ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Emin | 5 İyul 2014 06:29
Salam mende tez boşalmaq problemi var. Bunun neyese ziyani var? Bu tez boşalmanin nece qarşisini almaq olar? Xahiş etrafli melumat yazasiz.
Dr.Orxan Agabəyov | 7 İyul 2014 06:30
Salam Emin. Əgər cinsi əlaqə zamanı boşalma erkən olarsa, cinsi partnyorda orqazm olmur, yəni cinsi əlaqədən məmnunluq olmur və nəticədə partnyor narazı qalır və buda münasibətlərdə bir sıra problemlər yarada bilər.  Erkən boşalma probleminin səbəblərini müəyyənləşdirib - düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
farida | 5 İyul 2014 06:08
Salam hekim. Menim yoldasim hekime getmisdi. Ona dediler ki her sey normaldi. Sadece spermanin yapisqanligi coxdu. Bu ne demekdir?
Dr.Orxan Agabəyov | 7 İyul 2014 06:33
Salam Farida. Əgər spermada yapışqanlıq çoxdursa, spermotozoidlərin hərəkətliliyi azala bilər. Bu problemin səbəbi isə müxtəlif ola bilər, ən real səbəb - prostat vəzidə iltihabi prosesin olmasıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar Vəliyev | 4 İyul 2014 23:46
Salam həkim. Mənim Sizə sualım belədir. Mən gecə bir dəfədən artıq ola bilmirəm? Təzəlikcə yaranıb bu məndə əvvəllər bel hal məndə olmurdu. Nə problem ola bilər bunun səbəbini oyrənmək istərdim.
Dr.Orxan Agabəyov | 7 İyul 2014 06:32
Salam Anar. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aygun | 1 İyul 2014 19:25
salam hekim menim sualim yoldasimla baglidi yoldasimda prostatit var o menim hamile qalmamagima sebeb ola biler birde prostatit malicesi varmi? sizin qebulunuza dusmek isterdiy prostatitcun xais sualima cvb verin !! tsk
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:43
Salam Aygun. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Əgər kişidə prostatit(prostat vəzinin iltihabı) varsa, nəticədə spermanın keyfiyyəti zəifləyə bilər. Birinci növbədə prostati müalicə olunmalıdır, sonra isə spermanın göstəricilərinin yüksəlməsi üçün, stimulyasiya kursu təyin ediləcək.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramin | 1 İyul 2014 16:52
hekim salam. Mende ayda bir-iki defe penisin asagi hissesinde cox kicik ( yaniq yarasini xatirladan )xoraciqlar olur icinde sanki maye olur ve qashinir cox gec sagalir bu nedir ve sebebi ,mualicesi necedir evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:34
Salam Ramin. Bu əlamət çox güman ki, cinsi yolla ötürülən infeksiya olan - herpes virusunun əlamətidir. Dəqiqləşdirib, mütləq müalicə kursu keçin, bu təhlükəli virusdu. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elvin | 1 İyul 2014 14:26
salam. menim 32 yasim var subayam son 3 ilde dest dercede tez bosalma olur hekime getdim dedim mualce yazdi ancaq xeyrinu gore bilmedim prastatimdada sisi var
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:34
Salam Elvin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 1 İyul 2014 06:59
Salam doktor. Hiss edirdimki nese soyuqlamam var gedib her seyden analiz verdim. analizlerin cavabi beledir: "Prostat siresinin mikroskopiyasi - trichomonas vaginalis - askar olunmadi, Qonokok - yox, Diplokok - cox miqdarda, leykosit - 25-30 q/s, epitel -2-3 q/s, gobelek yox.....Yaxmanin mikroskopiyasi - tichomonos vagin - askar olundu, qonokok - yox, qardnerella - yox, diplokok -cox miqdarda, leykosit - 35-40 q/s, epitel-8-10 q/s, gobelek - yox... Bunlarin ne demek oldugunu zehmet olmasa deyerdiz.
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:42
Salam Anar. Siz iki müayinədən keçmisiz, yəni sidik kanalın vəziyyətini və prostat şirəsini müayinə etdirmisiz. Bu müayinələrin nəticəsinə görə demək olar ki, Sİzdə sidik-cinsiyyət sistemində güclü iltihabi proses var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vuqar1 | 1 İyul 2014 06:58
salam...hekim mende sol xaya saq xayadan boyukdur..ustelik sol xaya biraz sallanib ve elle toxunduqda icinde damarlarin olduqunu hiss edirem...evveller sperma ifrazi normal idi...hem hecm cehetden hem de qati idi...indi ise hecm azalib biraz da spermayla bir su kimi maye de ifraz olunur...bilmek isterdim buna sebeb nedir? Hansisa xesteliyin elametidirmi ? Evvelceden teshekkurumu bildirirem...
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:33
Salam Vuqar1. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rauf | 30 İyun 2014 13:14
Salam hekim. Sualim beledir, 1ci defe cinsi akt zamani problem olmur, lakin yorulma mushahide olunur ve istediyime nail ola bilmirem. Yani gutarma olur lakin istediyim kimi yox. 1 ay bunan evvel bu bele deyildi. yani 30 deq sora men 2 ci defe elagede ola bildiyim halda bu defa 2ci defeden sohbet elemey mumkun deyil. Buna sebeb ne ola biler?
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:32
Salam Rauf. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
BESTI | 30 İyun 2014 11:06
Salam hekim. Mende herpes simpleks 1 IgG ve herpes simpleks 1 lgM askarlanib. Deri hekimine muraciet etdim xeyrin gormedim. Yoldasim da bu mualiceni goturmelidir?Bu xesteleyimi hansi hekim mualice ede biler?
Dr.Orxan Agabəyov | 2 İyul 2014 06:28
Salam Besti. Herpes virusunun tam müalicəsi mövcud deyil, müalicə kursları düzgün aparılarsa, təkrar səpgilərin çıxması(residivlər) daha az olur. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.