Nail | 10 May 2014 06:10
salam Dr.O.Agabekov.size 1 sualim var ve xaiw edirem cavablandirarsiniz.menim 18 yawim var ve menim cinsi orqanim 14 sm-dir.bu cinsi orqan yawima gore uzunlugu uygundurmu?uygun deyilse dermanlardan istifade edib boyutmek olarmi?
Dr.Orxan Agabəyov | 12 May 2014 06:46
Salam Nail. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
Emin | 9 May 2014 21:40
salam. hekim men 2008-ci ilde varikozdan emeliyyat olunmusam. ondan sanra herden cinsi isteksizlik hiss etmisem.. hazirda ise cinsi elaqeden demek olar ki, zovq almiram. bu emeliyyatdan ola bilermi? tesekkur edirem evvelceden
Dr.Orxan Agabəyov | 12 May 2014 06:45
Salam Emin. Xeyr, əməliyyatın bu problemin yaranmasına aidiyyatı yoxdur. Cinsi istəksizliyin səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anar | 9 May 2014 20:51
cinsi orqanin inkisafi mumkundur? { 25_30 yas}
Dr.Orxan Agabəyov | 12 May 2014 06:45
Salam Anar. Cinsi orqanın inkişafı adətən 17-19 yaşa kimi davam edir. Uğurlar.
zamin | 9 May 2014 18:26
salam hekim menim xayalarimnan biri o birinden kicikdir celd ireli hereket eden spermamin faizi 1o olur ondan yuxari qalxmir 25 faizden yuxari olmalidir 2 ildir ki mualice edirem xais edirem mene komeklik edin
Dr.Orxan Agabəyov | 12 May 2014 06:44
Salam Zamin. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
tural | 9 May 2014 13:00
salam dokdor men bosala bilmirem ne edim sizce nedendi 3 aydir evliyem xahis edirem cavab yazin
Dr.Orxan Agabəyov | 12 May 2014 06:25
Salam Tural. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
YUSIF | 9 May 2014 10:52
Salam.Doktor menim aletimde azca qizarti var ancaq bir hissede bir neca vaxtdir herden qawinir goyneyir herdende qabiq atir soyulur ancaq bir hissede
Dr.Orxan Agabəyov | 12 May 2014 06:25
Salam Yusif. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Perviz | 9 May 2014 10:47
Salam hekim xaiw edirem sualima cavab verediz,men demek olarki her gün alt paltarinda penisden wire su lekeleri olur,bu neden ola biler?
Dr.Orxan Agabəyov | 12 May 2014 06:25
Salam Perviz. Ən çox ehtimal olunan səbəb - cinsi infeksiyadır, nadir hallarda iltihabi prosesin əlaməti ola bilər. Hər halda bu əlamətin səbəbini dəqiqləşdirmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
selim | 9 May 2014 08:44
salam hekim sualim beledi 38 yashim var vaxtile ureplazma olub tam mualice olmusham indi xayalarda sallaqliq var xroniki prostatit var indi tam berkime olmur hem de qarinin dibinde kut agri olur.umumiyyetle men bir defeden artiq ola bilmirem.sorushmaq isterdim bu xesteliyin diaqnozu nedir hansi analizler verilmelidir.
Dr.Orxan Agabəyov | 12 May 2014 06:25
Salam Selim. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
cemil | 9 May 2014 07:24
salam doktor uzr isdeyirem sualima gore men cinsi elaqede olanda cox tez bowaliram
Dr.Orxan Agabəyov | 12 May 2014 06:25
Salam Cemil. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
xeyal | 9 May 2014 05:35
salam hekim 4 ildir evliyem.32yasim var ovladim yoxdur .1 il olarki menim cinsiyyetim durmur.buna sebeb 1 il bundan qabaq hekime getmisdik men analiz vermek ucun bosala bilmirdim hekim cinsiyyetime iyne vurdu ve bosala bildim onda sonra 1 hefte cinsiyyetim olmedi .ve daha sonra hec qalxmadi uje cox tinciqmisam utaniram basqa hekime getmeye xahis edirem mene komek edin cox pis veziyyetdeyem xahis edirem cavab yazin
Dr.Orxan Agabəyov | 12 May 2014 06:25
Salam Xeyal. Çox güman ki, uzunmüddətli ereksiya(priapizm) nəticəsində, penis strukturlarında dəyişiklik gedib və normal ereksiya alınmır. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.