ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ali | 6 İyun 2014 09:44
Salam Hekim adim Ali 21yasim var mende bir problem meni qorxudur. pensim balacadi onu ne etmek olar ki boyusun ???qabaqcadan twk edirem
Dr.Orxan Agabəyov | 7 İyun 2014 11:07
Salam Ali. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
vusal | 6 İyun 2014 07:13
Salam doktor size sualim budur ki menim penidimin bas hissedi govde hissesinden ferqlifir yeni cox balacadi bas hissesi buda penisimi balaca gorkemdiz gosterir boyu 15 sm bunu nece aradan qaldira bilerem hem cox vsxt gezende penisim deri altina girir ve bu meni cox narahat edir cinsi elaqe zamanida penisim bas hissesi balaca gorsendiyi ucun psixoloji heyecan kecirdirem ve buda ereksiya veziyete gelmesine cetinlik verir psixoloji ozumnen adili deyil fikirlesirem ki balacadi cinsi elaqe qura bilmirem nece komek ede bilersiz nece boyudum bas hisseni?tesekkur
Dr.Orxan Agabəyov | 7 İyun 2014 07:13
Salam Vusal. Penisin baş hissəsinin ölçülərini yalnız cərrahi üsulla dəyişmək olar, amma bu o qədər də məsləhət olunan üsul deyil. Daha düzgün olar ki, psixoloji baryerlərin və ereksiya problemlərini aradan qaldırılması üçün müalicə kursu keçəsiz.. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Roma | 6 İyun 2014 06:59
Salam hekim.mende cinsi elaqe zamani heyecan stres olur.birnece defe bu heyecan inamsizliq tekrarlandigina gore indi daha cox ozunu gosderir herdefe elaqe zamani beynime dolurki yene alinmiyacaq inamsizliq yaranir. Bunu nece hell etmek olar ??onceden teweggurler
Dr.Orxan Agabəyov | 7 İyun 2014 06:49
Salam Roma. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nadir | 5 İyun 2014 17:10
Salam Orxan həkim. Mən təzəlikcə cinsi xəstəliklərə görə özel klinikaların birinde müayinədən keçmişəm. Həkim analizleri "yaxmadan" və "spermaqramma" dan götürdü. və cavablar 1 saata çıxdı.( bu qeder tez çıxması ne derecede doğrudu?) hekimin dediyine göre yaxmadan götürülen analiz temiz çııxıb.Ancaq spermaqramma analiziinde leykositlerin sayı 25-35-dir. Həkimin verdiyi məlumata göre bu soyuqdeymeden keçmiş ola biler ve sperma irinlidi. Bunun müalicəsi üçün isə mənə 6-8 gün erzinde aparatlarla ve dermanlarla müalicə təklif etdi . müalicənin dəyəri isə 200-250 azn -dır. Bilmek istediyim odur ki, analizin cavabının tez çıxması, və bu müalicənin aparatlarla və dəyərinin bu qədər baha olması nə dərəcədə doğrudur?
