ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Emil | 23 May 2014 08:05
Salam doktor,prostat vezide formalashmagda olan.kista mushahide olundugda ,onun formalshasinin qarsini almag ucun hansi preparatdan istifade etmek lazimdi?zehmet olmasa cavablandirardiz mumkunse.
Dr.Orxan Agabəyov | 24 May 2014 10:51
Salam Emil. Belə dərman preparatları mövcud deyil, bu situasiyada müəyyən müddətdən bir müşahidə etmək, kifayət edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
cemile, | 23 May 2014 06:44
Salam men on ay evvel od kisesi emeliyyati olmusam hal hazirda 18 gundur mens. Gecikib hamilelik testi eledim ayri ayri markalar yarisi pozitif yarisi negatif uziye dusdum usaqliqin bos oldugunu dedi amma usaqliqda qalinlasma ve duqlas bosluqunda maye oldugunu soyledi vnematocni hamilelik ola bilermi birdeki gec dollenme olsa uzide ne vaxt goruner
Dr.Orxan Agabəyov | 24 May 2014 10:50
Salam Cemile. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
Nihat | 23 May 2014 06:24
Salam doktor menim üzümde sepkiler var hekime getdim mene pn dün asırı 1 tab 10mq ve dn günde 1kapsuldan 2defe 60kapsula antibiyotik ziyan deyilki?birde p ve dn birlikte qebul etmek olarmı? Birde çöz xayis edirem bu sualımada çavab veresiniz pn icinde her gün 1tab yazılıb mene ise gün asırı yazıblar evvellerden teşekkür edirem çöz sag olun
Dr.Orxan Agabəyov | 24 May 2014 10:50
Salam Nihat. Bu sualı dermatoloqa(dəri həkimi) verməyiniz daha düzgün olar. Uğurlar.
rauf | 23 May 2014 04:20
Salam hekim. Men 1 ay 5 gundur evliyem. Muntezem wekilde (1GUNDEN 1) elaqede oluram. Amma yoldawim hele de hamile qalmayib. Bu normaldirmi ? Yoxsa artiq hekime muraciet etmek lazimdirmi ?? Oyrenmek isterdim ki spermanin tam wekilde analizi neceye bawa gelir ve cavab ne qeder vaxta verilir ?? Tewekkurler.
Dr.Orxan Agabəyov | 23 May 2014 07:05
Salam Rauf. Əslində əgər hamiləlik  1 il ailə həyatı ərzində olmursa - sonra problem sayılr. Amma əgər narahatsızsa, spermoqramma analizini verə bilərsiz.. Spermoqramma analizinin qiyməti - 20 AZN-dir, analizin cavabı 2 saata verilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Reshad | 22 May 2014 20:35
Salam Hekim.Menim cinsi orqanim 10 sm dir ...bunu nuailice uzatmag mumkundur?xaiw edirem cvb yazasiniz etrafli mumkunse
Dr.Orxan Agabəyov | 24 May 2014 10:40
Salam Reshad. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
amil | 22 May 2014 20:12
salam hekim men 2 ildir aile qurmusahm ovladim yoxdur . spermaqramma beledi Miqdari7 ml...konsistensiyasi 0.4.....sper 1m-lde miqdari 12mln.....eyakulyatda umumi sayi 84mln......(ireli herketliler 28 %... reqsi 14%....olu 58%)amma bu herden belede olur yeni her defe bir cur cixir (ireli 24% reqsi 35% olu 41%)....morfoloji norma 5%...sol xayamda toxum ciyesi venalar d=2.8 (norma 0.9-2.0mm)dir bu sebebden usaq olmuya bilermi ? etrafli melumat vererdiz zehmet olamasa birde siz meni mualice etsez nece vaxta netice ala bilerem sag olun
Dr.Orxan Agabəyov | 24 May 2014 10:40
Salam Amil.  Sizdə spermoqrammanın əsas göstəricilərdən olan, 1 ml -də  spermotozoidlərin sayı və hərəkətli spermotozoidlərin faizi normadan aşağıdır, və bu - hamiləliyi əngəlləyən faktor ola bilər. Müalicə müddətinə qaldıqda, dəqiq proqnoz vermək üçün, problemin səbəbləri bilinməlidir, amma hər bir halda 3 aydan az olmayacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rauf | 22 May 2014 17:03
