ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Esma | 9 İyul 2014 11:00
Salam aleykum,hekim.Xahis edirem,menim sulima cavab veresiz.Mende usaqliq boyunda ziyil var.HPV genotipden analiz vermisem 1 ilde 2 defe neqativ cixib.Amma bilirrem ki,bu yox demek deyil,var amma hele tehlukeli deyil.Bilmek isteyirem yoldasima kecib,kecmediyini nece mueyyenlesdirek?Bunun mualicesi varmi?Nece mualice olunur?Nece xilas olmaq olar?Bilirem ki,xercenge kecir. Cox qorxuram.Xahis edirem mene yol gosterin.Evvelceden tesekkurler.......
Dr.Orxan Agabəyov | 13 İyul 2014 11:44
Salam Esma. Birinci növbədə panikaya düşmək lazım deyil, papilloma - xərcəng deyil, sadəcə belə ehtimal var. İlk növbədə tip dəqiqləşməlidir, yoldaşınız da müayinə olunmalıdır. Sonradan müalicə kursu təyin ediləcək - tam müalicə olmasa da, residivlərin(təkrar yaranmaların) azalmasına nail olmaq olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
aaaa | 9 İyul 2014 10:46
salam dr.men bu gostericilerle ovlad sahibi ola bilerem?..eyakulyatin miqdari 4.5iyi spesifik rengi bozumtul ag..ph7.7..ozluluk 0.4 durulasma muddeti 45deq..1ml sperm sayi 22mln..eyakulyatda sperm sayi 99..a)aktiv ,duzxetli ireli 28faiz...B)zeif duz ve qeyri duz xetli 12 faiz..C)yeinde aktiv ve ya reqsli hereketli..d)hereketsiz 55 faiz onceden tesekkurler
Dr.Orxan Agabəyov | 13 İyul 2014 11:44
Salam Aaaa. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozoidlərin faizi normadan aşağıdır, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Arif | 9 İyul 2014 05:17
hekim salam. menim problemim biraz ferqlidi. men 17 yasimda varukasel emeliyyati kecirtmisem. hardasa 3 ildi mende agrilar ozude hemin agrilar cinsi elaqe isteyib ama olmayanda daha cox olur ve ya cinsi elaqenin arasi 1 hefte kecende agrilar olur bosalanda sakitlesme baslayir. agrilar esasen xayaliqlarda olur ve cooox siddetli agri olur. muayine olundu UZI cavabio varukasel oldu ama hekimin elle temasi zamani varukasel cixmadi. ne ola biler
Dr.Orxan Agabəyov | 13 İyul 2014 11:46
Salam Arif. Əgər doppler müayinəsində varikosel aşkarlanırsa və xayalarda ağrılar olursa - deməli diaqnoz aydındır. Təkrar əməliyyat edib, problemi aradan qaldırmaq lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Soltan | 9 İyul 2014 03:51
Salam doktor. yoldasim hamiledi ailede irsi xestelik var, qorxuruq usagda da olar. hamile dovrunde onun qarsisini nece almaq olar? ve nece olur? xahis edirem etrafli yazardiz.
Dr.Orxan Agabəyov | 13 İyul 2014 11:46
Salam Soltan. Genetikin əyani qəbuluna müraciət edin. Uğurlar.
Vüsal | 8 İyul 2014 20:03
Salam həkim.Bağışlayın,mende sperma çox durudu.Boşaldıqdan sonra qalmır,axır geri.30 yaşım var.Mümkünsə bir məsləhət verərdiz.Həmdə tez boşalıram birincide.
Dr.Orxan Agabəyov | 13 İyul 2014 11:46
Salam Vüsal. Birinci növbədə spermoqramma analizi verin. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elekber | 8 İyul 2014 19:19
Salam hekim! Mende xayalarda agri ve cinsi orqanda goyneme olur. Iki defe yaxma ve sidikden analiz vermiwem, temiz cixib. Bu neyin elameti ola biler? Evvelceden tewekkurler!
Dr.Orxan Agabəyov | 13 İyul 2014 11:45
Salam Elekber. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. O ki qaldı, göynəmələrə - ola bilər diaqnostika tam və ya düzgün aparılmayıb. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gulay | 8 İyul 2014 10:55
Salam Dr.2ildi evliyik.mende hazirda hamile qalmaq ucun problem yoxdur.Yoldasim defelerle analiz verib enfeksiya yoxdur.immun sistemi guclu.amma sperma neticeleri 10-proqressiv duz celd hereketli.12-yavas duz qeyri duz proqressiv.13-proqress hereket yox yaxud yerinde hereket.65-hereketsiz.Usm-sol xaya salximvari kelef venalari 2.2-2.9 mm diametrinde olub valsalv sinagi zamani 5-7san davam eden pataloji retroqrad axin 2ci derece varikosele qeyd olunur.sinaqdan sonra guclenmis anteqrad axin musahide olunur. Amma hekime gostermedik.siz zehmet olmasa mene aydin sekilde burda ne oldugunu izah ede bilersiniz?? Dr bu gostericilerle ovlad olma ehtimali varmi? Xais edirem bize komek edin.bize yol gosterin.2ildi getmediyimiz hekim qalmayb.amma bize konkret diaqnoz deyen olmayib.dermanlar falan qebul edir yoldasim ama netice bele oldu..Hekim ovladimiz ola bilermi bu gostericilerle??
Dr.Orxan Agabəyov | 13 İyul 2014 11:45
Salam Gulay. Bu situasiyada düzgün müalicə stratgiyası seçmək çətin deyil, varikosele var, eyni zamandə spermanın göstəriciləri normadan aşağıdır - əvvəl varikoseleni aradan qaldırmaq üçün əməliyyat aparılmalıdır, sonra stimulyasiya kursu təyin ediləcək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
xeyal | 7 İyul 2014 17:53
salam mende promlemvar nese 1 defeden artig olanmerem hemde tez bosalam xayis edirem yazasuz
Dr.Orxan Agabəyov | 8 İyul 2014 14:18
Salam Xeyal. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rena | 7 İyul 2014 16:40
salam doktor! menimm oqlumun 18 yasi var men onun alt paltarlarini yuyarken yeqin ki bu yasda onlarda bosalma tez tez olur ve men bosalmanin bi az renginin bulaniq yeni sarimtil yasilimtil yengde olduqunu gordumo nunla utanirm danishmaqa amma onun aqrilarin olub olmamasi barede sorushmusam hc bir problemin olmammasini deyib/ bu barede mumkunse bir melumat vermeyinizi xahish edirem
Dr.Orxan Agabəyov | 8 İyul 2014 14:18
Salam Rena. Cinsi yetişkənlik dövründə, pollusiyaların(qeyri-ixtiyari boşalmaların) olması normal haldır və səbəb -müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Əgər boşalmalar ifrat dərəcədə olmursa, bu problem sayılmır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ELNUR | 7 İyul 2014 16:30
Hekim salam..mende 2 aydir ki penisde sertlesme problemi var sertlesir tez bir muddetde sertliyini itirir..yenilikce yasiyiram bu problemi.cinsi elaqede olmaq isteyim yuksekdi tez bosalma problemim yoxdu.25 yasim var.sizce bunun sebebleri ne ola biler??
Dr.Orxan Agabəyov | 8 İyul 2014 14:17
Salam Elnur.  Ereksiya problemlərinin səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.