Seymur88 | 8 May 2014 21:14
Salam Hekim. deyerli meslehetlerinize gore cox sagolun hekim mende olan problem seksden qabaq gerginlikdi heyacanlairam ve ereksiye itir xahiw edirem bu gerginliyi heyacani aradan goturmek ucun meslehetinizi vererdiz evvelceden teshekkur
Dr.Orxan Agabəyov | 9 May 2014 07:09
Salam Seymur88. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anar | 8 May 2014 14:12
salam hekim kecendefe size mesac yazdim mene cavab gelmedi xais edire mene yazn 31 yasim var bir ilden artikdir ki menden irine oxsar ve sulu frmada sire qelirdi analiz etdi mikrub cixdi malice edenden snra yene herdem hemin elametler olor amma analize tezeden getdim demiz cixdi indide sidikden snra bir iki damci qana oxsar sey qelir bune ola biler mikrobdan ola bilermi
Dr.Orxan Agabəyov | 9 May 2014 07:08
Salam Anar. Ola bilər müalicə tam aparılmayıb və ya cinsi infeksiyalar tam yoxlanmayıb. Bir variant da var - cinsi infeksiyalar yoxdu, amma cinsiyyət sistemində iltihabi proses var. Hər halda dəqiq diaqnostika edib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Lala | 8 May 2014 08:32
Salam Doktor,medemde chox pis agrilar tutur bezen.neche gundur dayanmadan agriyir.sulu yemek yemirem.demek olarki 2 aydir ziyanli gidalar da yemirem.gizarti,yagli,gazli ichkiler ve.s.. yazva oldugunu fikirleshirem.medem bosh olan kimi agrimaga bashlayir.hekime gedecem.size yazmag istedim ilk olarag. men idmanla mesghul oluram. bunun menim medeme hech bir ziyani olmazki? umumiyyetle medesinde yazva olan insanin idman etmeyi duzgundur?hech bir ziyani yoxdur?
Men oz ozume diagnoz goymuramki yazva var mende sadece sualin cavabi maraglidir mene.
Teshekkurler!
Dr.Orxan Agabəyov | 9 May 2014 07:13
Salam Lala. Bu sualı qastroenteroloqa(yəni mədə-bağırsaq həkimi) verməyiniz daha düzgün olar. Uğurlar.
Nigar | 8 May 2014 02:34
Hekim,salam,men 4 ildir ki,vaginizm xesteliyinden eziyyet cekirem.Inanin ki,men cox bedbextem,tez-tez esebilesirem.Bu xestelikden canimi nece qurtarim?
Dr.Orxan Agabəyov | 9 May 2014 07:14
Salam Nigar. Bu xəstəlikdə əgər düzgün müalicə strategiyası seçilirsə, tez bir zamanda uğurlu nəticə əldə edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samxal | 7 May 2014 23:41
SaLam Hekim Menim 18 yaşim var.. Cinsi elaqede olmamişam ve menim problemim xaya ile bağlidir.. Menim Sağ xayam Sol xayama nisbeten çox böyükdür. Demek olar ki soldakinin 2misli boydadi ve bir az agri da hiss edirem.. bunun sebebi neden ola biler ? bir qorxusu var ? herbi xidmetde olmamişam orda mene bir problem yaratmaz ?
