ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
İxtiyar | 21 Aprel 2014 07:43
Salam doxdur mənim sağ xayamda ağrı sancır mən nə edim
Dr.Orxan Agabəyov | 22 Aprel 2014 05:10
Salam İxtiyar. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nail | 21 Aprel 2014 03:44
Salam Dr.O.Agabekov. Hekim size 1 sualim var xaiw edirem cavablandirasiniz.hekim menim cinsi orqanimda sola dogru eyrilik var ve onun sebebinde cinsi orqanim tam fealiyyet gostermir (yani dik durmur)onun mualicesi varmi?
Dr.Orxan Agabəyov | 22 Aprel 2014 05:13
Salam Nail. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Perviz | 21 Aprel 2014 00:05
Salam hekim.men cinsi elaqede olan zaman uya bilmirem yani ehtiraslana bilmirem demek olarki xahiw edirem buna fikir bildiresiz evvelceden Tewekkurler
Dr.Orxan Agabəyov | 22 Aprel 2014 05:15
Salam Perviz. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramin046 | 20 Aprel 2014 10:49
Salam hormetlihekim.sual verdim.helede cavab verilmeyib.butun seyfeleri axtariram tapa bilmirem.zehmet olmasa imkan varsa sualimi c@vabsiz goymayin.hekim mende valikosel var..heftede 3defe elagede oluram.subayam.cinsi elagenin ziuani yoxduki valikosele?.hardasa 20gun olar elagede oldum.3gun olar sidiye coxanda uandirir ve wire kimi nese gelir.bu ne ola biler?narahst etdimse bagislayin.
Dr.Orxan Agabəyov | 22 Aprel 2014 05:01
Salam Ramin046. 1. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Cinsi həyatın ritminin varikoseleyə aidiyyatı yoxdur. 2. Cinsi infeksiya ilə yoluxmanın əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Raul | 20 Aprel 2014 10:08
salam hekim.men spermoqrammadan analiz vermisem.eyakulyatin hecmi 3.5ml durulma muddeti 30deq konsistensiya 0.5 spermatozoidlerin 1ml-de miqdari 24 mln eyakulyatda spermatozoidlerin umumi miqdari 84 mln ireli hereketliler 13% zeif hereketliler 19% yerinde hereketliler 22% hereketsiz 46% patoloji formalar 43 yasama qabiliyyeti 54% leykositler 1.7mlnlesitin deneleri az miqdarda.zehmet olmasa yazardiz bu normaldimi usaq sahibi olmaq ucun yeterlidirmi
Dr.Orxan Agabəyov | 22 Aprel 2014 04:53
Salam Raul. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozoidlərin faizi normaya uyğun deyil, birdə analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vaqif | 19 Aprel 2014 17:22
salam bagisliyin size suali var.men 19 yasinda olanda volikselden emeliyyat olunmusam.Hal-hazirda 32 yasim var.2 ildi aileliyem, amma ovladim yoxdur.hekim uroloq meslehet gordu ki, yeniden emeliyyat olunmaliyam.meslehetiniz nedir?bu usagin olmamagina mane dirmi?sag olun
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 04:57
Salam Vaqif. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sahib | 19 Aprel 2014 12:17
Salam Doktor, Menim 24 yashim var. Bir neche defe cinsi elagede olmaga getmishem lakin ereksiya sifir vezyetda olur heyecandan. Bildirim ki, her shey gaydasindadir amma men ozum de bilirem ki, heyecanli oldugum uchun bu bash verir. Ne etmeliyem?
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 04:57
Salam Sahib. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural Emirov | 19 Aprel 2014 10:55
salam...tripit ve ya bashga infeksianin yoxlanma usuku ancag mil fason nese salmagdir??Bashga cur yoxlamag olmur analiz falan??
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 04:57
Salam Tural. Bəli, cinsi infeksiyaların əksəriyyəti yaxmada yoxlanılır və başqa üsullar mövcud deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ferid | 19 Aprel 2014 06:47
Salam Orxan doktor men texminen 2 ay yarim olar 2-3 gunden bir uzr isteyirem qizla opusurem ancaq cinsi elaqede olmuram evvel xayalarimda agri olurdu sonra azalib,ozum de subayam bele sey elemek mende prablem yarada biler indi ya ne vaxtsa birdeki doktor hemin vaxtlarda cinsiyyet orqanimdan sire gelir.onceden size tesekkur edirem
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 05:04
Salam Ferid. 1. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. 2. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
cavid | 19 Aprel 2014 05:53
Salam hekim. sizin shexsi email adresiniz var? varsa zehmet olmasa deyin de.
Dr.Orxan Agabəyov | 20 Aprel 2014 05:07
Salam Cavid. Bütün əlaqə vasitələri, saytda, əlaqə bölməsində yazılıb. Email: [email protected]. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə də, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.