ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Elshad | 19 Aprel 2014 05:07
SAlam Orxan hekim !!Men cinsi elaqe zamani eyakuliyasiya 25-30 deq erzinde bas verir.Zehmet olmazsa,bunun patalogiya olub olmamadigini izah ederdiniz!!!
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 05:09
Salam Elshad. Əgər cinsi əlaqənin uzunmüddətli olması, bezdiririci xarakter daşıyır və boşalmaq istəyi olmasına baxmayaraq, boşala bilmirsiz və ya ereksiya itir - bu patalogiya sayıla bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anar | 18 Aprel 2014 16:30
salam doktor. baqslayin men bir ilden coxdrki menden irine oxsar ve sulu furmada sire qelirdi bir ay bndan ence analiz etdim mikurubb cixdi malice etdim elametler helede var amma tezeden analiz etdim temiz cixdi bu nece ola biler birde olabilerki eyer mende mikurub varsa ayleme kecmesin cunki unu da analiz etdik ondada hec bir sey cixmadi xais edirem meni cavab yazin tesekr edirem
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 05:09
Salam Anar. Əgər partnyorların birində cinsi infeksiya varsa, o biri partnyor mütləq müalicə kursu keçməlidir(fərqi yoxdur, cinsi infeksiya aşakarlanır ya yox). Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emil | 18 Aprel 2014 16:10
salam! Xahis edirem menim sualimi cavablandirasiniz. Men sfermadan analiz vermisem,toxumun zencirvari olmasi askarlanib. Bunun mualicesi necedir ve ne qeder vaxt cekir?
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 05:18
Salam Emil. Spermoqrammada olan problemlərin müalicəsi, adətən 3 ay müddətində olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Raul | 18 Aprel 2014 12:36
Salam doktor.men 1 hefte bunda qabaq bir xanimla cinsi elaqede oldum.ustunden 1 hefte kecmisdi sidiye cixdim goyneme oldu.ustunden 30 deqiqe kecdi ag maye geldi.axma falan indi yoxdu heleki.bilmek isterdim neden ola biler bu?
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 05:18
Salam Raul. Bu cinsi infeksiya ilə yoluxmanın əlaməti ola bilər. Cinsi infeksiyaları yoxlayıb, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elvin | 18 Aprel 2014 11:44
hekim menim sual odurki men 2008-ci ilde sol xayadan xestelenmisdim sol xayam wiwmiwdi ve hekimler dediki orxit xesteliyidi ve sagalandan sonra men spermani tez bosaliram sora mende dedilerki spermam qoca kisi spermasi kimi qatidi ve dediler mikrop var prostat vezimde men soznsuz ola bilerem xais tez cavab yazardizda onceden tesekkurler
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 05:18
Salam Elvin. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aslan | 18 Aprel 2014 11:08
salam hekim mende triper xesteliyi var ozude nece ildi mualice elemek olar?
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 05:18
Salam Aslan. Əlbəttə, qonoreya(tripper) xəstəliyinin müalicəsi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emin | 17 Aprel 2014 17:36
Salam hekim men 1 ay bunan qabaq cinsi elaqede olmusam 3 gundur eiyende yandirma olur az miqdarda ve penesimin ucu adi gunlerde yandiran kimi olur bu soyuq deymeden ola bilermi??
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 05:17
Salam Emin. Çox güman ki, cinsi infeksiya ilə yoluxmanın əlamətləridir, soyuqdəymə əlamətləri də ola bilər, amma cinsi infeksiyaların olub-olmaması mütləq yoxlanmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ayka | 17 Aprel 2014 07:36
Çok sagolun Doktor allah sizdan razi olsun verdiyiniz maslahatlara gora siza derin derin tewhekkurumu bildiriram!
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 05:18
Buyurun, xoşdu. Uğurlar.
Mahammad | 16 Aprel 2014 18:17
Salam Hekim.Menim cinsi orqanim ustunde coxlu yumru priwike benzer yumru yumru nese var icinde ag ag..Bir ikisin sixmisam icinden ag priwike oxwar nese cixib,hekime getmiwdim o dediki tuklerin yeridi.Bu duzdu?
Dr.Orxan Agabəyov | 17 Aprel 2014 06:32
Salam Mahammad. Ola bilər Fordays qranuları olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Hər halda dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Said | 16 Aprel 2014 18:05
Salam,əvvala sizi salamlayıram.Şikayətim prostatla bağlıdır,soyuqlama olub bir neçə dəfə müalicə almışam amma yenə də,problemlər qalıb.Əsad problem ağrı belimdədir,birdə ağır ayaqyoluna gedən də,idrara tez tez və yarımçıq halda gedirəm Xahiş edirəm bu xəstəlil haqqın da,məni məlumatlandırasız.
Dr.Orxan Agabəyov | 17 Aprel 2014 06:22
Salam Said. Bu xəstəlik haqqında, saytda məqalə var - Prostatit, oradan ətraflı məlumat əldə edə bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.