ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
anonim | 29 İyun 2014 19:29
Slm.Dr yoldasimda son 4 ildi geceler yuxuda olarken penisin galxmamasi meni narahat edir bir sozle cinsi elageye girmey zeyifliy isteyi azalib onuda geyd edim tezigi 270 olur urey isimiye miakard 5 gundu cixib ortaya bununla elageder ola biler 41 yasi var suala cvb yazdigininz ucun thk edirem
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:05
Salam Anonim. Hiperoniya xəstəliyi(qan təzyiqinin yüksək olması) - cinsi zəifliyin ən əsas səbəblərindəndi. Əsas xəstəliyin müalicəsi ilə yanaşı, cinsi problemlərin də müalicəsi getməlidir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 29 İyun 2014 19:14
Salam hekim.men spermaqramma analiz vermisem.bilmey istiyiremki normaldi? Yoldasim hamile qala biler? Xadirladimki 3ay evvel vorikosel emelyati olmusam.Hecmi 4.4ml. Rengi-bozumtul ag. Ozluluk 1.0. Durulasma muddeti 35d. Ph 7.5. 1ml sperm.miqdari127mln.eyakulyatda spermatozoidlerin miq.558.8mln. Hereketli spermt.miqdari 58 %. A aktiv duz ireli -18 %. B zeif duz qeyri-duz xetli20 %. C yerinde aktiv reqsli hereketli 20 %. D hereketsiz42 %. a b 38 %. Pataloji formali 25 %. Bas 13 % quyruq10 % beden2 %. Spermoaqriqasiya . Spermaaqlutinasiya pozitiv. Qarisiq pizitiv.eritrositler 1-2.tez bir zamanda cavablandirsaydiz sevinerem.qabaqcadan cox minnetdaram.
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:05
Salam Samir. Spermoqrammanın əsas göstəricilərindən olan - irəli hərəkətli spermotozoidlərin faizi normaya uyğun deyil, amma varikosel əməliyyatından sonra bərpa müddəti 6 ay ola bilər, bir müddət gözləyin və təkrar spermoqramma verin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
eli | 29 İyun 2014 18:53
Hekim salam..men 2 gun bundan qabaq elaqede olmuwam.bugunse ozumu narahat hiss etdim. Penisimi sixdim.sūd renginde cirke oxwar wire geldi. Bu ciddi bir weydi yoxsa yungul?. Ola bilerki partnyorum ay bawindan tam qurtarmamiw elaqede olmuwuq ondan ola biler??
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:05
Salam Eli. Çox güman ki, cinsi yolla ötürülən infeksiyanın əlamətidir. Menstruasiya müddətində cinsi əlaqədə olanda, cinsi infeksiyaların keçməsi ehtimalı yüksəlir. Cinsi infeksiyaların olub-olmamasını dəqiqləşdirmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vahid | 29 İyun 2014 15:30
salam hekim bu spermanin neticeleri ile menim usaqim olarmi men varikosel emeliyyati olmusam 3ay bundan qabaq eyakulyatin hecmi 2,5 xarici gorunusu bozumtul-aq,homogen ozuluyu0,2 ph7,7 cinsi pehriz 5gun durulasma vaxti 40deqiqe spermatozoidlerin 1ml-da sayi24,5 eyakulyatda sperm umumi sayi 61,3 ireli hereketliler 16% reqsi hereketliler 24% hereketsiz 60% yarali spermatozoidlerin eyakulyatda sayi[a| b]9,8 patoloji formalar[kryuger usulu]92% basciq32% boyuncuq26% qarisiq34% yasama qabiliyeti[diriler]40% spermatogenezon huceyreleri3% spermaqqulutasiya leykositler
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:05
Salam Vahid. Spermoqrammanın əsas göstəricilərindən olan - irəli hərəkətli spermotozoidlərin faizi normaya uyğun deyil, amma varikosel əməliyyatından sonra bərpa müddəti 6 ay ola bilər, bir müddət gözləyin və təkrar spermoqramma verin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fariz | 29 İyun 2014 15:22
Salam doktor! 7 aydir aile qurmusam. 36 yasim var. Spermoqram analizi vermisem.yararli spermatozoid 46% dir. Mualice olaraq " V" tabletka qebul etmisem tesirini gormurem. Ne meslehet bilersiz? Evvelceden tesekkur edirem!
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:04
Salam Fariz. Bu situasiyada hansısa preparatın qəbulu deyil, göstəricilərin normaya uyğun olmamasının səbəblərini müəyyənləşdirmək lazımdır, sonra düzgün və effektiv müalicə təyin etmək olar. Ən əsası isə, heç bir dərman preparatı - bütün problemlərdə spermanın göstəricilərini qaldırmır, yəni ayrı-ayrı problemlərdə ayrı-ayrı preparatlar təyin edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vusal | 29 İyun 2014 13:39
Salam hekim menim cinsi zeyfliyimde vardi hormonlardada pozqunluq var mualice edirem gelib bu son vaxt spermada damar formali qana rast gelinib bilmek olar o neyle elaqelidi. Zehmet deyilse cavablandirasiniz.
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:04
Salam  Vusal. Spermada qanın olması, sidik-cinsiyyət sitemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 29 İyun 2014 13:03
salam hekim men 2 ildi evliyem 1 aydi mende nese cinsi zeyiflik olur olmaq isdeyirem tez olur bunun sebebi ne ola biler
Dr.Orxan Agabəyov | 30 İyun 2014 10:29
Salam Samir. Bu tip problemləri səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramin | 29 İyun 2014 06:31
salam prostat siresinde leykositlerin cox olmasi neyin elametidir?????? zereri varmi????????
Dr.Orxan Agabəyov | 30 İyun 2014 10:33
Salam Ramin. Bu prostat vəzidə olna iltihabi prosesin(prostatitin) əlamətidir. Müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim | 28 İyun 2014 22:29
Salam hekim 3 dereceli varikoselden subhelenirem birinci spermoqramma verilmelidir yoxsa doppler muayine?,2Birde hekim xayadaki kicik sislikler varikosel ya hansisa vez oldugunu ozum aydonlasdira bilerem? 3 Varikosel de mutleq emelliyat olunmaliyam basqa yol varsa
Dr.Orxan Agabəyov | 30 İyun 2014 10:36
Salam Anonim. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
elcin 555 | 28 İyun 2014 21:46
Salam hekim 1 ci derecekli varikoseli olan insana bowalmaq ziyandi?? Ve bowalmaq trenejorla mewgul olan adama ne kimi zereri var?
Dr.Orxan Agabəyov | 30 İyun 2014 10:37
Salam Elcin 555. Masturbasiyanın varikosel xəstəliyinə heç bir aidiyyatı yoxdur.  Masturbasiyanın əzələ kütləsinə birbaşa mənfi təsiri yoxdur, sadəcə məşqdən 3-5 saat əvvəl və sonra masturbasiya və ümumiyyətlə boşalma(cinsi əlaqə) məsləhət görülmür. Masturbasiya etməmək üçün ən yaxşı variant - müntəzəm cinsi həyat yaşamaqdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.