elnur | 23 İyul 2014 08:27
Salam..hekim men 9 aydi evliyem. Erken boshaliram ve 2 cini cox vaxt ola bilmirem..xahish edirem mene komek edin
Dr.Orxan Agabəyov | 24 İyul 2014 05:59
Salam Elnur. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
vusal | 23 İyul 2014 06:41
salam hekim.menim size sualim beledirki men demek olarki hergun cinsi elaqede oluram ve bedenimde bunu teleb edir.bu sonralar mende cinsi zeiflik yarada biler/ve ya aile quranda usaq olmasina problem yaradar?
Dr.Orxan Agabəyov | 24 İyul 2014 05:59
Salam Vusal. Əgər özünüzü cinsi əlaqədə olmağa məcbur etmirsizsə, heç bir problem yaranmaz, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vuqar | 23 İyul 2014 06:19
Hekim mende problem son 10gunde tam ereksiyanin olmamasidir.son geceleri kondisioner altinda yatiram.bunun sebebi soyuqdeyme ola bilermi?bir deki yoxlanmaq ucun texmini negeder pul teleb olunur?evvelceden teshekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 24 İyul 2014 05:59
Salam Vuqar. Xeyr, soyuqdəymə belə tez bir zamanda, cinsi zəiflik yaratmır. Fərqli, psixoloij və orqanik səbəblər ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elton | 22 İyul 2014 22:10
Salam Hekim mende cinsiyyet orqanının üsdünde sızaq kımi nökde nökde sepki var . O neyin elametidir ?
Önceden minnettaram .
Dr.Orxan Agabəyov | 24 İyul 2014 05:56
Salam Elton. Ola bilər herpes virusu olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar Veliyev | 22 İyul 2014 12:11
Salam həkim. Mənim Sizə sualım belədir. Mən oruc tururam və oruc tutandan bəri özümdə cinsi zəiflik müşahidə elədim. Həkimə gedərək spermadan analiz verdim. Hamısında nəticə normaldır. Bir bölmənin yəni məni qane etməyən hissəni Sizə təqdim edirəm.
Düz hərəkətli >25% nəticə 16%
Yavaş hərəkətli >25% nəticə 22%
Yerində hərəkətli
Dr.Orxan Agabəyov | 24 İyul 2014 05:56
Salam Anar. Cinsi zəifliyin diaqnostikası üçün, spermoqramma analizinə ehtiyac yoxdu, bu problemdə tamamilə fərqli diaqnostika aparılır. Cinsi zəiflik probleminin səbəblərini dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sedish | 22 İyul 2014 11:22
Salam hekim,yoldasimin spermoqramma neticelerinin yoxlamanizi xahis edirem,spermatozoidlerin 1 ml-de miqdari 68 mln, eyakulyatda sperm sayi 333.2, ireli hereketliler 34 %, reqsi hereketliler 31 %,hereketsiz 35 %,hereketli spermatozoidlerin sayi 65 %,canli spermatozoidler 80 %.Bir problem varmi? Evvelceden teweekur
Dr.Orxan Agabəyov | 24 İyul 2014 05:55
Salam Sedish. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Eli | 22 İyul 2014 09:23
Salam men doppler muayinedem kecdim sol xayada 2 dereceli varikosel askarlandi d=3,8 mm retroqrad axin var .Xayanin temperaturu cox olur , su deyenden sonra cox artir bunub sebebi nedir?
Dr.Orxan Agabəyov | 24 İyul 2014 05:55
Salam Eli. Varikosele xəstəliyində xayaların temperaturu artır, bu xayalarda qan təhcizatın dəyişməsi ilə əlaqədardı. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
orxan | 22 İyul 2014 06:32
salam hekim sizden xayiw edirem sualimi cvblandirin..hekim mende cinsi zeyiflik baw verir 18 yawim var sizde meni.bagiwlayi.bowalanda sperma az gelir ama evel cox gelirdi. 2 hefte olar ki 2 defe olmuwam sperma az gelir hekim bu.nedendir xayiw yazin sualima cavab
Dr.Orxan Agabəyov | 24 İyul 2014 06:18
Salam Orxan. Əgər bu problem bir dəfə olubsa, bu zəiflik sayılmır, əgər təkrarlanarsa - səbələri dəqiqləşdirmək üçün diaqnostikaya ehtiyac olacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ilgar | 22 İyul 2014 04:36
Salam.Mənə 2 3 ay bundan qabaq prostatın böyüməsi diaqnozu qoyulmuşdu.Müalicə aldım.Ancaq o vaxtdan indiye kimi penisimdə problemlər yaranıb.Sidiyə tez tez çıxmaq,göynəmə,sidik qaçırma çox az miqdarda,sidyə cixandan sonra şirəyə bənzər ifrazat o da az miqdarda,bir də cinsi əlaqədən sonra yaranır o hal.Butun bu problemlər nəyin nəticəsi ola bilər ?Bunlar əgər keçici yox ciddi bir xəstəliyin əlamətləridisə mən sizinlə əlaqə saxlayım.Çox xahiş edirəm mümkün olduğu qədər tez cavablandırasınız.Öncədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 24 İyul 2014 06:18
Salam İlqar. Ola bilər ki, cinsi infeksiyalar yoxlanılmayıb və hal-hazırda olan əlamətlər - cinsi yolla keçən infeksiyanın əlamətidir. Cinsi infeksiyaların olub-olmamasını dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tahir | 19 İyul 2014 21:11
Salam hekim,men cinsi elaqede olmuwam qoruyucu ile..yeni sulaim qoruyucu ile her hansi bir xestelik yoluxa biler??
Dr.Orxan Agabəyov | 20 İyul 2014 14:05
Salam Tahir. Əksəriyyət hallarda prezervativ cinsi infeksiyalarla yoluxmadan müdafiyə edir. Amma bir sıra virusların , prezervativ istifadə olunsa belə, yoluxması mümkündü. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.