ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
anonim | 15 İyun 2014 13:30
Salam doktor men bir xanim la cinsi elaqe de oldum. Biraz vaxt keçdikdən sonra si diyə çıxanda yanma lar olur si diyə tez tez çıxıram həmdə selikli maye axır nədən olar Xahiş edirəm cavablandirin
Dr.Orxan Agabəyov | 17 İyun 2014 20:38
Salam Anonim. Çox güman ki, cinsi yolla ötürülən infeksiya ilə yoluxmanın əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar Quliyev | 15 İyun 2014 12:13
Salam hekim, 2 defe seks`le mesgul olmusam ve her ikisi uzun cekibdi, texminen 25-30 deqiqe, ve bosalma olmayibdir, her ikisinde axirda mastrubasiya ile bosalmisam, mastrubasiyada aldigim hezzi seksde ala bilmemisem, bosalmanin hissiyati hec gelmeyib, problem fikrimce qadinla seks munasibeti deyil,basqa bir seydir,bu haqda ne deye bilersiniz? bunun bir mualicesi varmi?
Dr.Orxan Agabəyov | 17 İyun 2014 20:27
Salam Anar. Boşalmanın gecikməsinin(olmamasının) bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fred | 15 İyun 2014 11:12
salam hekim.necesiz?bagislayin varekosel emeliyyatindan neqeder sonra cinsi elaqede olmaq olar?
Dr.Orxan Agabəyov | 17 İyun 2014 20:27
Salam Fred. Varikosel əməliyyatından sonra, 1 ay ərzində cinsi həyat yaşamaq, məsləəhət görülmür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
HHHHH | 15 İyun 2014 09:29
Salam hekim bir sual vermek istiyirem ama onceden cox uzr istiyirem sizden hekim menim penisin yasima gore cox balacadir bu problemi nece hell etmek olar?
Dr.Orxan Agabəyov | 17 İyun 2014 08:48
Salam Hhhhh. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aytac | 15 İyun 2014 09:07
Salam hekim.yoldawim 2 aydir ki emeliyat olunub varikoselden.tezelikce analiz verib cvblar bu cur cixdi.eyakulyatin miqdari 3.5 mln ..1ml-de spermatazoidlerin sayi 30 mln,butun eyakulyatda sperm sayi 105mln, aktiv,duzxetli ireli hereket 18%, zeif duz ve ya qeyri duzxetli 52 %, yerinde aktiv,rotasion 16%, hereketsiz 32%.sualim budur ki bu gosteric i ile hamilelik baw tuta bilermi?onceden tewekkur edirem cavabiniz ucun..
Dr.Orxan Agabəyov | 17 İyun 2014 08:48
Salam Aytac. Spermoqrammanın əsas göstəricilərindən olan, aktiv hərəkətli spermotozoidlərin faizi normadan azdır, amma əməliyyatdan hələ az müddət keçib, bir müddətdən sonra təkrar spermoqramma verilməsi məsləhətdir, əgər göstəricilər normaya uyğun olarsa, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vusal | 15 İyun 2014 07:34
salam aleykum .men sperm analizi vermisem.neticeler patoloji formalar 7-8 ,selik bezi g/s de,lesitin deneleri az miqdarda,leykositler 0 -1-3,eritrositler -,epitel huceyreleri 0-1,spermatogenezin elementleri 0-1, qatiligi 2,durulasma vaxti 55 deq,A B=59,zeif hereketliler 10,hereketsizler 31.Bezen xayalarda agrilar olur.bu neticeler ciddi problemlerdir? mualiceye ehtiyac var? ONCEDEN TEWEKKURLER
Dr.Orxan Agabəyov | 16 İyun 2014 06:34
Salam Vusal. Spermoqrammanın əsas göstəricilərindən olan, spermotozoidlərin sayını qeyd etməmisiz, ona görə də bu suala cavab vermək olmur. Amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nesib | 15 İyun 2014 07:29
Salam hekim . narahatçılıga görə üzr istəyirəm sprmogrammada spermotozoidlerin aktivliyi 30 faizdise ve qalan gostericiler normaldirsa uwaq sahibi olmaq ne derecede mümkündür cox sag olun
Dr.Orxan Agabəyov | 16 İyun 2014 06:34
Salam Nesib. Bu halda müalicəyə ehtiyac yoxdur, amma müəyyən müddətdən bir(hamiləlik yaranmayana qədər) spermoqramma analizindən keçmək(göstəriciləri müşahidə etmək lazımdır). Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vado | 14 İyun 2014 20:54
Salam,kişi cinsiyyet orqanin etrafinda et xallari var,virus ve mikroblara qarşi müalice götrürem,bu neden ola biler?
Dr.Orxan Agabəyov | 16 İyun 2014 06:06
Salam Vado. Bu cinsi yolla ötürülən infeksiya olan - papillomavirusun əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
NEO | 14 İyun 2014 18:38
Salam doktor Agabeyov.Profilaktik olaraq yoxlanisdan kecmek ucun hansi nov laboratuar analizleri vermeliyem? Birinci cinsi elqade tez bosalma,ikincide ise gec bosalma hali mencede normaldi,bes deri ucun hansi spreylerden istifade ziyansizdir ki bosalma gec olsun.Evvelceden tesekkurler Orxan bey.
Dr.Orxan Agabəyov | 16 İyun 2014 06:06
Salam Neo. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Naməlum | 14 İyun 2014 16:25
Salam həkim.Mənim 24 yaşım var ama hələ cinsi əlaqədə olmamışam.Cinsi əlaqədə olmaq üçün hər şey normaldı ama xəstəlik keçər deyə uzaq olmağa çalışıram.Bilmək istəyirəm ki,bu yaşlarda qeyri biriylə cinsi əlaqədə olmaq mütləqdirmi ??? Tşk
Dr.Orxan Agabəyov | 16 İyun 2014 06:02
Salam Naməlum. Hər bir fəaliyyət növündə, təcrübə vacibdir, cinsi fəaliyyət də istisna deyil. Hər halda nə qədər cinsi həyat müntəzəm olarsa, bir o qədər yaxşıdır. Cinsi infeksiyaların yoluxmasının profilaktikası üçün, prezervativlərdən istifadə edə bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.