ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Samir | 22 May 2014 06:30
Salam Hekim. Menim sol xayamda biraz şişkinlik var sag xayaya nisbeten. Bezen soyuq ve yagisli havada xayalarimda dozulmez agrilar olur. meni usaqliqda qayçi ile sunnet edibler. ifademe gire uzrlu hesab edin, penisim sertleqdikde 10-11 sm olur. sunnetin toxumalara zereri ve bunun neticesinde penisin inkisafina tesiri ola bilermi? ve penisin 10-11 sm olmasi normaldi yoxsa hansisa vasite ile boyutmek olarmi ya da buna ehtiyac varmi?
Dr.Orxan Agabəyov | 24 May 2014 06:27
Salam Samir. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Sünnətin penisin ölçülərinə aidiyyatı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elmir | 22 May 2014 05:04
Salam.hekim men intim zamani 1ci defe normal vaxtinda gelir istediyim vaxt.ama ikincide hedinden artiq gec gelir bu xestelikdi yoxsa nece?
Dr.Orxan Agabəyov | 23 May 2014 06:56
Salam Elmir. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
scorpion | 21 May 2014 11:55
Salam Hekim . Mende cinsiyyet orqanimin ustunde sepkiler olurdu , gedib analiz verdim , genital herpes xesteliyi oldugunu dedi hekim 2 dene tabletka yazdi dedi ki kecib gedecek amma indi demek olar tez tez sepkiler ortaya cixir , bunun mualicesi var ?? evvelceden sagolun .
Dr.Orxan Agabəyov | 22 May 2014 05:36
Salam Scorpion. Genotal herpes xəstəliyinin tam müalicəsi mövcud deyil, yəni səpgilər müəyyən müddətdən bir yaranır. Amma, əgər düzgün müalicə strategiyası seçilirsə - residivsiz müddət(səpgilər olmuyan müddət) daha uzunmüddətli olur, və residivlər nadir hallarda olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
resi | 21 May 2014 11:48
salam həkim. yoldaşımın spermoqramının nəticəsi azoospermiyadı. hormon analizində fsh 18,9dur. testosteron göstəriciləri norma daxilindədir, amma biraz aşağıdır. bir neçə hormon üzrə göstərici yoxdu. bu hansı növ azoospermiyadı? fsh-nı aşağı salmaq mümkündümü? sağ xayada biraz ağrılar olur. varikosele azoospermiyaya səbəb ola bilərmi? sperma kanalının tıxanıqlığını açmaq mümkündümü? təbii yolla hamilə qalmaq mümkündümü? əvvəlcədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 22 May 2014 05:31
Salam Resi. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
azer | 21 May 2014 10:46
salam hekim cox uzur isdeyirem menim penisimde zigiller var ve papilono bele deyek iki uc defe yandirib dondurublar gedmeyib bunun basqa mualicesi varsa deyinde mumkunse
Dr.Orxan Agabəyov | 22 May 2014 05:30
Salam Azer. Papillomavirus xəstəliyində, papillomaların yandırılması ilə yanaşı, immuniteti yüksək səviyyədə saxlayan müalicə kurslarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramil | 21 May 2014 07:44
çox sağolun cavablandırdığınıza görə, birdə Orxan müəllim müalicəsi maksimum neçə ay çəkir ? Əlaqə saxlayacam sizinlə....
Dr.Orxan Agabəyov | 22 May 2014 05:30
Salam Ramil. Belə xəsətliklərdə, müalicənin müddəti adətən 2 ay təçkil edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vuqar | 20 May 2014 17:49
mende pisixaloji cinsis zeiflik var ne etmeli
Dr.Orxan Agabəyov | 22 May 2014 05:18
Salam Vuqar. Psixogen cinsi zəifliyin müalicəsində, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur.  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
vuqar | 20 May 2014 14:15
salam doktor ,mende her sidik ifrazi zamani spermaya benzeyen maye ifraz olunur sebebi ne ola biler .cinsi elaqede bir defe olmusam anal,evvelceden tesekkur
Dr.Orxan Agabəyov | 21 May 2014 06:00
Salam Vuqar. Bu cinsi yolla ötürülən infeksiyanın əlaməti ola bilər. Cinsi infeksiyaları yoxlayıb, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Seymur88 | 20 May 2014 05:40
Salam Hekim.size sualim beledi Varikoselin potenciyaya,hissiyata, memfi tesir edir yoxsa ancaq spermanin keyfiyetine?evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 21 May 2014 05:52
Salam Seymur88. Varikoselın əsas mənfi təsiri, spermanın keyfiyyətinədir, müəyyən hallarda varikosel nəticəsində xayada atrofiya gedir və nəticədə hormonal pozğunluq yaranır, bu halda potensiya zəifləməsi baş verə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nasib | 20 May 2014 04:57
Salam hekim uzr isteyirem narahat edirem mende spermatozoidlerin aktivliyi 10 dur sag xayamda azacıq damar genishlenib hekime getmiwem uzi elediler dediler hecne yoxdu s ve bir sira derman yazdi br aydi qebul eleyirem hele deyiwiklik yoxdu Xahiş edirəm kömək edesiz
Dr.Orxan Agabəyov | 21 May 2014 05:49
Salam Nasib. Əgər müalicənin nəticəsi yoxdursa, deməli problemin səbəbləri ya tam araşdırılmayıb, ya da düzgün diaqnostika aparılmayıb., 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.