ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Rasim | 7 İyun 2014 19:17
salam aleykum hekim..bir tanis var , bir nece il evel boyrekden mualice alib ve dermanlarin tesirinden spermanin faizi cox asaqidi 0 a yaxindi..indu bunun mualicesi var ? spermanin faizini qaldirmaq olar ? texmini nece ay yaxud il ceker ? evelceden tesekkur.
Dr.Orxan Agabəyov | 8 İyun 2014 09:34
Salam Rasim. Bu suala cavb vermək üçün, xayaların vəziyyətini, homonların balansınıı və s. faktorları bilmək lazımdır. Hər bir halda müalicə müddəti 3 aydan az olmayacaq.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Selim | 7 İyun 2014 12:09
salam hekim bilmek isterdim hepatit c dashiyicisi ile cinsi elaqede olmaq olar.olarsa neleri gozlemek lazimdir.sag olun
Dr.Orxan Agabəyov | 8 İyun 2014 10:01
Salam Selim. Hepatit C cinsi yolla nadir hallarda keçir, ən böyük risk anal seks zamanı olur. Riski azaltmaq üçün, birinci növbədə prezervativlərdən istifadə etmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nicat | 7 İyun 2014 11:30
Hekim bes papilloma virusunu maximum gec cixmagini ne qeder muddet önlemek olar?yeni yaxwi mualice alsam en gec ne vaxt cixma ehtimali ola biler?3 ay,9 ay,1 il ve.s...Dediz mualicesi yoxdu ama gec cixmagini temin etmey olar,menim bilmek istediyimde muaileceden ne qeder vaxt sonra cixma ehtimali ola biler?
Dr.Orxan Agabəyov | 8 İyun 2014 09:33
Salam Nicat. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
EKREM | 7 İyun 2014 10:41
SALAM DOKTOR,XAIW EDERDIM MENIM SUALMI CAVABLANDIRARDIZ,,MEN SIDIYE TEZ TEZ GEDIREM OZUDE SIDIYE GEDE GEDE VE HETDA BOWALANDADA YANMALAR OLUR MENDE,,COX ZEYIFLIK HALLARI OLUR ,,HETDA HEFTELERLE HEVESIM OLMUR,,YAWAYANDA YOLDAWIMLA HETTA SONA QEDER OLABILMIREM PENISIM OLUR,,DEMEK OLARKI DURMAGIYLA YATMAGI BIR OLUR,,AMMA DURANKIMI WIRE COX GELIR,,XAIW EDERDIM SIZDEN BU BAREDE MENE MELUMAT VERERDIZ,ONUDA DEYIMKI 9 AY BUNDAN QABAG VALIKOZDAN APERASIYA OLMUWAM,,ONCEDEN TEWEKUR EDIREM
Dr.Orxan Agabəyov | 8 İyun 2014 09:33
Salam Ekrem. Sizdə sidik-cinsiyyət sistemində iltihabi prosesin əlamətləri var, bu səbəbdən də cinsi sferada problemlər yaranıb. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aqil Aliyev | 7 İyun 2014 10:36
salam hekim cox saqolun bele serait yaratmisiz sizden bir soz sorusmaq isteyirem cox xais cavab veresiz sualima men idmanciyam demey olar ki bu mende verdis alib qadinlada olsamda yene eleyirem her gun boslairam eger bele elemeyende ozumus axlaya bilmirem geec yatanda ozu gelir kime diyiurem gulur
Dr.Orxan Agabəyov | 8 İyun 2014 09:22
Salam Aqil.  Masturbasiyanın əzələ kütləsinə birbaşa mənfi təsiri yoxdur, sadəcə məşqdən 3-5 saat əvvəl və sonra masturbasiya və ümumiyyətlə boşalma(cinsi əlaqə) məsləhət görülmür. Masturbasiya etməmək üçün ən yaxşı variant - müntəzəm cinsi həyat yaşamaqdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elnur | 7 İyun 2014 07:31
Salam. Doktor. Men. cinsiyyet orqan derisinde qawintiya gore analiz verdim. Mende diyaqnoz herpes 2 virusu teyin etdkler buisee meni cox narahat edir 1kursa muaalice goturdum ancaq qawinti yene tekrar baw verdi.xaiw edirem.bu haqda cavab yazasiz..evvelceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 8 İyun 2014 09:22
Salam Elnur. Herpes virusu xroniki infeksiyadır, yəni tam müalicəsi yoxdur. Əgər müalicə düzgün təyin olunarsa, residivlər(təkrar əlamətlər) nadir hallarda olur və daha qısamüddətli olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Hasil | 7 İyun 2014 06:27
Salam hekim,narahat etdiyim ucun bagislayin uzr isteyirem,menim penisim uzunlugu 13sm eni 4smdir,birdeki,penisimin uc hissesi pumsaqdir bunlar normaldir yoxsa hekime muraciet etmeliyem.cox sag olun
Dr.Orxan Agabəyov | 8 İyun 2014 09:22
Salam Hasil. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər cinsi əlaqə zamanı, ereksiya(sərtlik) problemləri yoxdursa,  həkimə müraciət etməyə ehtiyac yoxdur. Uğurlar.
Ali Rustemov | 6 İyun 2014 22:32
Salam hekim. Hekim men bir qeder dine bagli insanam ve bir qeder buna gore, bir qeder zina edib gunah qazanma qorxusuna gore seks den qaciram. 20 yashim var ama helede seks le mewgul olmamiwam. Masturbasiya ile mewgul oluram ancaq. Ve seksi aile qurduqdan sonra etmek isteyirem. Xaiw edirem mene komek edin, bu ne derecede dogrudu? Ziyani varmi? Mutleq seksle mewgul olmaliyam? Evliliye qeder yalniz masturbasiya ile mewgul olmagimin evlilik zamani seksde mende durgunluq yarada bilermi? Umud elyrem fikirlerimi duzgun catdirdim, xaiw edirem etrafli cvb vererdinizki qaranliq bir wey qalmasin mene. Evvelceden cox tewekkurler
Dr.Orxan Agabəyov | 7 İyun 2014 06:52
Salam Ali. Birincisi elə dini prinsiplərə görə, masturbasiya etmək günah sayılır, ikincisi aydındır ki, normal cinsi həyat yaşamaq masturbasiya etməkdən yaxşıdır.  Kişilərdə nigahdan öncə uğurlu cinsi təcrübənin olması, nigahda normal cinsi münasibətlərin təminatıdır. Hər bir fəaliyyət növündə təcrübə vacibdir, cinsi fəaliyyət də istisna deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Alsu | 6 İyun 2014 18:32
salam hekim.men 1 ildir ki,aileliyem.amma men helede orqazm kecirmemisem,bosalmanin da ne oldugunu bilmirem.umimiyyetle men hissiyatsizam.deyirler ki,cinsi elaqe zamani ureyin doyuntusu suretlenir.amma men de hec bir deyisiklik olmur.nedendir bu?tesekkurler evvelce
Dr.Orxan Agabəyov | 7 İyun 2014 06:53
Salam Alsu. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var.  Uğurlar.
Nihad | 6 İyun 2014 12:56
Salam bilmek isterdim ki masturbasiyanin ezeleye zereri var varsa ne derecede?evvelceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 7 İyun 2014 11:07
Salam Nahid. Masturbasiyanın əzələ kütləsinə birbaşa təsiri yoxdur, sadəcə məşqdən 3-5 saat əvvəl və sonra masturbasiya və ümumiyyətlə boşalma(cinsi əlaqə) məsləhət görülmür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.