ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
elnur | 4 İyun 2014 13:04
Salam doktor sualim beledir men analiz verdim infeksiyalara gore mene herpes 2diaqnozu qoydular ancaq hec bir sepki. Yoxdur sadece qawinma var bu ne derecede duzgun ola biler
Dr.Orxan Agabəyov | 7 İyun 2014 16:09
Salam Elnur. Bəli, belə bir situasiya ola bilər, yəni herpes virusu analizdə müsbət çıxır, amma əlamət(səpgi) yoxdur, bu immunitetin güclü olması səbəbindən ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
N33 | 4 İyun 2014 11:10
Salam həkim. 30 yaşım var, 2 ildir evliyəm. Mən 2013 mayda varikoseldən əməliyyat olmuşam (Faiz aşağı olub). Əməliyyatdan 2 ay sonra yenidən analiz verdim 25 % çıxdı. Lakin 2013 sentyabr ayında yoldaşım hamilə qaldı. Təəssüf ki, uşağımız qalmadı və düşdü. daha sonra bəzi müalicələr aldım. Müalicə bitdi. Yanvar və Fevral 2014-də analiz verdim (nəticələr 9 və 11 % oldu-norma 50% klinikada). Bundan sonra heç bir müalicə almadım. 26.03 və 09.04.14-də analiz verdim və nəticəm 30 və 27% çıxdı (norma 32% klinikada). Qalanlar normada. Yəni demək olar ki normaya çatmışdım. Səbəbi araşdırma üçün doppler olundum. Varikosel yox, Qan dövranı normal. Yəni təkrar varikosel yox. 6 Hormonal analiz verdim. Onlar da norma daxilindədir. Həkim faizi qaldırmaq üçün 1 aylıq preparatlar yazdı (amin turşular və s.). 1 ay sonra 23.05-də analiz verdim. 23 % çıxdı. Qalanlar normada. Əksinə aşağı düşdü. Yenidən müalicə yaıldı. Yəni bütün analizlər normadadırsa, problem nədən ola bilər? Əvvəlcədən təşəkkürlər!
Dr.Orxan Agabəyov | 7 İyun 2014 16:09
Salam N33. Bu müayinələrin ya tam ya da düzgün olmaması səbəbindən ola bilər. Fərqli klinikada müayinələrdən keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ayxan | 2 İyun 2014 22:31
salam doktor mende her yaxwidi amma sonradan cinsi orqanimda sertlik yoxdu ureyim istediyim kimi qalxmir neden olan biler?tesekkur edirem
Dr.Orxan Agabəyov | 3 İyun 2014 05:23
Salam Ayxan. Ereksiyanın zəifləməsinin səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Leyla | 2 İyun 2014 17:47
Salam hekim.menim yoldasim elaqe zamani tez bosalir elaqeden hec bir zovq ala bilmirik.bu ne ile elaqedardir.evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 3 İyun 2014 05:22
Salam Leyla. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Resad18 | 2 İyun 2014 08:04
salam həkim mənim sol xayam uşaqlıqdan nəsə qəribə görsənirdi elə bil sol tərəfdə iki xaya vardı ancaq çoxda böyük deyildilər.indi 18 yaşım var 1 aydı sol xayam böyük görsənir.yumurta boyda olub.həkimə getdim dedi damar genişlənməsi var.İndi sualım sizə buduki nə qər ağrı yoxdur deməli problemdə olmazz?spermaya xətər gətirməz?bu yaşda
Dr.Orxan Agabəyov | 3 İyun 2014 05:16
Salam Resad18. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Zaur | 1 İyun 2014 21:13
Salam hekim. Mende xayamda agri oldu getdim uziye saldim dediki hekim maye halinda kista var agri veren odu.bilmek isteyirem onun mualicesi var yoxsa ancaq cerrahi yolla olmalidir?
Dr.Orxan Agabəyov | 3 İyun 2014 05:16
Salam Zaur. Xayada olan kistalar adətən ağrı vermir, ona görə də diaqnostika tam aparılmalıdır, başqa səbəblər də araşdırılmalıdır. Xayada olan kistalara qarşı dərman preparatları mövcud deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emin | 1 İyun 2014 20:34
Salam hekim menim 29 yasim var evliyem cinsi hevesin olmamasindan eziyyet cekirem hevesim cox gec gec olur olanda da axira qeder ola bilmirem yarida olur penis ve xayalar buzusur, soyuq olur uziye getmisem prastatda hecne yoxdur cinsi infeksiyani yoxlatmisam temiz cixib xahis edirem mene deyesiz bu neden ola biler mualicesi varmi agirdi yoxsa yunguldur mualicenin effekti ne qeder vaxtdir buzusmenin sebebi nedir mumkunse cavabi tez yazasiz evvelceden tesekkur.
Dr.Orxan Agabəyov | 2 İyun 2014 17:28
Salam Emin. Əgər cinsi problemlərin səbəbləri müayinələrdə aşkar olunmursa, psixoloji səbəblər əsas ola bilər. Və yaxud, müayinələr düzgün və ya dolğun olmayıb - çox vaxt cinsi zəifliyin səbəblərini araşdıranda ancaq cinsi infeksiyalar və prostat vəzi yoxlanılır - bu yetərli informasiya deyil.  Hər bir halda problemin effektiv müalicə metodları var.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
mehman | 1 İyun 2014 19:51
Salam hakim varikosel spermanın faizini aşagı salırmı manda varikosel aşkarlanıb amma xayalarımda heç bir agrı olmayıb günzlar biraz sallanma olur seher axşam xayalar öz qaydasınds olur xaiş ediram bunu cavablandırasız
Dr.Orxan Agabəyov | 2 İyun 2014 17:15
Salam Mehman. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
perviz | 1 İyun 2014 19:18
Salam hekim qizla danisanda cinsiyet uzvunde nese su kimi olur ama yapisqan bir iki damci bu problem deyil? birde bu olmamasi ucun ne etmeliyem?saq olun
Dr.Orxan Agabəyov | 2 İyun 2014 17:15
Salam Perviz. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
hasan | 1 İyun 2014 18:27
salam dr.orxan.bir problemimle elaqedar internetde melumatlara baxirdim ve sizin xestelerle sual cavabinizi gordum.oxudum ve sizin hekimlik intellektinize heyran oldum.ona gore size sual vermek isterdim.men mayin 27-i sportzalda beqovoy dorojka deyiller,onda qacirdim.cox terlemisdim ve qapi aciq idi.birden kulek qalxdi ve men bir nece saniyeden sonra kureklerimde sanci hiss etdim.fikir vermedim amma bir az kecenden sonra basim gicellendi bedenim bosaldi,bas gicellenme oldu.mesqimi saxlayib dusa getdim ve dusda birden sidiye getmek istedim,ve getdim.onu da deyim ki men sidiye oturan veziyyetde gedirem.dini baximdan bele uygun olduguna gore.sidiye gedennen sonra men goyneme hiss etdim.eve geldim qizdirmam oldu,cox acirdim.ne ise yemek yedim,meyve yedim ozume geldim.amma o gunden sonra mende sidiye getmek isteyi var.sidik kanalinda goyneme var.butun gun sanki sidiye getmek hissi var.hetta lap az miqdarda nar deneciyi qederinde sperma oldu.bu ne ile elaqedar ola biler?evvelceden sag olun
Dr.Orxan Agabəyov | 2 İyun 2014 17:13
Salam Hasan. Sizdə sidik-cinsiyyət sistemində, kəskin iltihabi prosesin(sistit, prostatit) əlamətləri var. Problemin səbəbi isə, tərli halda soyuq hava ilə kontakt olub. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.