ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Nicat | 6 May 2014 04:04
Salam. Mende UZI analizinin neticelerine gore Prostat vezinin olculeri 4.4x3.9x4.2 sm, strukturasi heterogendir, kalsinatlar izlenilir, kapsula qalinlasib diaqnozu qoyulub. Xahis edirem bu barede mene meslehet veresiz. Zehmet olmasa hansi problemlerin olugunu deyesiz.
Dr.Orxan Agabəyov | 7 May 2014 06:39
Salam Nicat. Hər halda prostat vəzidə iltihabın USM əlamətləri var, yəni prostatit xəstəliyinin əlamətləri. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ARAZ | 5 May 2014 19:37
Salam Hekim. Menim sag xayamda agrilar var,dopler etdirdim xaya artiminda iltihab gosterdi.Bunun esas yaranma sebebleri nedir? zehmet olmasa etrafli cavablandirasiz,evellceden tewekkurler.
Dr.Orxan Agabəyov | 7 May 2014 06:39
Salam Araz. Xaya artımında iltihabın səbəbi ya cinsi infeksiya ya da soyuqdəymə ola bilər. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Turan | 5 May 2014 18:15
Salam Hekim, menim sualim Trixomoniaz xesteliyi ile baglidi.. men bu xestelikden 10 gun muddetinde mualice aldim , lakin xestelik muddetinde cinsi elaqede oldum (mualicenin 6-ci gunu) hekim analiz neticesinde sagaldigimi qeyd eledi, xlamidiozdan analiz vermek istedim lakin hekim mene meslehet gormedi, dedi ki, eger xlamidioz xesteliyi olsaydi onda Trixomoniaz xesteliyin mualicesi oz effektini vermezdi, sizin fikrinizce hekim duzmu deyir? birde sualim mualice olunduqdan sonra cinsiyyet orqanımda kanalın içinde evvekinden bir az çox şeffaf su kimi selik çox olur, bu ne ilə əlaqədar ola biler?
Dr.Orxan Agabəyov | 7 May 2014 06:38
Salam Turan. Trixomoniaz xəstəliyinin olması, xlamidiozun və ya qonoreyanın olmamasından xəbər vermir, ola bilər ki, eyni zamanda 2 və ya 3 infeksiya ilə yoluxma baş versin. Hər halda arxayın olmaq üçün, əsas cinsi infeksiyaların yoxlanmağı məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sehla | 5 May 2014 15:12
salam hekim 4 aydir evliyik yoldasim bosala bilmediyine gore hamile qala bilmirem cox xahis edirem sualimi cavablandirin
Dr.Orxan Agabəyov | 7 May 2014 06:38
Salam Sehla. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 5 May 2014 14:24
salam hekim.....mende sexs zamani her sey normal olur...ereksya yerinde,her sey normal,ancaq daxil eden zaman ereksya olur,onu bilirem ki beynime qorxu,fikir dusur ki daxil ede bilecem mi?bu elaqe mende alinacaqmi, bu fikirler mende olan kimi ereksya pozulur...birde ereksya zamani her an dusunurem ki ereksya normadi,oz ozumde qorxu,shupe,inamsizliq yaranir.....daje ereksya zamani mene ele gelir ki penisim olur ancaq elimle yoxlayiram ki normadi....bu nedir axi,sanki beynimde meni kimse idare edir....xais edirem mene yol gorsedesiz...cunki bu pozqunluq meni yasamaqa hevesimi oldurur,fikirlere daliram...
Dr.Orxan Agabəyov | 7 May 2014 06:38
Salam Samir. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fariz | 5 May 2014 13:08
doktor salam zehmet olmasa deyin toxum mayesinin icinde jele kimi seffaf yasila calar rengi olan nelerse gelir.bu neyin elameti ola biler?evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 7 May 2014 06:29
Salam Fariz. Bu ciinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nihat | 5 May 2014 13:07
salam hekim menim 19 yasim var penisim balacadi bu neden ola biler ? amma bosalmada hec bir eziyyet cekmirem. cavabimizi gozduyurem
Dr.Orxan Agabəyov | 7 May 2014 06:29
Salam Nihat. Penisin kiçik olmasında, ya genetik faktor ya da hormonal pozğunluq əsas rol oynayır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elxan | 5 May 2014 09:46
Salamun.Aleykum hekim onceden size tewekkurumu bildirirem ALLAH razi olsun.Sizden bir meslehet alim ama xaiw edirem cavablandiraszi mumkunse eger.Demeli hekim mende hecbir problem yoxdu sadece olaraq penisim biraz zeyifliyib bura sehifenize yani qoymusuz balla lepeyle qariwdirmaq movzusu yani onunla emele gelen birweydir\?ele bir ay qebul etsem berkiye biler?
Dr.Orxan Agabəyov | 7 May 2014 06:29
Salam Elxan. Bal və ləpələrdən ibarət tərkib, potensiyaya müsbət təsir edir, amma nəzərə alın ki, potensiyanı zəiflədən faktor aradan qalxmasa, problemlər də aradan qalxmaya bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emin | 5 May 2014 08:21
Salam Aleykum,Mən bir dəfə operasiya olmuşam vorikoseldən lakin cox idman edirəmçnaqruska edirəm məşq vaxtı özümə.Hal hazırda da sol xayada həmin yerdə damarlar var.Xayanın yanı şiş kimi görsənir.Yungulvari agrılar olur.Hara muraciət edə bilərəm muayinə üçün həm onu həm də spermaqramma üçün.Əvvəlcədən Təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 7 May 2014 06:28
Salam Emin. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
rahim | 4 May 2014 20:39
Salam hekim onceden tewekkur.Size oz problemim haqda demek isteyirem.Menim 28 yashim var.6 aydi evlenmishem.Evvel menim cinsi orqanimda qashinma,sonra sidiye gedende goyneme hallari,ellece de qarin nahiyemde bir nece defe aqrilar bash vermishdir,Bizim saheye baxan hekimin-deri zohrevi hekiminin yanina getdim.Yaxmadan analiz aldi ve bir nece derman yazdi. Aldim,atdim,sonra qashinma ve sidiye getmede olan goynemeler aradan qalxdi,Sadece indi uzaqi 3 4 saatdan bir ayaqyoluna gedirem. Goyneme yoxdu sidiye gedende,Amma seher ayilarken(6;7;8 saat yatiram) sidik ki yiqilmish halda olur,ne qeder etsem de yatmaqa qoymur,demek olar ki onun goynemesinden yerimden ayiliram,Bir nece gun de var ki,qarin terefde az da olsa agrilar olur.Mumkunse;mene bu barede melumat veresiniz,komek edesiniz,Bir de sizin fealiyyet gosterdiyiniz,ishlediyiniz tibb muessisesi hansidir? Ve bu muayine ve mualice hansi qiymet hecminde olar? Yene de cox saqolun
Dr.Orxan Agabəyov | 7 May 2014 11:13
Salam Rahim. Çox güman ki, sidik- cinsiyyət sistemində iltihabi proses var, yəni müalicə tam aprılmayıb. Nyu-med klinikasında qəbul edirəm, Həsən Əliyev küçəsi, 29 . Bütün qiymətlər münasibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.