən psixoloji pozuntuları aradan qaldıracaq həkimdir.

Androloqun qəbuluna nə vaxt getmək lazımdır?

Bir çox sidik-tənasül sisteminin xəstəlikləri uzun müddət ərzində gizli xarakter daşıya bilərlər. Ona görə də, profilaktika məqsədi ilə, kişiyə ildə heç olmasa bir dəfə androloqun qəbuluna getmək lazımdır, 45-50 yaşdan yuxarı kişilərə isə bu həkimlə hər 6 aydan bir görüşmək tövsiyə olunur.
Aşağıda göstərilən bəzi simptomların əmələ gəlməsiondan xəbər verir ki, kişi həkimini ziyarət etməyi sonraya saxlamaq olmaz:
•    Sidik ifrazı zamanı diskomfort;
•    İntim yaxınlıq zamanı ağrı hissləri;

•     Seksual funksiyanın pozulması (ereksiyanın zəif olması və ya olmaması, erkən boşalma, cinsi həvəsin azalması);
•    Sidik kanalından ifrazatlar, sidikdə irinin və qan izlərinin olması;
•    Qasıq nahiyəsində ağrı, gicişmə və yandırma;
•    Xayalarda ağrı
•    Tez-tez sidik ifraz etmə;
•    Cinsiyyət orqanları nahiyəsində səpgilər, ləkələr və yenitörəmələr.

Androloq hansı xəstəlikləri müalicə edir?
“Kişi” həkiminin vaxtında ziyarət edilməsi aşağıdakı xəstəliklərı diaqnostika etməyə və müalicə təyin etməyə kömək edəcək:
•    Kişi sonsuzluğu;
•    Prostat adenoması (prostat vəzinin xoşxassəli hiperplaziyası);
•    Cinsi yolla keçən infeksiyalar;
•    Cinsi zəiflik
•    Erkən boşalma
•    Prostatit

•    Varikosel
•    Uretrit
•    Və s. cinsi xəstəliklər

Androloq sidik-tənasülsahəsinə aid olan müxtəlif əməliyyatlar (varikosel və s.) keçirə, onlara aid konsultasiyalar verə bilər.

Androloqun qəbuluna necə hazırlaşmaq lazımdır?

•    Biz pasientlərimizin heç bir fikirlərini, əqidələrini, hərəkətlərini və cinsi davranış xüsusiyyətlərini nə qiymətləndiririk, nə də ki mühakimə edirik, eyni zamanda biz öz təcrübəmizə və biliklərimizə əsaslanaraq Sizin və sizin gələcək nəsillərinizin sağlamlığını qorumaq üçün əlimizdən gələni etməyə hazırıq.
•    Sizin androloqu ziyarət etməniz və Sizin sağlamlıq durumunuz ilə bağlı məlumatlar həkim sirridir və qohumlarınızla Sizin razılığınız olmadan nə açıqlana nə də ki müzakirə oluna bilər.
•    Bizim klinikada konsultasiya və müayinələr hətta ən vasvası pasiyentlərdə belə diskomfort hissi yaratmayacaq.
•    Yaxmaların götürülməsinə zərurət yarandıqda, axşamdan və ya analizdən əvvəl ən azı 3 saat ərzində sidik ifraz etməkdən çəkinmək lazımdır. 
•    Hormonal müayinələrə zərurət yarandıqda klinikaya açqarına gəlmək lazımdır.
•    Prostat vəzinin USM-i lazım olduqda, klinikaya sidik kisəsi dolu vəziyyətdə gəlmək lazımdır.

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda