Shahlar | 14 May 2014 21:22
Salam hekim. Qadin cinsi elaqe zamani cox agri kecirirse. ve acismalar olursa. hetta cinsi elaqeden 1saat sonra bele bu acismalar davam edirse buna ne səbəb ola biler?
Dr.Orxan Agabəyov | 16 May 2014 06:23
Salam Shahlar. Ən real səbəb - cinsiyyət sistemində iltihabi proses, ya da cinsi yolla ötürülən infeksiya ola bilər. Hər halda qadının ginekoloqun əyani qəbuluna müraciət etməyi məsləhətdir. Uğurlar.
Emin | 14 May 2014 19:33
salam həkim.mənim qohumumun 23 yaşı var oğlandı.və o özündə cinsiyyət üzvünün zəyifliyindən və mayenin gəlməməsindən şikayətlənir.onda nədən şübhələnmək olar və ona nə məsləhət görə bilərsiz? bir də həmin şəxsin dediyinə görə indiyə qədər tam sərtləşməni hiss etməyib,boşalmanıda özü bilməyib bəzən səhərlər qalxanda palyarında şirəlik hiss edib.özü də istəyərək heç boşalmayıb.
Dr.Orxan Agabəyov | 15 May 2014 06:33
Salam Emin. Bu insanın cinsiyyət sistemində ciddi problemlər var(həm psixoloji, həmdə orqanik ola bilər), cinsiyyət sistemi yoxlanmalıdır, sonra isə müalicə təyin edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nicat | 14 May 2014 17:46
Salam Hekim,xais edirem sualimi cavablandirasiniz..Menim penisimde agrilar var esas bas nahiyesinde,uroloqa getdim dedi molyuskdu 2derman yazdi yene kecmedi,ne ola biler??cox sagolun.
Dr.Orxan Agabəyov | 16 May 2014 14:27
Salam Nicat. Penisdə ağrıların səbəbi müxtəlif ola bilər, əgər molyuskdan söhbət gedirsə, bu xəstəlikdə təkrar yaranma riski var. Hər bir halda, ağrıların səbəbini dəqiqləşdirdikdən sonra, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rustam | 14 May 2014 15:25
Hormetli hekim.qardawim oglunun 25 yawi var,bir muddet bundan evvel onun belinde qrija awkar edibler indi valideynleri fikir edir ki, bunun ona gelecekde cinsi elaqe ile bir problemi ola biler.xahiw edirem cavablandirin. Ps oglan subaydir.
Dr.Orxan Agabəyov | 16 May 2014 06:23
Salam Rustam. Belə bir ehtimal var, amma mütləq şərt deyil ki problem olsun, əgər hal hazırda problemlər varsa, yaxşı olar ki, indidən müalicəyə başlansın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aqil | 14 May 2014 12:07
Salam hekim. Men son bir ildir ki xidmeti isimle elaqedar gerginlik icinde olmusam. Bunun neticesinde de cinsi hevesim azalib. Ancaq ereksiya olur. Hevesin olmamasi meni narahat edir . Evliyem 32 yasim var . Bunun mualice usullari ve hevesin artmasinin diger yollari haqqinda melumat vermeyinizi artiq derecede xahis edirem.
Dr.Orxan Agabəyov | 16 May 2014 06:22
Salam Aqil. Birinci növbədə problemin orqanizmdə olan səbəbləri araşdırılacaq, sonra isə həmin səbəbləri aradan qaldırmaq üçün, effektiv müalicə kursu təyin edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim | 14 May 2014 12:00
Salem hekim .Men cox cox esebiyem.Onun ucun cinsi eleqede olarken qurtara bilmirem.Bu da mende birinci ovladimdan sonra bas Verdi.Dord ildi evliyem.Cox mualiceler goturdum,rusiyada mualice aldim hec bir xeyri olmadi.Menimki eseble baglidir,vekil isleyirem.Hekim menim sualim beledir men suni mayalanma etdirmek isteyirem bilmek isteyirem sizce tez deyilki.Bir cixis yolu gosterin.
Dr.Orxan Agabəyov | 16 May 2014 06:22
Salam Anonim. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. O ki qaldı, süni mayalandırma proseduruna - nə vaxt etmək, yalnız Sizdən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ffff | 14 May 2014 10:15
salam hekim bagiwlayin narahat etdim hekim sunneti emeliyatsiz qalinlawdirmaq mumkundu ve bunu edsey mualice nece gun cekir cox xahiw edirem sualima etrafli cvb veresiniz
Dr.Orxan Agabəyov | 16 May 2014 06:22
Salam Ffff. Xeyr, bu mümkün deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ferid | 14 May 2014 05:16
Salam Hekim.Men son 1 heftedi cinsiyyet orqanimda arada daxilden qawinma olur ve axinti olur o qeder de cox deyil ara-ara olur sarimtil rengde bu neden ola biler? Bu soyuqdeymenin elameti ola bilermi men daima soyuq suyla yuyunuram
Dr.Orxan Agabəyov | 15 May 2014 06:42
Salam Ferid. Bu sidik-cinsiyyət sistemində iltihabi prosesin və ya cinsi yolla ötürülən infeksiyanın əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elmeddin | 14 May 2014 04:57
Salam hekim.men 6 aydir evliyem.ama uwaq yoxdu hele.spermaqrammada hekim dedi normaldi herwey.evlenmezden qabaq elatdirmiwdim.10 il bundan qabaq onurgada feqereler arasi yirtiqdan emeliyyat olunmuwam,onun tesiri ola bilermi?eger olarsa bu spermaqrammadaki gostericilerde bilinerdi?cunki ewitmiwem hemin emeliyyat zamani iliye deyilirse bu tesir edir.xahiw edirem mene melumat ve meslehet verardiz.evvelceden minnetdarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 15 May 2014 06:42
Salam Elmeddin. Əgər spermoqrammada göstəricilər normaya uyğundursa, heç bir əlavə müayinə-müalicəyə ehtiyac yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gunay | 13 May 2014 17:29
salam hekim menim yoldasimin faizi 31 bu faiznen hamile qala bilerem????
Dr.Orxan Agabəyov | 15 May 2014 06:42
Salam Gunay. Bu suala cavb vermək üçün yetərli informasiya yoxdur, spermoqrammada bir çox göstəricilər var ki, onları bilmədən, hamiləliyi proqnozlaşdırmaq olmaz.. Dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.