Alex | 12 İyun 2014 22:45
Hekim salam,
Menim 32 yasim var prostatimla bagli narahatciligim var. USM deyirki kalsinatlar var. Bilmek isteyirem bunun mualicesi varmi, bu hisslerden tam azad olmaq mumkundurmu ya her zaman simpomlari azaltmaq ucun derman qebul etmeliyem.
Teshekkurler
Dr.Orxan Agabəyov | 14 İyun 2014 05:41
Salam Alex. Prostat vəzidə kalsinatların(daşların) olması xroniki prostatitin əlamətidir. Kalsınatları dərman preparatları ilə aradan qaldırmaq, demək olar ki mümkün deyil. Əgər aşkarlanan kalsinatlar Sizi narahat etmirsə, xüsusi müalicə tələb olunmur, amma ağrılar və ya narahatlıq varsa - prostatitin müalicəsi aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Abdullah | 12 İyun 2014 20:08
salam doktor.doktor axir zamanlar yaman mende cinsi isteksizlik emele gelib.bilmirem ne ile elaqedardi.uzr istiirem həmdə sol xayamda yungulvari ağrılar əmələ gəlib.biraz tebii yolla qebul etdim.ele biraz duzeldi.men denizde oldugumdan cinsi elaqe hemise olmur amma gece bosalmaları olurdu həmişə olmasada şəhvət artanda.ancaq biraz duzelenden sonra boslama olmadi gecə.axiri birteher seksual fikirlerlə gece bosala bildim amma penisim yungul agrili bosaldi.ehtirası artırmaq uçun t dermani aldim amma buda ehtirasımı artırmadı.xahis edirəm deye bilərsiniz bu ne ilə əlaqedardı.əvvəlcədən təşəkkürlər
Dr.Orxan Agabəyov | 14 İyun 2014 05:51
Salam Abdullah. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu situasiyada ən düzgün variant - özün-özünü müalicə etmək deyil, mütəxəssisə müraciət edib, problemin səbəblərini müəyyənləşləşdirib - düzgün müalicə kursu keçməkdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 12 İyun 2014 08:40
Salam hekim men sidiye gedende suyun ustunde yagli qat dayanir loru desek suyun ustune benzin tokende nece olursa ele hekimde de olmiwam diyir sidik kisesi zad normaldi uzi elemiwem bu neden ola biler cox narahatam
Dr.Orxan Agabəyov | 14 İyun 2014 05:51
Salam Samir. Çox güman ki, sidik-cinsiyyət sistemində iltihabi prosesin əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emin | 11 İyun 2014 20:22
salam doktor mende usaq vaxti xaya yirtigi olub hekim umumi masajla mualice edib yeni emeliyyatla olmuyub o siskinlik gedib indiye kimi bir narahatciligi olmuyub xaricden normal gorunur size sualim onu muayine ehtiyac varmi ne kimi problemi ola biler? biraz etrafli yazardiz zehmet olmasa
Dr.Orxan Agabəyov | 12 İyun 2014 05:53
Salam Emin. Xayalarda olan problemlər, birinci növbədə spermanın keyfiyyətinə təsir edə bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aga | 11 İyun 2014 12:40
Salam hekim men uziden kecdim mende sag terefde toxum ciyesi venalari 3,8 mm genislenib
solda toxum ciyesi ortostatik veziyetde 2,6 mm genislenib
Rengli doqqleroqrafiyada valsalva sinagi zamani her iki terefde toxum ciyesi venalarda davamli retroqrad qan musahide olunur.
Hekim men 9 aydir evliyem bu veziyetde usagimiz olacaq ?
Dr.Orxan Agabəyov | 12 İyun 2014 05:53
Salam Aga. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emil | 11 İyun 2014 11:58
Salam . Size bir sualim var demeli menim bacim oglu 2005 ilde sunnet olubdu. Oglan ozu 1998 tevelluddu. Indi deyirki bacim mene uwaq yarimciq olub sunnet yani o vaxt onu rusiyada edibler daki uwaq ozu kok idi deye uzr isteyirem cinsiyyet orqani balaca idi belke ona gore az kesibler ya nedise indi anasi deyirki deri tam kesilmeyib olmush veziyyetde deri cinsi orqanin bawina dushur oglanin indi 16 yasi var. Yarimchiq sunnetdi indi onu biz cerraha kesdirek ? Yoxsa yarimciq olsada olar ? 16 yashinda etseler gec sagalacaqda yeqin ki yara? Xahish edirem bir meslehet verin
Dr.Orxan Agabəyov | 12 İyun 2014 05:50
Salam Emil. Təkrar sünnət etdirmək məsləhətdir, yara sağalmasının müddətində fərq olmur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 11 İyun 2014 10:14
Salam hekim.Men saytlarin birinde oxudugum meqaleye göre toy gecesi qizliq perdesini açandan sonra elaqe dayandirilsa yaxši olar.Bu hökmen bele olmalidi hekim?Sizden xahiš edirem sualima aydinliq getiresiniz.Önceden size tešekkürümü bildirirem.
Dr.Orxan Agabəyov | 12 İyun 2014 05:41
Salam Samir. Xeyr, bu mütləq şərt deyil, bu qadının həmin an ağrı və diskomfort hiss edib-etməməyindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
senan | 11 İyun 2014 07:13
Salam hekim, mene spermoqramma maraqlidi. Numune evvelceden getirilse olarmi? yoxsa klinikada verilmelidi? bir de spermoqrammanin qiymeti?
Dr.Orxan Agabəyov | 12 İyun 2014 05:40
Salam Senan. Spermoqramma klinika şəraitində verilsə, nəticə daha düzgün olar. Bizim klinikada spermoqrammanın qiyməti 20 AZN-di. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sehriyar | 10 İyun 2014 18:35
salam doktor.size sual budurki men 3 ildir ayileliyem usaqim olmur.sonuncu defe 28.04.2014ci tarixde analizlerimin cavabi bele olub xais edirem baxin gorun normaldi.spermozidlerin 1ml-de sayi 70-dir.spermanin umum sayi 245ml/ml ireli hereketler23 faizdi yasama qabliyeti diriler 60 faizdi hereketsiz 40 faizdi yarali sperma56.4 ml-dur xais edirem mene duzgun cavab yazin gorum normaldi ya yox.24 yasim var
Dr.Orxan Agabəyov | 11 İyun 2014 05:54
Salam Sehriyar. Spermoqrammanın əsas göstəricilərindən olan, aktiv hərəkətli spermotozoidlərin faizi normaya uyğun deyil, bu problemin səbəbləri araşdırılıb, müalicə kursu təyin olnmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gunel | 10 İyun 2014 13:44
Salam hekim mende aybasi gunune yaxin endometriyanin qalinligi 8mm progesteron 1.28 prolaktin 9.19 bu da mende aybawi bozgunlugu verir ne ede bilerem ve bu menim geleceyime ne derecede ziyandi aileli deyilem 22 yawim var bu mene gelecekde ne problem yaradacaq
Dr.Orxan Agabəyov | 11 İyun 2014 05:48
Salam Gunel. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.