ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
kamil | 30 İyul 2014 10:09
Salam hekim,men 2aydi aile qurmuwam,amma hele de yoldasimla er arvad olmamiwiq,sebebi yoldasimin qorxusudu,ve bu qorxu onda hevesin itmesine de sebeb olur,bize hansi hevedlendirici rahatlawdirici dermani meslehrt gorerdiniz?
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:11
Salam Kamil. Bu tip problemlər hansısa bir preparat vasitəsi ilə həll olunmur, yalnız androloq deyil, həmdə ginekoloqun və psixoloqun da iştirakı ilə ümumi müalicə strategiyası seçilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
adil | 30 İyul 2014 08:54
Salam. Spermoqramma belədir. normaldırmı?şatışmamazlıq nədədir? Həcmi-1.5, ğımtıl -boz,30 dəqiqə,PH- 7.5, A-30%, B-25%,C-15%, D-30%,pataloji -20%,spermoaqriqasiya , spermaqlütinasiya ,leykosit-3-5,eritrosit 1-2. Əvvəlcədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:10
Salam Adil. Spermoqrammanın əsas göstəricilərindən olan aktiv hərəkətli spermotozoidlərin faizi normaya uyğun deyil, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nihad | 29 İyul 2014 08:54
Salam hekim men 20 il olar mastubiyasiya ile mewqul olmuram. buna sebe denizde iwlemeyimdir , cinsi eleqa zamani tez bowaliram ,yenden olaq uchun chox vaxt gozlemeli oluram .bu verdiwin cinsi eleqaya girmeye ne derecede ziyani var?qabaqcadan tewekur edirem cavaba gore
Dr.Orxan Agabəyov | 30 İyul 2014 05:59
Salam Nihad. Masturbasiyanın, yazdığınız problemlərə birbaşa aidiyyatı yoxdur. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
xanim | 28 İyul 2014 14:00
salam hekim yoldawim analiz verib size yaziram baxin gorun normaldi?miqdari 2, 0 rengi bozumtul ag.bulaniqligi bulaniq.durulawma vaxti 45.qatiligi 2,0 sm.PH 7,8.konsentrasiya 163mln.irelihereketliler 73.normal spermt 48.MSC 118.FSC 89,6.SMI 399.butun spermatozoidler 326,0.hereket eden spermat 237,8.aktiv spermat 179,2..duz hereketli 40.yavaw hereketli 33.yararli spermat 73.yerinde hereketli 10.hereketsiz 17.yararsiz spermat 27.lesitin denecikleri orta.leykositler 0,3..xaiw edirem cvb yazin
Dr.Orxan Agabəyov | 30 İyul 2014 06:09
Salam Xanim. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rasim | 28 İyul 2014 12:13
salam hekim 18 yawim var idmanla mesqulam 1 ildiki idman qidalari qebul edirem deyillerki idman qidalari cinsi zeyiflik yaradir ama heleki bunu hiss elememiwem vaxt kecdikce azala biler yoxsa ziyani yoxdu?
Dr.Orxan Agabəyov | 30 İyul 2014 06:03
Salam Rasim. İdmanda 2 tip vasitələr istifadə olunur  - idman qidaları(protein, amino, qeyner və s.) və steroidlər.  Steroidlər ziyanlıdı, amma idman qidaları yalnız xeyir verir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.  
Zakir | 28 İyul 2014 12:11
Salam hekim,menim 22 yawim var,indiyene kimi hec bir problemim olmuyub,ama son 2 gundu sol xayamda,ve sol ayaqimin xayama bitiwen yerinde aqrilar ve istilewme var.,oda daimi deil .gah olur gahdaki yox,varikosel barede yazilanlari oxumusham,mende hec bir damar gorsenmir nede hiss olunmur,cox xaiw komey edin,bu aqrilarin sebebi ne ola biler? nece ve harda muayine edim?
Dr.Orxan Agabəyov | 30 İyul 2014 06:03
Salam Zakir. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir.  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Tofiq | 28 İyul 2014 07:13
Salam Hekim. Mende spermaqramma analizinden(yalniz 1 defe) sonra faizin 40 % olduqu aydinlashdi. Mende shubhe yarandi xayalari da UZ eletdirdim. Icerisinde maye ashkarlandi ve 1-ci derecelei damar genishlenmesi ve bezi xirda kistalar var. Mene deyildi ki birinci mayenin olmasi soyuqdeyeme ile elaqelidir ve birinci bu aradan qaldirilmalidir, buna gore bezi iyne ve dermanlar teyin olundu. Bu maualice qurtarib.Siz ne meslehet gorerdiz bunun esas sebebei damar genishlenmesi ola bilermi.Eger eledirse men onu emeliyyat eletdirim . Mene hekim dedi ki 1-ci dereceli genishlenme ucun emeliyyata ehtiyac yoxdu. Cox saq olun.
Dr.Orxan Agabəyov | 30 İyul 2014 06:09
Salam Tofiq. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
samir | 27 İyul 2014 12:26
Salam hekim.mende cinsi orqanin altinda bir iki dene xirda et xali kimi var. O nedi ? Prablem yaradan bir seydi?
Dr.Orxan Agabəyov | 30 İyul 2014 06:12
Salam Samir. Bu cinsi yolla ötürülən infeksiyalara aid edilən, papillomavirus-un əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zaur | 27 İyul 2014 10:05
Salam Hekim men cinsi elaqede olan zaman sol xayam iceri girir,amma bu problem mene agri vermir bosaldiqdan sonra yerine dusur,Problem ne ola biler ne etmeliyem bununla bagli...evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 30 İyul 2014 06:12
Salam Zaur. Bu problem birtərəfli kriptorxizm xəstəliyinin əlaməti ola bilər. Xaya problemlərini dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
memmedov efqan | 23 İyul 2014 14:35
SALAM oglum 5 yasindadir ancaq hemise xayasi xayaliqda olmur baxanda herden gorunur 3 defe hekimlere gostermisik deyirler narahat olmayin problem yoxdur amma men narahatamki niye beledir gelecekde ziyanligi ola bilermi ne etmek lazimdir duzelsin xaiş edirem cavab vereseniz tesekkurler
Dr.Orxan Agabəyov | 24 İyul 2014 05:59
Salam Efqan. Bu problem kriptorxizm adlanır və çox vaxt əməliyyat yolu ilə həll olunur. Müasir standartlara görə bu əməliyyat 2 yaşa kimi aparılır. Savadlı uşaq uroloquna müraciət edin. Uğurlar.