Emil | 28 İyun 2014 20:22
Salam doktor.Siz bir sualim var.Mende herden bir yatanda boshalma olur o neden ola biler 18 yawim var.indiden twk
Dr.Orxan Agabəyov | 30 İyun 2014 10:37
Salam Emil. Bu yaş dövründə pollusiyaların(qeyri-ixtiyari boşalmaların) olması normal haldır vəsəbəb - müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Əgər boşalmalar ifrat dərəcədə olmursa, bu problem sayılmır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Abbasov | 28 İyun 2014 20:21
Hekim menim sualim xlamidiozla baqlidir, hekime getdim,analizde awkar olduki, xlamidiozun faizi 16,4 dur.menim mualicem neqeder muddet davam etmelidir ve evvelki kimi cinsi fealliqim duzelecekmi?
Dr.Orxan Agabəyov | 30 İyun 2014 10:22
Salam Abbasov. Xlamidiozun diaqnostikasında hansısa rəqəmlər(faiz) istifadə olunmur, xlamidiya ya var ya yox. Xlamidiozun olub-olmamasını təkrar başqa klinikada dəqiqləşdirin - əgər aşkarlanarsa, müalicə müddəti adətən 15 gün olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
farid | 28 İyun 2014 12:38
salam hekim 7 ay bundan once varikozdan emeliyat olunmusam bu yaxinlarda ozel klinikalarin birinde dopler muayine eletdirdim varikoz yox.amma nisanlimla telde danisanda nisanlimin yaninda azaciq maye kimi yapisqanda gelir qarnimin sol sag hisesinde keskin agrilar olur bu agrilar yavas yavas vurur asagiya yahalara hayalar sisir keskin agri olur dozulmez .esasende sol hayada indi yavas yavas say hayayada kecir bu ne ola biler hekim bir meslehet verin ne olar
Dr.Orxan Agabəyov | 30 İyun 2014 10:10
Salam Farid. Çox güman ki, diaqnostika ya tam ya da düzgün aparılmayıb, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Fuad | 28 İyun 2014 06:10
salam hekim erken bosalmaya sebeb nedi?
Dr.Orxan Agabəyov | 30 İyun 2014 10:09
Salam Fuad. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim_85 | 27 İyun 2014 10:03
salam.zehmet olmasa analizin neticelerini qiymetlerdirerdiz?saqlam hamilelik mumkundu bu netice ile?
salam hekim.zehmet olmasa analizi deyerlendirerdiz.
eyakulyatin hecmi =3 ml
konsistensiyasi =0,4 sm
ph=7,5
spermatozoidlerin 1 mln-da miqdari=43 mln
eyakulyatda spermatazoidlerin umumi sayi=129 mln
ireli hereketli=39%
reqsi hereketli=34%
hereketsiz = 27%
hereketli spermatazoidlerin sayi=73%
morfoloji normal (kryuqer)=13%
bashciq(patologiya)=31%
boyuncuq(patologiya)=29%
qarishiq(patologiya)=27%
canli spermatazoidler=85%
spermatogenez huceyreler=3%
spermaqlutinasiya
eritrosit 0-1 g/s
mikroflora
lesitin az
Dr.Orxan Agabəyov | 30 İyun 2014 10:09
Salam Anonim_85. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim | 27 İyun 2014 09:30
salam doktor necesiz? 28 yawim var. mende cinsi zeifliy var ozude 4 ildi. cox mualice eletdirmiwem amma efekt ala bilmemiwem. analizlerde vermiwem spermadam, sidiyden ve yaxmadan hecne cixmayib hekimin dediyine gore. bilmirem hekimin bawi cixmayib analizden yada analiz duzgun aparilmayib. amma potensiyani artiran dermanlardan istifade edsem normaldanda artiq potensiyam olur. siz ne meslehet gorersiniz?
Dr.Orxan Agabəyov | 28 İyun 2014 06:23
Salam Anonim. Əgər cinsi problemlərin səbəbləri müayinələrdə aşkar olunmursa, psixoloji səbəblər əsas ola bilər. Və yaxud, müayinələr düzgün və ya dolğun olmayıb - çox vaxt cinsi zəifliyin səbəblərini araşdıranda ancaq cinsi infeksiyaları yoxlanılır - bu yetərli informasiya deyil. Müntəzəm cinsi həyat yaşamağa çalışın və təkanverici müalicə kursundan keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vugar Hasanov | 27 İyun 2014 08:04
Salam doktor!
menim 26 yawim var 2013-cu ilin oktyabr ayinda aile heyati qurmuwam. yoldawim hazirda 8 ayliq hamiledir.
Hamilelik dovru ile elaqedar cinsi heyatda biraz ehtiyat edirik, indi xususile artiq her hansi bir elave mudaxile uwagin qefil yigilmasina getirir deye bunu nece edeceyimizi bilmirik.
menim son vaxtlar xayalarim agriyir, sanki sancir. bilirem ki, muntezem spermanin bowlamamasi buna getirib cixara biler.
Amma her halda, hekime getmeye de cekinirem. Duzun desem bu wikayetim indiyedek olmuyub ve hekim mudaxilesine ehtiyac da qalmayib.
indi xahishim mene mueyyen istiqamet vermenizdir. Men cavanam ailemde cavandi, yeni bundan sonra hele normal veziyyetde omrumu suremk isteyirem.
Cavabiniz ucun onceden tewekkurler.
Hormetle,
Dr.Orxan Agabəyov | 28 İyun 2014 06:24
Salam Vuqar. Xaya ağrılarına səbəb müntəzəm cinsi həyatın olmamasından savayı, epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı) və s. ola bilər. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
tofiq | 26 İyun 2014 21:29
salam hekim, menim 23 yashim var, cinsi zeiflik yaranib mende, chekimde biraz ashaqi dushub, eyni zamanda nefes chatishmazliqi da yaranib, terapevte getmishem, agciyerde, ureyde, qanda problem ashkarlanmib, axir vaxtlar sidikden sonra oz ozune bir iki damci sperma gelir, chox xahish edirem, mumkunse cavab yazin, evvelceden teshekkurler
Dr.Orxan Agabəyov | 28 İyun 2014 06:02
Salam Tofiq. Ümümi sağlamlıqla olan problemləri ilk növbədə müalicə edin. Cinsiyyət sistemində olan problemləri (çox güman ki, prostat vəzidə iltihabi proses var) araşdırıb, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
roma | 26 İyun 2014 16:23
Salam hekim .son zamanlar me de bele prablemler ortaya gelib.elaqe zamanj men ya tez bosaliram yadaki bosa bilmirem.ve neticede qeyri tebii yolla bosaliram.bu neden ola biler.ve men ne etmeliyem
Dr.Orxan Agabəyov | 28 İyun 2014 06:01
Salam Roma. Bu situasiya cinsiyyət sistemində problemlərin olmasından xəbər verir, ən düzgün yol - müalicə kursu keçməkdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
babaxan | 25 İyun 2014 16:56
salam hekim infeksiyalardan analiz vermisem mende ureplazma urealyticum ve ureplazma parvum mikrobu cixib basqa mikrob cixmayib xlamidiya mikoplazma cixmayib cixan mikrobu ureplazmani bir kurs mualice ile aparmaq olarmi evliyem ozum
Dr.Orxan Agabəyov | 28 İyun 2014 06:01
Salam Babaxan. Bəli, əgər düzgün müalicə kursu təyin edilərsə bu mikrobları bir kursa aradan qaldırmaq olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.