mehemmed | 13 May 2014 13:31
Salam hekim size sualim budur masturubsynan mesgul olmaq tirnajorla mesgul olanlara yeni ezelenik kicilmesine zeyiflemesine insaf etmesine sebeb ola bilermi meslehetinizi bilmek isterdim xails edirem bu haqqda mene derin melumat veresiz indiden cox tesekurler
Dr.Orxan Agabəyov | 15 May 2014 06:46
Salam Mehemmed. Xeyr, masturbasiyanın əzələlərə birbaşa neqativ təsiri yoxdur, sadəcə məşqdən 4-5 saat öncə və sonra masturbasiya etməyin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aynur | 13 May 2014 08:47
salam, hekim . men 6 aydir aileliyem ve hamile qalmamisham bu uddetde . hekime getdim mene hormonlardan analiz verdirdi ve mene ele bir problem yoxdur dedi ve mene 2ci fazada bir az narahatliq olar deyib dufastonu 3 ay icmemi istedi . bu muddetde hamile qalacagimi bildirdi . amma qalmadim . bu ay ise artiq icmedim dufaston vaxtimdan 9 gundur kecib , test de gostermir . yoldasimdan dunen oyrenmisem ki 5 il once esger iken onda varkasel agrisi olubmus ve varkaseli var . bu usaq olmaga mane ola bilermi ? eger agri veribse hansi heddedir ? tesekkurler
Dr.Orxan Agabəyov | 15 May 2014 06:41
Salam Aynur. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, yoldaşınız spermoqramma versin və göstəriciləri, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Hasan | 13 May 2014 05:55
Hekim salam hervaxtinız xeyir olsun sizə sualim mende erken qurtariram demek olar ki olan kimi
20 25 saniye
Dr.Orxan Agabəyov | 15 May 2014 06:38
Salam Hasan. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 11 May 2014 21:13
Salam hekim. Penisin icinde bezen qashinma olur bir anliq. Bu hansi xesteleyin elametidir ?
Dr.Orxan Agabəyov | 15 May 2014 06:13
Salam Orxan. Bu bir sıra cinsi yolla ötürülən infeksiyaların əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gunay | 11 May 2014 10:48
hormetli hekim men bilmek isteyiremki ezele kutlesini artlran dermanlarln,meselen amino tabletinin cinsi orqana bir ziyanl varml? sonsuzluq yaratmlrki?
Dr.Orxan Agabəyov | 15 May 2014 06:13
Salam Gunay. Xeyr, amino - aminturşulardı, yəni zülalların tərkib hissəsi və heç bir ziyanı yoxdu, yalnız hormonal preparatlar(steroidlər) ziyanlıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kenan | 11 May 2014 10:15
salam hekim men bidene seyi bilmek isderdimki men 6 aydi trenajorla mesqul oluram menim cinsi elaqede olmaqim yeni bosalmaqim mesqime nese ziyani ola biler? Bu sualima cavab verseniz cox sad olaram
Dr.Orxan Agabəyov | 15 May 2014 06:13
Salam Kenan. Xeyr, cinsi həyatın məşqlərə neqativ təsiri yoxdur, sadəcə məşqdən 4-5 saat öncə və sonra cinsi əlaqədə olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ayan | 11 May 2014 08:12
SALam hekim 1 ildir evliyem toyumuzdan bir ay sonra hamile qaldim ama acilis oldu sebebi testestronum yuksek idi. indiyecen hamile qala bilmirem sebeb folikulun partlamamasidir buda testestronan imis.2ay mualice aldim bu ay folikullar oz ozune partladi amma hamile qalmadim.yoldasimda analiz verib neticeleri size yaziram.mar-testin neticesi ( igA neqativ igG25%) cixib.spermaqrammanin neticeleri (eyakulyatin hecmi 1ml rengi ag bozumtul ozluluk 0.5 iyi keskin durulasma muddeti 30 deq pH7.5 1mlde miqdari 20mln hereketli spermatozitin faizi 48% a22 b9 c17 d52 patoloji formali 20% spermoqriqasiya neqativ spermaaqlutinasiya neqativ epitel huceyreler tek tek spermatogonez huceyreler 3 leykositler 4-5 eritrositler 0-1 lestin deneleri orta miqdarda ) necedir hekim? 2 yerde gostermisik deyilib narmaldir usaga qalmaq olar.tekce ml azdir 1.5den az olmamalidir ancaq yoldasimda 1mldir.bunun ucunde b yazdi indi hiss edirik ki sperma coxalib.sizce yoldasimda problem var?
Dr.Orxan Agabəyov | 15 May 2014 06:13
Salam Ayan. Əgər təkrar spermoqrammada göstəricilər, əsasən də spermanın həcmi normaya uyğun olarsa - problem yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 10 May 2014 20:36
Salam muellim. Mende prostat vezin boyumesini dedi uzide hekim. Birdeki varikoselin elametleri var. Xayanin birinin sallanmasi. Iki gun olar ki agrilar emele gelib mende. Agrilar penisin bedene birlewen yerinden, yeni penisin kokunden 2 sm yuxarida olur. Qasiqda deyekdee. Bir balacada xayalara vurur. Agrilar ele bilki iyne batirirlar kimi sancir. Bu agri neyin elametidir. Prostatitin, yoxsa varikoselin? Belke sidik kisesinin agrisidir daw ola biler? Bilirem bunu muayine etsez daha deqiq deye bilersiz. Amma wifahi melumat vererdiz ki bu qasiqda dediyim yerde nedir bele sanci veren. Biraz sancir dayanir. Sonra yene gun erzinde davam edir. En cox da gezende deyesen widdetlenir.
Dr.Orxan Agabəyov | 12 May 2014 07:15
Salam Orxan. Çox güman ki, bu sidik-cinsiyyət sistemində iltihabın(sistit, prostatit) əlamətidir. Amma bu ağrılara dözmək lazım deyil, sadəcə dəqiqləşdirin və müalicə kursu keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anar | 10 May 2014 18:51
salam duktr cux saqulnki menim mesacimi cabablandrdiz sizden bir seyde srsmaq isterdim sidikden snra qan damcisi mikrubdan ola bilermi esasen seherller
Dr.Orxan Agabəyov | 12 May 2014 06:47
Salam Anar. Bəli, bu əlamətə cinsi infeksiya səbəb ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anar | 10 May 2014 10:57
Hekim size sualim budur tirnajorla mesgul olan oglanlar mastrubasiya etse onlarin bedenlerinde yemi ezelelerinde her hansisa deyisme olarmi yeni beden zeyigliyermi xais edirem cavab yazasiz indiden tesekurler
Dr.Orxan Agabəyov | 12 May 2014 07:15
Salam Anar. Xeyr, masturbasiyanın əzələ kütləsinə aidiyyatı yoxdur, sadəcə məşqdən 3 saat əvvəl və sonra boşalma məsləəhət görülmür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.