Abdurahman | 1 Avqust 2014 14:12
Salam həkim. Mənim cinsiyyət orqanım əyridir. Təxminən banan kimi. Uzunluğu15-16smdır. Təbii üsullarla müalicəsi varsa deyində vəya dərmanla kömək olarmı. İndidən təşəkkürlər. Xaiş edirəm tez cavablandırardınız.
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:58
Salam Abdurahman. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Zaur | 1 Avqust 2014 13:46
Salam hekim. Menim 22 yasim var, bosaldiqdan sonra cinsi orqanin ashagi hissesinde biraz goyneme olur, sanki nese qalib orda. Bu hal son 1 heftede yaranib mende. Bu ne ile elaqedardir? Onceden teshekkurler
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:58
Salam Zaur. Bu cinsi yolla ötürülən infeksiyanın əlaməti və ya sidik-cinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Isa | 1 Avqust 2014 12:01
Salam hekim...hekim mende her sertlesme olduqda cinsiyyet orqanimin icinde sperma yaranir ve bir muddet sonra azda olsa cole cixir...19 yasim var...bunun sebebi nedir?ve demek olarki her gun mastrubasiya edirem...bu gelecekde menim ucun bir problem ola biler??indiden size cox tesekkur edirem
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:58
Salam İsa. 1. Bu sperma deyil, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. 2. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Bekir | 1 Avqust 2014 08:30
Salam hekim.mende 1 hefdediki sidik ifrazi zamini yangi hiss olunur..ve maye gelir neden ola biler..ciddi bir weydi????
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:57
Salam Bekir. Bu cinsi yolla ötürülən infeksiyanın əlaməti və ya sidik-cinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Esger | 31 İyul 2014 13:54
Salam hekim mende bezen sidiye cixandan sonra ve boyuk tuvalete cixanda nazik su kimi axinti olur cinsi elaqede olmamisam bu prostat vezi ile bagli ola biler ?
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:52
Salam Esger. Bəli, bu durğunluq (konqestiv) prostatit xəstəliyinin əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aynure | 31 İyul 2014 06:43
Salam hekim.Biz 3aya yaxindir ki aile qurmusuq.Menim dehset qorxum oldugundan yoldasimi yaxina buraxmiram.Meni incideceyinden cox qorxuram.Hele de bakireyem ve usaq isteyirem.Amma hec cur ola bilmirem.yoldasimda da soyuqluq musahide olunur.Psixoloji olaraq cox ezilir.Mumkunse meslehet verin
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:52
Salam Aynure. Bu tip problemlər yalnız androloq deyil, həmdə ginekoloqun və psixoloqun da iştirakı ilə ümumi müalicə strategiyası seçilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Arif | 30 İyul 2014 15:55
Salam Hekim.Manim 20 yasim var indiye qeder cinsi elaqede olmamisam amma masturbasiya etmisem.Bu yasimnan sonra evlenene qeder hem cinsi elaqe hem de masturbasiya etmesem onun ziyani ola biler?
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:14
Salam Arif. Əgər belə etsəniz, cinsiyyət sistemində hətta müalicə ilə aradan qalxmayan problemlər yarana bilər. Kişi mütləq cinsi həyat yaşamalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elməddin | 30 İyul 2014 15:18
Salam Həkim. məndə 2 il qabaq Ureaplasma Urealyticum infeksiyası çıxmışdı müalicə olunmuşdum sonuncu analizimdə çıxmamışdı. Lakin 24.07 2014 tarixində yenədə analiz verdim yenədə həmin infeksiya çıxdı bunun səbəbi nədi? nədən əmələ gəlir bu infeksiya?
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:14
Salam Elməddin. Bu situasiyada ən real olan versiya - müayinələrin düzgün metodla yoxlanılmamasıdır. Düzgün metodla yoxlayıb, Ureapalazmanın olub-olmamasının dəqiqləşdirmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Asim | 30 İyul 2014 13:50
salam həkim ümumi sperma sayı 78.3 mLn. aktiv -18%, zəif-24%, yerində hərəkətli-16%, hərəkətsiz-42%, leykosit-4-8 gs, epitel 0-1 gs, 1ml-də sperma-17.4 mLn
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:14
Salam Asim. Spermoqrammanın əsas göstəricilərindən olan aktiv hərəkətli spermotozoidlərin faizi normaya uyğun deyil, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vasif | 30 İyul 2014 11:43
salam hekim 19 yasim var,cinsi elaqe zamani yalniz 1 defe elaqede ola bilirem,2 ci defe olmagim alinmir,bunun sebebi ne ola biler?EVvelceden tesekurler
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:14
Salam Vasif. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.