Dr.Orxan Agabəyov | 9 May 2014 07:17
Salam Samxal. Xaya şişkinliyinın səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
agil | 7 May 2014 23:18
salam hekim mene de bele problem var men cinsi zeyiflik oldu hekime getdim dedi mikrop var sonra mualice eledik mualice geden vaxt her shey qaydasinda idi sonra yene ele oldu bashqa hekime getdim hemin qayda mualice oldugum muded yaxshi sonra yene uje 5 defe mualice aldim xeyir yoxdu analizde her sey qaydasinda agri yoxdu sadece arada ele olurki pens iceri yigilir! bir de cinsi eleqede ola bilmirem gerek nese derman atim derman olur 100% onun hardasa 20% atiram ola bilirem bu neden ola biler? ne etmek lazimdi
Dr.Orxan Agabəyov | 8 May 2014 06:32
Salam Aqil. Əgər cinsi problemlərin səbəbləri müayinələrdə aşkar olunmursa, psixoloji səbəblər əsas ola bilər. Və yaxud, müayinələr düzgün və ya dolğun olmayıb - çox vaxt cinsi zəifliyin səbəblərini araşdıranda ancaq cinsi infeksiyaları yoxlanılır - bu yetərli informasiya deyil. Müntəzəm cinsi həyat yaşamağa çalışın və təkanverici müalicə kursundan keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ARAZ | 7 May 2014 19:12
SALAM ORXAN HEKIM.MENIM SAG XAYA ARTIMIMDA OLAN AGRIYA GORE SIDIKDEN VE YAXMADAN ANALIZ VERDIM.SIDIKDE HERSEY NORMAL,AMA YAXMANI PZR ANALIZ ETDIRDIM UREAPLAZMA CIXDI.UREAPLAZMA INFEKSIYASI XAYA ARTIMINDA ILTIHAB YARADIB AGRI VERE BILER? COX XAIS EDIREM BUNA KONKRET CAVAB VERESIZ. ONCEDEN TESEKKURLER.
Dr.Orxan Agabəyov | 8 May 2014 06:32
Salam Araz. Konkret cavab verirəm - xeyr. Uğurlar.
Elgun | 7 May 2014 16:52
Salam hekim necesix xaiw edirem sualma cavab verin.xayalarda hec bir prablem yoxdusa ama xroniki prastat spermanin kefiyetine tesir ede biler edirse mualicesi tam olunur.birde etmiyede bilermi?cox saqolun
Dr.Orxan Agabəyov | 8 May 2014 06:31
Salam Elgün. Bəli, təsir edə bilər. Xroniki prostatit elə xəstəlikdir ki, müalicədən müəyyən müddət keçəndən sonra, təkrar kəskinləşə bilər. Ona görə də xroniki prostatitin müalicəsində, ildə 2 dəfə(yazda və payızda) profilaktik kurslar tətbiq olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rövşən | 7 May 2014 16:31
Salam həkim. Oktyabrda Xaya hidropsu əməliyyatı keçirmişəm. Əməliyyatdan sonra sperma analizi olduqca aşağı göstəricilər verir. Son analizi sizə təqdim edirəm. Zəhmət olmasa bunun mümkün səbəbləri və müalicəsi barədə mənə məsləhət verərdiniz. Əvvəlcədən Sizə təşəkkür edirəm:
Parenxinamanın strukturu diffuz dəyişilmişdir, yumşaq toxumalıdır – orxid əlamətləti. Artımın həcmi böyümüşdür. Qeyri-homogen iltihablaşmış strukturludur, epididimik.
Sağ xayalıqda damarların genişlənməsi qeyd olunur, 2-ci dərəcəli varikozeli.
Prostat vəzinin ölçüləri – normal. Strukturu diffuz dəyioşilmişdir. Mənərkəzində kalsinatlar toplantısı aşkar olunur.
Dr.Orxan Agabəyov | 8 May 2014 06:31
Salam Rövşən. Sizdə hal-hazırda bir neçə problem - orxit(xaya iltihabı), varikosele(damar genişlənməsi) var. Bu xəsətliklər müalicəı olunandan sonra, spermanın göstəricilərində müsbət dəyişikliklər ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Musa | 7 May 2014 12:57
salam həkim . azərbaycanda mikro tese əməliyyatının qiyməti nəqədərdir? azoospermiyanın müalicəsi neçəyə başa gəlir?
Dr.Orxan Agabəyov | 8 May 2014 05:59
Salam Musa. Bu əməliyyatı edən cərrahın kvalifikasiyasından asılıdır, yalnız qiymətə fikir vermək düzgün deyil - bütün gələcək tədbirlər bu əməliyyatın nəticəsindən asılıdır. Əgər spermotozoidər aşkar edilərsə, süni mayalanma proseduruna başlamaq olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.