Gulu | 16 İyun 2014 16:51
Salam hekim. 1 il once hamile vaxti mende papilom belke kondiloma emele geldi, cinsi organlarda. Sizin klinikada legv etmek munkundur? Ve qiymetinde bilmek isterdim.
Dr.Orxan Agabəyov | 17 İyun 2014 21:05
Salam Gulu. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
sahil | 16 İyun 2014 16:11
salam hekim mende sperma analizi vermisem faiz zeyifdi nece elemeliyi
Dr.Orxan Agabəyov | 17 İyun 2014 21:04
Salam Sahil. Birinci növbədə problemin səbəblərini dəqiqləşdirmək, sonra isə müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rasul | 16 İyun 2014 13:59
Salam Doktor.Mən 4-5 il bundan əvvəl cinsi əlaqədən sonra penisimin içinin qaşınması və cirk axıntısı simptomlarıyla xəstələndim.Müalicə aldım və psixoloji səbəblərdən uzun müddət cinsi yaxıliq etmirdim.Daha sonra yenə cinsi yaxinlıq sonrası eyni simptomlar məni narahat etməyə başladı.Analiz verdim.Nəticələri: PZR - Chlamidia trachomatis-neqativ(yaxma),Mycoplasma hominis-neqativ(yaxma),Ureaplasma urealictium-neqativ(yaxma),Ureaplasma parvum-pozitiv(yaxma) və PROSTAT ŞİRƏSİNİN MÜAYİNƏSİ - Eritrosit (g/s) 3-4,Leykosit(g/s)-40-45 y/y 45-50, Epiteli hüceyrələri (g/s) 1-2,Trichomonas (g/s) aşkar olunmadı,Lesitin hüceyrələri (g/s) az miqdarda,Bakteriya (g/s) ,Selik (g/s) . Həkim mənə vospaleniya diaqnozu qoydu.Müalicə aldım,bir ildən çox cinsi həyat yaşamadım.Sonra yenidən yaxnlıq edəndən sonra eyni simptomlar(penisin içində qaşınma,çirk ifrazı) yenidən yarandı.Artıq həkimlərə müraicət etməkdən bezmişəm.Mənə elə gəlir məndə səhv müalicə sonrası xroniki hal alıb bu xəstəlik.Təşəkkürlər
Dr.Orxan Agabəyov | 17 İyun 2014 21:04
Salam Rasul. Sizdə xroniki prostatitin əlamətləri var. Xroniki prostatit elə xəstəlikdir ki, müalicədən müəyyən müddət keçəndən sonra, təkrar kəskinləşə bilər. Ona görə də xroniki prostatitin müalicəsində, ildə 2 dəfə(yazda və payızda) profilaktik kurslar tətbiq olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sahib 085 | 16 İyun 2014 12:13
salam doktor bagiwlayin narahat edirem doktor 29 yawim var 11aydi aileliyem muaineye gedtdim spermagrammadan cox awagi cixdi vexlamidiya mikoplazma ureoplazma mikroblarda cixdi ve uziye getdim neticeni size yaziram cox narahatam doxtur mumkunse cvblandirin PROSTAT VEZI..QALINLIQ 30.MM ENI 40.8MM UZUNLUQ 33.OMM UMUMI HECMI 21.6 EXOGENLIK CUZI YUKSELIB STRUKTURU HEMCINS.VE XAYALARI YOXLADILAR DIRLERKI SOL TESTISIN OLCUSU KICIKDI IKI DERECELI HIPOPLAZIYA STRUKTURASI QEYRI HEMCINS SAG TESTIS 38.OX 20 OX24 SOL TESTIS 24.OX14OX11,,,SAG EPIDIDIMIS 11OX8.OMM SOL EPIDIDIMIS 9OX4.O MM EPIDIDIMIS STRUKTURU QEYRI HEMCINS,EXOGENLIK.YUKSELIB,KALSINATLAR VE SOL XAYA ARTIMINDA 4.OMM OLCUSUNDE MAYE TERKIBLI KISTA IZLENILIR,VARIKOZ GENIWLENMESI YOXDU,,HER IKI XAYA KISESINDE BIR QEDER SERBES MAYE VAR.DOKTOR BU QORXULUDU MUaliceynen sagalar ve geleceyde ata olmagim mumkundurmu.cvblandirsaz sevinerdim oncelikle coxsagolun.
