ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Seymur88 | 30 May 2014 22:27
salam hekim.size sulaim beledir.men hemiwe cinsi elaqede olanda gece olmuwam ve her wey qaydasinda gedib bir defe gunduz olduq erekciya olmadi bu adi bir hal ola biler yoxsa cinsi zeyiflik baw verib zehmet olmasa cavablandirardiz.evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 2 İyun 2014 05:42
SAlam Seymur88. Əgər bu hal bir dəfə baş veribsə, bu problem sayılmır, əgər təkrarlanırsa - səbələri müəyyənləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elnare | 30 May 2014 19:42
Salam hekim. Men teze aile qurmuşam. Hamile qalmışdım. Tez tez qanaxmalar olurdu. Dölün düşmesiyle neticelendi. Analiz verdim. Sebeb mikroblar idi. Xlamida, mıkroplazma hominis, ueraplazma. Sitamologivirus mikrobları. Bu mikroblara qarwı müalice götürsem, yeniden sağlam uşaqa hamile qala bileremmi?
Dr.Orxan Agabəyov | 2 İyun 2014 05:51
Salam Elnare. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
cavid | 30 May 2014 19:14
salam hekim men cox tez bosaliram yeni 1 deqiqeye birde ele anlar olur ki, sperma gelmir bu arda olur hemise olmur cox sagolun
Dr.Orxan Agabəyov | 2 İyun 2014 05:51
Salam Cavid. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elsad | 30 May 2014 18:25
salam hekim mende valkasil vardi emeliyyat olundum. daha hec bir problem yaranmazki???
Dr.Orxan Agabəyov | 2 İyun 2014 05:51
Salam Elsad. Əgər əməliyyat uğurlu olubsa, problem olmaz, amma spermanın keyfiyyətini yoxlamaq və təkrar doppler müayinə etmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fiko | 30 May 2014 13:00
salam hekim bir hefte once xanimla oldum dunene geder hersey normal idi dunen elebil kanalda qiciqlanma oldu bugun ise seherden kanalda yandirma bas verdi axsamada hayada azaciq aqri bu ne ola biler birdeki yapiskan ifrazatda oldu bugun gunortadan sonra onceden tesekkur
Dr.Orxan Agabəyov | 2 İyun 2014 05:51
Salam Fiko. Çox güman ki, cinsi yolla ötürülən infeksiyanın əəlamətidir. Cinsi infeksiyaları yoxlayıb, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emin | 30 May 2014 09:49
Hekim salam.mende sizin deyrli meslehetlerinizden hemişə yararlanmışam.Sagolun herşeyə görə.menim spermaqrammamda başcıqlar və leykositlər normadan çoxdur.leykositler 10-12dir.bunun sonsuzluga tesiri ola biler?təsiri varsa müalicesi çetin deyilki?nəzərinizə çatdırım ki 6 aydır evliyem uşaq yoxdur.yoldaşımda müalicə götürür.bu barədə xahiş edirəm məlumat verərdizz.
Dr.Orxan Agabəyov | 2 İyun 2014 05:40
Salam Emin. Leykositlərin normadan çox olması, cinsiyyət sistemində iltihabi prosesin əlamətidir və spermanın keyfiyyətini zəiflədən faktordu. Əgər problemin səbəbləri düzgün təyin edilərsə - müalicə çətin deyil.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ceyhun | 29 May 2014 19:08
Salam.Məndə qıznan yaxın olub lakin cinsi elaqədə olmadıqda xayanın şişməsi və böyüməsi baş verir.Bunun nəticəsində xayada agrılar olur.Bunun səbəbini bilməy istəyirəm zəhmət olmasa cavablandırarsız.
Dr.Orxan Agabəyov | 30 May 2014 06:02
Salam Ceyhun. Belə etmək, kişi cinsiyyət sistemi üçün çox ziyandı, yəni əgər kişi ehtiraslanıbsa və ereksiya yaranıbsa - mütləq boşalmaq lazımdır, əks halda cinsiyyət sistemində durğunluq prosesləri yaranır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sevinc | 29 May 2014 14:45
salam doktor. menim yoldasimin sag xayasinda ve gobeyinde agrilar yaranibdir.. bilmek istiyerdim neden ola biler?ve hara muraciet etmemiz dogru olar..
Dr.Orxan Agabəyov | 2 İyun 2014 05:34
Salam Sevinc. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
rauf | 29 May 2014 07:44
Salam.hekim.cinsi elaqe zamani.spermanin miqdari cix az olur ve tezyiqide demek olarki yoxdu.sebebi ne ola biler
Dr.Orxan Agabəyov | 30 May 2014 06:01
Salam Rauf. Bu prostat-vezikulyar kompleksdə olan iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Arif | 29 May 2014 06:47
Doktor Salam. Doktor Narahat ettiyim ucun uzr isteyirem . doktor spermanin cixmamagi Varikosele xesteliyinden ola bilermi ? xayalarim yekelib et kimi olur eyaglariima yapishir . sperma cixmamagi ondan ola bilermi ? xahis edirem cavablandirasiz. onceden tshk edirem size.
Dr.Orxan Agabəyov | 30 May 2014 06:01
Salam Arif. Bu sual tam aydın deyil, yəni ümumiyyətlə sperma ifrazı yoxdursa, bu vəziyyətə aneyakulyator sindrom deyilir və bu problemin müxtəlif səbəbləri ola bilər, varikosele zamanı sperma ifrazı deyil, spermanın keyfiyyəti normaya uyğun olmur. Sualı dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.