Dr.Orxan Agabəyov | 7 İyun 2014 06:33
Salam Nadir. Yaxmanın mikroskopiyası və spermoqramma analizinin cavabları, 1 saata çıxa bilər, amma cinsi infeksiyaları yoxlamaq üçün bu diaqnostika kifayət deyil, yəni ola bilər ki, Sizdə cinsi infeksiya var, amma cavablarda infeksiya çıxmır, daha dəqiq diaqnostika üsulları istifadə olunmalıdır. O ki qaldı müalicənin metodikasına və qiymətinə - bu məsələyə şərh vermək düzgün deyil, hər klinika qiymət strategiyasını özü təyin edir, amma əgər cinsi infeksiya yoxdursa, müalicə müddəti 10-15 gün və istifadə olunan dərmanların qiyməti 30-40 AZN ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar Kazımov | 5 İyun 2014 11:26
Salam həkim. Sualıma görə üzr istəyirəm. Bilmək istəyirəm ki, cinsi əlaqə dən sonra spermanın axaraq vaginanın içindən çıxması qadının hamilə qalmamasına səbəb ola bilər ? Bunun səbəbi kişi spermasının yapışqan , ya qatı olmaması ola bilər ya bu normaldı?Əgər bu hal hamiləliyə mənfi təsir edirsə necə edilməlidir ki, sperma geriyə axmasın? Əvvəlcədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 7 İyun 2014 06:33
Salam Anar. Bəli, bu hal hamiləliyin yaranmamasına səbəb ola bilər. Kişilərdə spermanın keyfiyyətini yoxlamaq üçün, spermoqramma analizi verilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nicat | 5 İyun 2014 07:38
salam hekim.mende son 2 3 aydir ki qizla eleqade olduqda bir prablem yaranib prablem ondan ibaretdir ki hevesim yoxdur ve qiz yanimda olanda bele tam sertlesmir tez qurtariram ve ikinci defe qurtara bilmirem yarimciq qalir yani penis sonur.qiz yanimda uzansada durmur gec durur.evvel seher yuxudan duranda sert olurdu ve pornoqrafik filmlere baxsamda hec durmur. hekim sizden çox çox xahis edirem bu barede mene sebeblerini izah edesiniz ve meslehet veresiniz..tesekkurler
Dr.Orxan Agabəyov | 7 İyun 2014 06:33
Salam Nicat. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
asef | 5 İyun 2014 06:02
salam men gunde 5 defe 14 yasimdan beri mastrubasiya (istimna) ile mesgul oluram indiiki yasim 24 dur ve men bu isi 2 3 ay olar dayandirdim indi ise bu isden cixmisam mastrubasiya elediyim gunden men cox yogun olurdum hemise cox pis gunler keciridim xahis edirem hekim mene komey ederdiniz mastribasiya zererlidirmi bunun zererleri nedir men bedenimi evvelki veziyyete getirmek ucun ne edim???????
Dr.Orxan Agabəyov | 7 İyun 2014 16:08
Salam Asef. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ADIL | 5 İyun 2014 05:49
salam hekim.meni axir vaxtlar cox qorxudan bir mesele var.,elaqe zamani penisim tam sertlewmir bu da bezi problemlere getirib cixarir,,ele olur elaqe zamani hetda olur ve elaqeni yarida buraxmali oluram,hem de axir vaxtlar penisin adi veziyyeti de buzuwmuw cox balaca olur,xahiw edirem sualimi etrafli cavablandirasiz,,men esas sebebi esebilikde gorurem,,eger problem ancaq psixoloji veziyyetle baglidisa bundan tam qurtulub normal cinsi heyat yawaya bileremmi?evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 7 İyun 2014 16:08
Salam Senan. Ereksiya problemlərinin səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fuad | 5 İyun 2014 03:22
Salam Hekim size sualim beledir. Men bir ilden artiqdirki varikoselden emeliyat olundum emeliyyatdan sonram xayamdan aqrilar vardi oz hekimime muraciyyat etdim dedim oda mene bildirdiki kececek..hal-hazirda men hardasa 1-2 saat ayaq uste qaldiqda xayalarimdan aqri verir. birdek hekim apiratsiya olunanda sol xayamin uzerinde coxlu damar var idi birde xayanin alt hisesinde emeliyatdan sonram tekce altda olan damarlari goturmusduler ustekiler yenede duru. xayada kicilme olanda sebebi ve tesiri ne ola biler xayis edirem bu sualarima cavab veresini.
Dr.Orxan Agabəyov | 7 İyun 2014 16:09
Salam Fuad. Varikosel əməliyyatından sonra təkrar yaranma riski var. Birinci növbədə xayalarda olan vəziyyəti öyrənmək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdı. Xayalarda olan problemlərin əsas fəsadı, spermanın keyfiyyətinin zəifləməsi ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elwin | 4 İyun 2014 18:59
salam eger psixoloji sebeblerden cinsi elaqe alinmirsa nece mualice olunmaq lazimdi?
Dr.Orxan Agabəyov | 7 İyun 2014 16:09
Salam Elwin. Psixoloji səbəblər ilə əlaqəli cinsi zəifliyinin müalicəsində, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.