Dr.Orxan Agabəyov | 17 İyun 2014 21:24
Salam Sahib 085. Ən ciddi problem, sol xayanın hipoplaziyasıdır, hormonları yoxlamaq məsləhətdir. Hansısa proqnoz vermək üçün, informasiya azdır, amma hər halda müalicə kursunun müddəti 3 aydan az olmayacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tamerlan | 16 İyun 2014 11:35
salam. men esgerlikde olanda agir fiziki isle mesgul olmusam ve gelennen sonra xayalarimda keskin agrilar var idi. hekime muraciyet eledim, yoxlanisdan kecdim 2ci dereceli varikasel var idi hekimin dediyine gore ve meni emeliyyat elediler 4 ay once. o vaxtdan agir isle qeti mesgul olmuram ama yene de agrilar var mende. hemde menim sol xayami emeliyyat elediler sagda da var dedier ama emeliyyta ehtiyac olmadigini dediler yunguldur dediler. sualim budur ki mende hal hazirda agrilarin olmasi normaldir yoxsa yox? birde men ne qeder muddetden sonra idmanla mesgul ola bilerem?
Dr.Orxan Agabəyov | 17 İyun 2014 21:03
Salam Tamerlan. Xeyr, əməliyyatdan sonra ağrıların olması normal hal deyil. Ağrıların səbəbini dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Varikosel əməliyyatından 3 ay sonra, yüngül məşqlərə başlamaq olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Abbas | 16 İyun 2014 11:02
Salam Hekim bagwlayn sizi narahat etdiyime gore hekim menim 20-yawm var ama bu yawma qeder cemi bir defe cinsi elaqede olmuwam ve ondan sonra mende pisxoloji gerginlikler baw veri demek 7-8 aydir ki mende cinsi zeiflik oldugunu hiss edirem uzur isdeyirem ifademe gore demek Qadn yaninda olanda durub yatmagi eyni olur bu nedendir hansisa prableme baglidir?
Dr.Orxan Agabəyov | 17 İyun 2014 21:21
Salam Abbas. Sizdə ereksiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Amil | 16 İyun 2014 09:32
Salam hekim.men bir ay olar qrijadan ve rarikodelden emeliyyat olmuwam.ama 15 idi emeliyyat olmuwdum cinsi elaqede oldum.bu ne derecede ziyani var ?önceden twk .
Dr.Orxan Agabəyov | 17 İyun 2014 21:21
Salam Amil. Varikosel əməliyyatından sonra, 1 ay ərzində cinsi həyat yaşamaq, məsləəhət görülmür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
alik1987 | 16 İyun 2014 07:39
salam doktor 27 yawim var 7 aydi evliyem uwaq yoxdu. Men usaq olanda kriptoxrymden emeliyat olmuwam hem sol hemde sag xayadan. Xayalar bir lap kicik biri ondan boyukdu nece lazimdi elaqede oluram problem yoxdu. Cox mualice almiwam spermaqrammanin hereket faizi 0% dir xayalar yerindedi doktor bunun mualicesi varmi uje bezmiwem mualice almaqdan uwaq ola bilermi? Cox xaiw sualimi cavablandirin twk
Dr.Orxan Agabəyov | 17 İyun 2014 21:02
Salam Alik1987. Əgər spermanın göstəriciləri sıfıra bərabərdirsə, müalicə kursuna müəyyən müddət ayrılmalıdır, əgər bu müddət ərzində nəticə olmursa, süni mayalandırma proseduru məsləhət görülür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim | 15 İyun 2014 21:09
salam həkim mən sentyabr ayida tripitdən müalicə olundum fevral ayinda yenə əlamətlərini hiss edib həkimə getdim müalicə olundum sonra yoxlandim təmiz çıxdı .Amma yenə əlamətləri əmələ gəlib bu vaxt ərzində cinsi əlaqədə olmamışam. niyə təkrarlandiqini bilmək istəyirəm. cox saq olun
Dr.Orxan Agabəyov | 17 İyun 2014 20:46
Salam Anonim. Bu situasiyada iki variant var: 1. Tripper-dən(qonoreya) başqa cinsi infeksiya var və həmin cinsi infeksiya aşkar olunmayıb və müalicə olunmayıb. 2. Tripper(qonoreya) düzgün müalicə olunmayıb. Bu variantları dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnur | 15 İyun 2014 14:27
Salam həkim suala görə çox üzr istiyirəm mənim 22 yaşım var. Cinsi əlaqədə olan zaman məndə boşalma çox tez baş verir və buna görə çox narahatam. Müalicə üçün hansı yolu mənə məsləhət görərdiniz. Və aldığım müalicənin gələcəkdə heç bir mənfi təsir göstərməməsini istəyirəm. Öncədən təşəkkürümü bildirirəm.
Dr.Orxan Agabəyov | 17 İyun 2014 20:38
Salam Elnur. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.