ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
natiq | 1 İyun 2014 17:44
salam doktor.zehmet olmasa size bir sual,mende mycoplasma ve ureaplasma askar olunub ne etmek lazimdir zehmet olmasa
Dr.Orxan Agabəyov | 2 İyun 2014 08:38
Salam Natiq. Ureaplazma və mikoplazma - cinsi yolla ötürülən infeksiyalardı, ona görə də bu infeksiyalar aşkarlanıbsa, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nicat | 1 İyun 2014 09:02
Salam hekim,mende papilloma virusu var,penis etrafinda ve göbeyimin alt hissesinde,bezisi sizanaq kimidi bezisiz ise et xali kimi.Hal hazirda mualice olunuram,kondilomlar dondurulub.Men bilmek isteyirem bu mualicenin Azerbaycanda yada bawqa ölkede bri defelik mualice var?Yeni bu virusu bedenden bir defelik cixartmaq mumkundurmu?Xahiw edirem sualimi cavablandirardiz
Dr.Orxan Agabəyov | 2 İyun 2014 08:38
Salam Nicat. Dünyada və Azərbaycanda da o cümlədən, papillomavirusun birdəfəlik müalicə üsulu mövcud deyil, amma müalicə strategiyası düzgün seçilərsə, təkrar yaranma(residiv) riski minimuma enir və ya residivlərin arasında olan müddət artır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Hemid | 1 İyun 2014 08:10
salam hekim necesiz? hekim meni qorxudan bir mesele var mesele ondan ibaretdirki menim cinsiyyet orqanimin altinda yeni xayalarim derisinde cibana benzer yaralar cixib hetda elle toxunmaq mumkun deyil incidir bunun ne kimi tehlukeli unsurlari ola biler? yeni bu gelecekde sonsuzluq kimi xesteliklere getirib cixara bilermi? men cox qorxuram!! bunun effektiv mualicesi nedir? xaiw edirem meni etrafli bawa salardiniz
Dr.Orxan Agabəyov | 2 İyun 2014 08:38
Salam Hemid. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
CAVID | 1 İyun 2014 07:46
SALAM DOKTUR MENIM UZUMDE PIRISK CIXIR ONUN QARSISINI NECE ALMAQ OLAR XAHIS EDIREM YAZIN
Dr.Orxan Agabəyov | 2 İyun 2014 08:38
Salam Cavid. Bu sualı dermatoloqa(dəri həkimi) vermək daha düzgün olar. Uğurlar.
Rashad | 1 İyun 2014 00:34
Salam doktor! Menim 30 yashim var ve 3 usaq atasiyam. Indi haqqinda danisacaqim seyi son 4 aya qeder hec vaxt hiss elememisem. Son 4 ay erzinde, arasinda 15-20 gun fasile olmaq shertile cinsi orqanimda agri bash qaldirir. Hardasa tedricen artmaqla 15-20 deqiqe cekir agrilar. Agrilar xayaliqla anus deliyi arasinda olan nahiyede daxilden bashlayir ve cinsi orqanin bash hissesinde pik hedde catir. Adeten agriya qeder bekara geyismeler de olur, biraz da sidiye getmek isteyirmishem kimi hiss olur ama fakt sidik olmur. Cinsiyet orqanimda ister sidik, isterse de spermanin axma hallari yoxdur, cox normal shekilde sidiye gedirem, normal da cinsi aktivlik hayati yasayiram. Sadece bu agrilar bashlayanda, adeten sidiye gedenden sonra daha guclu agrilar yashayiram. Hiss edirem ki cinsiyyet orqanimda hansisa oyanma hali ile uzlesmisem ve her defe hansisa sebebden, soyuqdeymedenmi ya basqa senebdenmi meni cox narahat edir, eseb sistemimi ve psixoloji balansimi pozur. Xahis edirem komek edin.
Dr.Orxan Agabəyov | 2 İyun 2014 08:38
Salam Rashad. Sizdə prostatit(prostat vəzinin iltihabı) əlamətləri var. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Rasim | 31 May 2014 23:27
Salam hekim men cinsi elaqe zamani yalniz bir defe ola bilirem.Bunun sebebi nedir
Dr.Orxan Agabəyov | 2 İyun 2014 06:01
Salam Rasim. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rauf | 31 May 2014 19:31
salam hekim .mende xayanin biri asagida biri bir az yuxaridadir.bu problem sayilir?
Dr.Orxan Agabəyov | 2 İyun 2014 06:00
Xayaların fərqli yerləşməsi, normaya uyğundur, amma xayalarda problemlərin olub-olmamasını dəqiqləşdirmək istəyirsizsə, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Resad | 31 May 2014 18:08
salam orxan doktor doktor mende hec bir infeksiya olmamiwdi ve spermaqrammada t am normal idi,doktor mende birinci defe her wey normal olur yeniden elqaede olmaq isdiyende agrilar olur bu ne ile elaqadardi ? indiden cvblandirdiginiz ucun twkr edirem
Dr.Orxan Agabəyov | 2 İyun 2014 06:00
Salam Resad. Bu cinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər, əgər bir dəfə analizlərdə hər şey normal olubsa, bu o demək deyil ki həmişə belə olacaq - biz yaşayırıg və müxtəlif situasiyalarla rastlaşırıq, misal üçün soyuqdəymə ola bilər və ya cinsi infeksiya ilə yoluxma ola bilər və s. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samira | 31 May 2014 15:14
Evelceden tewegur.sualml cavab verdiyiniz ucun.intim elaqede olmaql coox isteyirem.ama bowala bilmirem.gerek yoldawlm eliyle etsin bawka cur bowala bilmirem.bu ne ile elaqeder ola biler
Dr.Orxan Agabəyov | 2 İyun 2014 06:00
Salam Samira. Bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
Seid | 31 May 2014 05:54
Salam mende axir vaxtlar butun gunu yuxu basir ozumu yorqun hiss edirem birde bedenimde xallar cixmaqa baslayib bilmirsiz neden ola biler? diqqete gore saq olun
Dr.Orxan Agabəyov | 2 İyun 2014 06:00
Salam Seid. Birinci problem müxtəlif xəstəliklərlə(cinsi problem deyil) əlaqəli ola bilər, ikinici isə papillomavirusun(cinsi yolla ötürülən infeksiya) əlaməti ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.