salam hekim menim 28 yasim var.iki ildi evliyem yoldasim bir defe hamile qalib usaq inkisafdan qalib indi ise hamile qalmir onda hec bir problem cixmir.men spermoqrammadan analiz verdim bunlar cixdi.eyakulatin miqdari-6.eyakulatin rengi-boz -ag bulaniq.qatiligi-0.3.ph-8. durulasma vaxti-15 deq.1ml-de spermatozoidlerin miqdari-67.butun spermotozoidlerin miqdari 402.ceviklik derecesi-2.8.aktiv hereketler -35 faiz.zeif hereketler-25 faiz.hereketsizler-40. degenerativ forma-6.2.spermotozoidlerin hereketi duz xett uzre 40%; dairevi hereketi 60%. skrotal usm netice ise solterefli varikosele 2 derece-retroqrad aximi nezere alinib.sol xaya artimi venalari xayanin 1/3 seviyyesinde genislenmisdir.valsalva sinagindan evvel 2.4mm sonra2.6mm olaraq olculmusdur.manevra zamani damarda dayaniqliq retroqrat axim qeyde alinmisdir.bilmek isterdim ki mualice ile spermanin faizini qaldirmaq olarmi?onceden tesekkurler!!!
Dr.Orxan Agabəyov | 24 May 2014 06:51
Salam Rauf. Sizin göstəricilər(o cümlədən irəli hərəkətli spermotozoidlərin faizi) normaya uyğudur, ona görə də heç bir müalicə tələb olunmur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ilqarrr | 22 May 2014 16:24
Salam Hekim. 4gun bundan once ayaqyoluna getdim yuxulu yuxulu. hemin zaman penisim soykenmisdi unitaza. ve sidiye getmek isdeyen zamanda soykendiyi ucun cixmaga yer tapmadi sidiy ve geri qayitdi sidiy. ve 1-2damci qan geldi. sora daha olmadi qan gelmeler. ama ki indi sperma gelmir artiq hemin gunden. bele hadise varikasel emeliyyatindan sonra da olmusdu.onda hekim demisdi 3hefteden sora gelecek. bilmek isdiyirem neyniyim men? cox qorxuram. xahis edirem cavablandirin cox onemlidi. tesekkur edirem
Dr.Orxan Agabəyov | 24 May 2014 06:43
Salam İlqarrr. Qorxmaq lazım deyil, hər bir halda problemi aradan qaldırmaq üçün müalicə var. Ola bilər, sidik-cinsiyyət sistemində zədələnmə nəticəsində qan ifrazı olub, bu da psixoloji Sizə təsir edib və blok yaradıb. Dəqiqləşdirmək üçün, cinsiyyət sistemini yoxlamaq məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ayaz | 22 May 2014 15:38
Salam hekim . Şekerli diabet xestesiyem . Son vaxtlar cinsi zeifleme var . Oynama zeit olur ve tez bowaliram . Mualicesi varmı ? Evbelceden teşekkür edirem
Dr.Orxan Agabəyov | 24 May 2014 06:28
Salam Ayaz. Şəkərli diabet - cinsi zəifliyin ən əsas səbəblərindəndir. Və şəkər xəstələrində olan cinsi problemlərin müalicəsi birbaşa şəkərin səviyyəsindən asılıdır, hər bir halda müalicə etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nazim 777 | 22 May 2014 08:31
Salam hekim menim sag xayamda qrija var sulu qrijadi diyesen o xayamda cox balacadi onu emeliyyat elemeliyem mutleq? Xaya curumesi ola biler istemirem xayani cixartsinlar ona gore. ( bir defe usaqliqda qrija emeliyyati olmusam)
Dr.Orxan Agabəyov | 24 May 2014 06:27
Salam Nazim777. Əgər xayalarda yırtıq(qrıja) nəticəsində inkişafdan qalma və zədələnmə olarsa, gələcəkdə toxumun(spermanın) keyfiyyətinə təsir edə bilər, buna görə də əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.