Surac | 29 May 2014 06:31
Salam hekim.Bir sualim olacaq;Bir nece ay once bir xanimla olmusdum,bir defeye hamile qaldi,test aldiq ,uziye getdi musbet idi netice,Infeksiya ucun hekime getdim,infeksiya cixmadi,sadce spermanin faizini yoxlatdim ,hekim dedi aktivlik derecesi cox asagidi demek olar ki tek-tek.Hemin vaxti cox streste idim,bununla bagli ola biler mi?Yani fakt qadin istemeden bir defeye hamile qalmisdi,hekimde deyir sende sperman aktivliyi zeifidi,,Zehmet olmasa cavablayardiniz..
Dr.Orxan Agabəyov | 30 May 2014 06:01
Salam Surac. Bu sualın cavabını bilmək üçün, sadəcə təkrar olaraq fərqli klinikada spermoqramma verin- əgər göstəricilər normaya uyğundursa, narahat olmayın, əgər göstəricilər normadan aşağıdırsa - müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xeyal | 29 May 2014 05:14
Salam doktor. 38 yashim var. Son aylar ozumde qeribe bir wey gorurem, penisim iceriye dogru yigilir ve ele bir hal alir ki sanki sunnet olunmayib ve cinsi zeiflik yaranib. Bu neyin elametidir? Konkret her hansi bir xestelikdir yoxsa ne ?
Dr.Orxan Agabəyov | 30 May 2014 06:01
Salam Xeyal. Bu ereksiyanın zəif olmasının əlamətidir. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aysu | 28 May 2014 20:16
Salam hekim.Men yoldaşımla birlikde olanda mende acışma olur yandırır.Bunun sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 29 May 2014 22:40
Salam Aysu. Bu ya cinsi yolla ötürülən infeksiyanın əlaməti, ya da cinsiyyət sistemində iltihabi prosesin əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Abdullah | 28 May 2014 18:51
salam hekim. Xaya sallanmasi (1-2 sm) böyük bir problemdir ? Usaq olub olmamagi ile..Mualice lazimdir ?
Dr.Orxan Agabəyov | 29 May 2014 22:40
Salam Abdullah. Xayanın sallanması, mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emil | 28 May 2014 18:27
Salam. Menim 31 yasim var penisim sertlesende 12 sm olur ve bu mende narahatliq yaradir. Hetta bir defe partnyorum (aaaa ne balacadi) demisdi. Penisin tebii yolla uzadib genislendirmek usulu varmi ve bilirsinizse xahis edirem bunu bize bildirin. İnanin bu cavabi minlerle insan bilmek isterdi. Tesekkurler
Dr.Orxan Agabəyov | 29 May 2014 22:40
Salam Emil. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərini heç bir təbii üsulla, artırmaq olmaz. Uğurlar.
Kamil | 28 May 2014 18:20
Salam hekim men dunen fikir vermisem ele bil sag xayamin derisinin ustunde nazik damar emele gelib...cox qorxuram.mene komek edin.....
Dr.Orxan Agabəyov | 29 May 2014 22:40
Salam Kamil. Bu damr genişlənməsinin(varikosele) əlaməti ola bilər. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
anonim | 28 May 2014 13:12
Salam Hekim mendne 2 ildi uje bu hadise baw veribdi xayamda ve pensimde sanki donma olur ele bil nece deyim sanki soyuq suya girem ele bil ama bawka herwey normaldi bu ne ile baqli ola biler hekimde olmuwdum deyir soyuq deyme ile baqlidi stresden emle gele biler bu dqetimi cox yoneldirem ora
Dr.Orxan Agabəyov | 29 May 2014 21:45
Salam Anonim. Bu çox qəribə şikayətdir, ən real səbəb - qan dövranının zəif olmasıdır, amma fərqli səbəblər də ola bilər. Əgər cinsi fəaliyyətdə problem yoxdursa - narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Alik | 27 May 2014 23:32
Salam hekim penisin uzunlugu 12 sm olarsa bu evlilikde prablem yarada biler?
Dr.Orxan Agabəyov | 29 May 2014 21:44
Salam Alik. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
Rafail | 27 May 2014 19:05
Salam Hekim. Eger qadinin hamile olub olmamagi hele bilinmirse ve aybashisina bir nece gun qalibsa, cinsi elaqede olmaq olarmi? Ve aybashi bashalama vaxtina nece gun qalmisha qeder olar?
Dr.Orxan Agabəyov | 29 May 2014 21:44
Salam Rafail. Bu mövzuda saytda məqalə var - Hamiləlik və seks, oradan bütün maraqlandıran məlumatları oxuya bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Kamal | 27 May 2014 14:08
Salam doktor menim oglumun 2yasi var onun bir xayasi yoxdur o biri xayasinda kista var bir defe emeliyyat olunub amma yene kista emele gelib duzdur olculeri balacadir xahiw edirem deyesiniz bu uwaq ata olla biler? Bes ereksiyayla bagli problemi olmaz?
Dr.Orxan Agabəyov | 29 May 2014 21:44
Salam Kamal. Gələcəkdə müəyyən cinsi problemlərin ehtimalı var və bu situasiyada uşaq uroloqunun əyani qəbuluna müraciət etmək - ən düzgün yoldur. Uğurlar.