ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Asif | 10 İyun 2014 08:40
salam hekim men iki ildir evliyem övladım yoxdur.Spermanın faizi 98 % dir.Qan ləkəsi olur arada müalicəsi mümkündürmü?xahiş edirəm cavab yazın
Dr.Orxan Agabəyov | 11 İyun 2014 05:47
Salam Asif. Spermoqrammada hərəkətlilik faizinin 98 % olması - qeyri realdır, yəni bu rəqəm səhfdir. Spermada qanın olması, cinsiyyət sistemində iltihabi prosesin əlamətidir, dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fuad | 10 İyun 2014 08:16
Salam Hekim. Yumurtaliqlarin birinin boyuk birinin kicik olmasi sonsuzluqluq elameti ola biler?
Dr.Orxan Agabəyov | 11 İyun 2014 05:47
Salam Fuad. Xayaların fərqli ölçülərinin olması, normaya uyğun haldır. Xayalarda olan problemləri dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
cavan. | 9 İyun 2014 06:28
Salam Doktor sizin qebulunuza nece dusek hansı klinikada isleyirsiz.
Dr.Orxan Agabəyov | 11 İyun 2014 05:35
Salam Cavan. Nyu med klinikası, Həsən Əliyev küçəsi, 29. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Zeyneb | 8 İyun 2014 22:13
Salam hekim xahis edirem sualimi cvblandirin..yoldasimin spermaqramma analizinin neticeleri bele cixib..Eyakulyatın hecmi3.0,xarici gorunusu bozumtul ag homogen,konsistensiyası 0.1,pH 7,6 ,cinsi pehriz 3,durulasma vaxtı 30deq.spermatozdlerin 1ml de sayı ---..butun preparatda tektek spermatozoidler askar olunmusdur ..eyakulyatda soermatozoidlerin umumi sayı--- ,ireli hereketliler--- reqsi hereketliler ---,hereketsiz---,hereketli spermatozoidlerin sayi---,morfoloji normal---,basciq---,boyuncuq--- qarisiq---,canli spermatozoidler,---spermatogenez huceyrelei---,spermaqqlutinasiya yoxdur,leykositler
Dr.Orxan Agabəyov | 11 İyun 2014 05:35
Salam Zeyneb. Spermoqrammanın göstəriciləri çox zəifdir, bu cinsiyyət sistemində ciddi problemlərin olmasından xəbər verir. Birinci növbədə bu problemlər araşdırılmalıdır, sonra düzgün müalicə strategiyasını təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sahin | 8 İyun 2014 21:51
salam Orxan hekim, fevral ayinda damar genishlenmesinde emeliyyat olunmusham, ama indi bagishdin sxoy atanda her iki xayamda agri olur bezen agri keskin artir boyrey terefe de agri verir, bunun sebebi ne olar? tesekkurler
Dr.Orxan Agabəyov | 11 İyun 2014 05:35
Salam Sahin. Ola bilər, varikosele təkrar yaranıb, ola bilər maye yığılıb(hidrosele). Hər halda, dəqiqləşdirmək üçün xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rufet | 8 İyun 2014 15:30
Salam hekim xais edirem menim sualima cvb yazasiz mende xayalarimdan biri asaqida biride yuxaridadi mende esitdiyime gore bu sonsuzluqa getirib cixardir cvb yazin xais edirem
Dr.Orxan Agabəyov | 11 İyun 2014 05:34
Salam Rufet. Xayaların fərqli yerləşməsi normaya uyğun haldır. Xayalarda olan problemləri dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kaka | 8 İyun 2014 12:12
Salam əvvəlcədən təşəkkürlər mən tez tez masturbasiya ilə məşğul oluram və 6.7 ay olarki sidiyə narahat gedirəm qırıq qırıq gəlir həmdə elə bilirəm ki tam sidiyə getməmişəm bu masturbasiya ilə əlaqədar ola bilər çox narahat oluram xaiş edirəm tez cavablandırasız təşəkkürlər
Dr.Orxan Agabəyov | 11 İyun 2014 05:34
Salam Kaka. Xeyr, bu hal masturbasiya ilə əlaqədar deyil, çox güman ki sidik-cinsiyyət sistemində, iltihabi proses var. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim | 8 İyun 2014 12:09
Salam doktor. cinsi elaqe zamani eyakulyasiyanin olmamasini mualice etmek mumkundurmu? her defe yox ,coxvaxt olmur.masturbasiya ile olur ama elaqede yox.bunu nece Muayine etmek ollar? qeyd edimki yoldasimda bele bir problemin olmasindan subhelenirem
Dr.Orxan Agabəyov | 9 İyun 2014 06:02
Salam Anonim. Bəli, mümkündür, amma müalicə kursu uzunmüddətli ola bilər. Boşalmanın gecikməsinin(olmamasının) bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
RÜSTƏM ABDULLAYEV | 8 İyun 2014 12:08
SALAM HEKİM MEN SPERMAQRAMMADAN ANALİZ VERDİM CAVABİNİ SİZE YAZİRAM ZEHMET OLMASA DEYİN MENİM MUALİCEYE EHTİYACİM VAR YA YOX YENİ Bİ FAİZLE EVLADİM OLA BİLER? MİQDARI- 3,5 ML RƏNGİ -SPESİFİK AĞ QATILIĞI-HOMOGEN PH-7,1 1 ML -DƏK SPER SAYI-22 MİL LEYKOSİT-4-6 g/s ERİTROSİT- LESİTİN DENECİKLERİ-COXLU MİQDARDA UMUMİ HECMDE SPER.MİQDARI-78 MİLYON SPERMOQRAMMA. AKTİV DÜZ HƏRƏKƏRLİ - 58% AZ HƏRƏKƏTLİ - 24% HƏRƏKƏTSİZ-18% COX XAHİS EDİREM CAVABLANDİRİN EVVELCEDEN TESEKKUR
Dr.Orxan Agabəyov | 9 İyun 2014 06:01
Salam Rüstəm. Xeyr, bu göstəricələrə görə müalicə tələb olunmur, narahat olmayın. Uğurlar.
asef | 7 İyun 2014 19:38
salam hekim menim sualima cavab yazmadiniz xahis edirem sualima cavab yazin
Dr.Orxan Agabəyov | 8 İyun 2014 09:34
Salam Asef. Sizin sualınıza cavb verilib, diqqətlə sualların tarixinə fikir verin, sualınızın verilmə tarixi - 05. 06. 2014. Uğurlar.