ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
seymur | 7 May 2014 12:54
Salam. Sistit en cox neden emele gelir ve cinsi yolla kecicidirmi... twk.
Dr.Orxan Agabəyov | 8 May 2014 05:59
Salam Seymur. Sistit adətən soyuqdəymə nəticəsində yaranır və cinsi yolla ötürülmür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Cavid | 7 May 2014 11:13
salam hekim.men tez tez ozum ozumu bowaldiram.yeni sehv etmiremse masturbasiya deyirler buna.bunu etmek menim gucumu ala bilermi ki men 6 aydi ovlad sahibi ola bilmirem.indi yoxlamadan kecmiwem.sperma,sidiy ve yaxma analizlerin yaxwi cixib.ancaq hekim guclendirici dermanlar yazib.menim sualim beledi.menum ozumu bowaltmaqim menim gucumu alirmi ki mende sperma zeyifleyir ve ovlad sahibi ola bilmirem.xahiw edirem cavablandirasiz
Dr.Orxan Agabəyov | 8 May 2014 05:59
Salam Cavid. Masturbasiya spermanın keyfiyyətinə təsir etmir, sadəcə əgər hamiləlik planlaşdırırsızsa - ovulyasiya günündən 2-3 gün öncə etməyin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 7 May 2014 10:12
Salam Doxdur bagisliyin size sualim var . Doxdur menim 18 yasim var menim sol xayamda burulma olmusdu men bunu bilmemisem ve ustunen 1 ay kecenen soram hekim baxdi dediki ora qan islemir qanqrena olub menim sol xayami goturduler men bu veziyetde spermanin analizini verdim 70 % ve hecmi 2ml cixdi bu sizce bu faiz asagi duse biler gelecekde ?
Dr.Orxan Agabəyov | 8 May 2014 05:59
Salam Tural. Aktivlik faizi biraz qeyri-real görünür, başqa klinikada təkrar spermoqramma verin - əgər göstəricilər normaya uyğun olarsa, hər 6 aydan bir bu analizi təkrarlayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
AYDIN | 7 May 2014 07:43
Salam Həkim. Size Bir Sualım Var ?. Mən Çoxlu Soyuq Maye Qəbul Edəndə Hərdən Bir Geceler Məndə Sperma Axıntısı Baş Verir. Xayiş Edirəm Cavablandırasıs
Dr.Orxan Agabəyov | 8 May 2014 05:58
Salam Aydın. Qeyri-ixtiyari boşalmaların əsas səbəbi, müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Murad | 7 May 2014 05:08
Salam hekim 23 yasim var evliyem mende cinsi elaqede olmadigim vaxdlar berkime yaxsi olur cinsi elaqe zamani berkime zeif olur ve tez bosaliram bu neden ola biler zehmet olmasa cavablandirardiz tesekurler
Dr.Orxan Agabəyov | 8 May 2014 05:58
Salam Murad. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
eyyub | 7 May 2014 04:57
Erken bosalmanin malicesi ne qeder tutar.malice etmek vacibdimi?usaq olmasi ucun spermanin keyfiyeti yetermi
Dr.Orxan Agabəyov | 8 May 2014 05:58
Salam Eyyub. Erkən boşalmanın müalicəsi adətən 1,5-2 ay ərzində aparılır. Müalicənin vacibliyini insan özü təyin edir, yəni əgər erkən boşalma olursa, cinsi partnyorda orqazm baş vermir və partnyorda narazılıq yarana bilər. Spermanın keyfiyyətini yoxlamaq üçün, spermoqramma analizindən keçmək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ziya | 6 May 2014 19:35
Salam Hekim,men 5 aydi emeliyyat olmusham. varikoseleden. indi ise sol xaya xayaliqdadi yuxariya yigilmish formada qalib.ashagi dushmur. bu nedendir? nece vaxtdi meni narahat edir.zehmet olmasa bunun sebebini deye bilersinizmi?
Dr.Orxan Agabəyov | 7 May 2014 06:40
Salam Ziya. Ola bilər, varikosele təkrar yaranıb və ya əməliyyatdan sonra hidrosele yaranıb. Hər halda  dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Cemwid | 6 May 2014 18:57
Salam. 21 yawim var. Subayam. Size bir sualim olacaq. Bu cinsi elaqeye girmeden elle bosalma (masturbasiya) sonsuzluqla neticelene biler mi? Xayamda ne aghri, ne de ki spermanin keyfiyyetinde problem (qati veziyyetdedir). Yeni bu sonsuzluga apara biler mi?
Dr.Orxan Agabəyov | 7 May 2014 06:40
Salam Cemwid. Masturbasiyanın sonsuzluq probleminə heç bir aidiyyatı yoxdur. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Murad | 6 May 2014 17:56
Salam həkim.Spermanın rənginin dəyişməsi nədən ola bilər.Təşəkkürlər.
Dr.Orxan Agabəyov | 7 May 2014 06:40
Salam Murad. Spermanın rəngi yediyiniz qidadan asılıdır, yəni bir gün öncə yediyiniz qidalarda qırmızı rəng əsas olubsa, spermanın da rəngi qırmızı ola bilər. Amma ən əsas, əgər cinsiyyət sistemində iltihabi proses, spermanın rənginə təsir edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kenan | 6 May 2014 06:03
salam hekim cox xahis edirem sualimi cavablandirasiz.evvelceden tesekkur edirem.bilmek isteyirem lazerle sunnetin ziyani varmi siz cerrahi usulla sunneti meslehet gorersiz yoxsa lazerle.bir de ki nece etmek olar ki sunnet zamani usaq aglamasin cox sag olun
Dr.Orxan Agabəyov | 7 May 2014 06:39
Salam Kenan. Hər iki variant məsləhətdir, yəni seçim daha çox valideyinlərdən asılıdır. Əgər  təcrübəli cərrah sünnət edirsə, heç bir problem olmaz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.