ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Elcan | 17 May 2014 08:44
salam hekim her vaxtiniz xeyir.Hekim mende 3-4 il olar ki cinsi zeyiflik var cinsi heves azalib.sertlesme az olur olandada tam sertlesmir.1ay olar getdim hekime hekim dedi sende varikosel var hekime dedim mende cinsi zeyiflik var dedi emeliyatdan sonra duzelecek ve emeliyat olundum 15 gundu.Emeliyatdan sonra 4-5 gun tam sertlesme oldu ondan sonra yene evvelki kimi oldum yenede tam sertlesme olmur yenede evvelki kimiyem xahis edirem mene komek edesiniz.
Dr.Orxan Agabəyov | 18 May 2014 08:53
Salam Elcan. Varikosel xəstəliyinin cinsi zəifliyə birbaşa aidiyyatı yoxdur, cinsi zəifliyin müxtəlif səbəbləri ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rauf | 17 May 2014 07:02
Salam doktor. eger mumkunse sualima cavab vermeyinizi xahis edirem. anadangelme sol xaya yoxdursa (cerrahi mudaxile zamani askar edilmeyib) ve sag xaya normal inkisaf edibse (artiq 21 yas) bu usagin olmasina ve ya sonsuzluga sebeb ola bilermi. Qabaqcadan minnetdarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 18 May 2014 08:12
Salam Rauf.  Bir xayanın olmaması, mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
mulazim | 17 May 2014 06:43
Salam həkim, mənim 52 yaşım var. Sol xayama əllə toxunanda və cinsi əlaqədən sonra küt ağrılar olur.Səbəbini və müalicəsini bilmək istəyirəm Təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 18 May 2014 08:12
Salam Mulazim. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
cavid | 17 May 2014 01:06
Salam dokdur. Mende spermanin faizi 0 % dir. Men bunu nece ve neçə aya normaya sala bilerem. Xahiş edirem meslehetinize ehtiyacim var.
Dr.Orxan Agabəyov | 18 May 2014 08:12
Salam Cavid. Spermanın sıfır faiz olması, cinsiyyət sistemində ciddi problemlərdən xəbər verir, birinci növbədə həmin problemləri dəqiqləşdirmək lazımdır, sonra isə müalicə təyin ediləcək. Müalicənin müddəti minimum 3 ay təşkil edir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ANONIM | 16 May 2014 20:16
Salam hekim. 24 yasim var penisimde ciddi zeiflik hiss edirem bezen ele olurki berkimir bezense berkiyir. Elaqede olmaq istiyende rhtiras nece lazimdisa olur ama gelki şişir ama berkimir ele vaxt olurki hec şoşişmirdə.problem nededi hekim?
Dr.Orxan Agabəyov | 18 May 2014 08:11
Salam Anonim. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Seyyad | 16 May 2014 19:07
Salam hekim. Boshaldigda sperma yerine qan gelib. Buna bir aydinliğ vererdiz zehmet olmasa. Indiden tewekkurler...
Dr.Orxan Agabəyov | 18 May 2014 08:11
Salam Seyyad. Bu cinsiiyət sitemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
famil | 16 May 2014 18:37
salam doctor 1-2 ci dereceli varikoseli derman preparatlari ile mualice edib sagaltmaq olur? cox sagolun.
Dr.Orxan Agabəyov | 18 May 2014 08:02
Salam Famil. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
beliks | 16 May 2014 15:48
salam həkim, qurd və göbələk xəstəliklərinin erkən boşalmaya təsiri varmı? Bu problem ən kəskin halda neçə AZN-ə həllini tapır?xahiş edirəm bu barədə tezliklə xəbərbildirəsiniz
Dr.Orxan Agabəyov | 18 May 2014 08:01
Salam Beliks. Qurd və göbələk xəstəliklərinin erkən boşalma probleminə aiadiyyatı yoxdur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rauf | 16 May 2014 14:01
Orxan doktor, salam. Menim 29 yasim var. artiq 1 il olar ki, cinsi elaqe zamani bosalarken sperma sicrayisla yox axinti olaraq xaric olur. berkimede her hansi problem yoxdu. Bir de basqa bir sey maraqlidir. mende bosalmadan sonra hereketliliyi(seksi) dayandirmayanda ikinci bosalmaya qeder de ereksiya davam edir. Ikinci bosalma daha gec olur. Amma bilmek istediyim budur ki, bunun ziyani yoxdur ki? bir de bir gecede nece defeye qeder bosalma ziyanli deyil?
Dr.Orxan Agabəyov | 18 May 2014 08:01
Salam Rauf. Sperma ifrazının sürəti azalırsa, bu ya prostat- vezikulyar kompleksdə iltihabi prosesin ya da ehtiraslanmanın yüksək olmaması əlamətidir. Ereksiyanın cinsi əlaqələr arasında olması ziyan deyil, cinsi əlaqələrin sayına məhdudiyyət yoxdur.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ehmed | 16 May 2014 13:55
Salam doktor mende xayalarda bezen agrilar olur.bu neden ireli gelir?
Dr.Orxan Agabəyov | 18 May 2014 07:55
Salam Ehmed. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.