ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Elməddin | 20 Avqust 2014 19:16
Salam. həkim mən 6 ildir evlənmişəm evlənəndən sonra hec bir kənar şəxslə cinsi əlaqədə olmamışam ancaq mənə Ureaplasma urealyticum infeksiyası düşüb bu mümkündürmü? düşübsə necə ola bilər xahiş edirəm aydınıq gətirəsiniz
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 08:04
Salam Elməddin. Bu situasiyada ureaplazma ilə yoluxma üçün 2 variant ola bilər: 1. Evlilikdən öncə bu infeksiya Sizdə olub, sadəcə əlamətlər olmadığı üçün hiss etməmisiniz. 2. Bir çox qadınlarda, uşaqlıq yolunda ureaplazma olur(uşaqlıq yolunun normal florasına aid edilir), ola bilər yoldaşınızda bu hal olub(doğuş zamanı keçir). Hər 2 halda narahatlığa səbəb yoxdu, ureaplazma böyük problemlər yaratmır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emil | 20 Avqust 2014 06:37
salam hekim...xaiw edirem sualima tezlikle cavab veresiz...men cinsi elaqe zamani herden xayalarim yuxari teref qalxir herden biri herdende ikiside bilmirem nedendir ama meni cox narahat edir ele bil yerinden oynayir , ellerimle asagi edirem dusur yerine birde ama cox narahat edir meni, xais edirem sualima cavab veresiz....indiden cox cox tesekkur edirem hekim
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 08:27
Salam Emil. Problemin olub-olmamasını dəqiqləşdirmək üçün - xayaların doppler müayinəsindən keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Murad | 15 Avqust 2014 21:47
Salam. Menim cinsiyet orqanmin etrafinda 5-6 dene artiq et cixib,1 defe qasiyib qopartmaq istedim qanadi qorxdum hecne etmedim.bilmek isterdim buna sebeb ne ola biler ve bunu aradan qaldirmaq ucun ne ede bilerem.? Evvelceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 16 Avqust 2014 06:47
Salam Murad. Çox güman ki, bu cinsi yolla keçən infeksiyalara aid edilən - papillomavirusun əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elsad | 15 Avqust 2014 12:04
salam hekim mende bele bir wey olur cisi elaqeye girdikde tez bowaliram bu gedigce lap tezlewir bu barede melumat vererdiz zehmet olmasa
Dr.Orxan Agabəyov | 16 Avqust 2014 06:47
Salam Elsad. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Gulsenem | 15 Avqust 2014 08:30
Salam, Həkim. Mənim problemim qurtara bilməmək və ehtirasın ölməsidir. Özümdən asılı olmayaraq heç cür raslabitsa edə bilmirəm. Bunun fiziki ya psixoloji səbəbdən olub-olmamasını öyrənmək istəyirdim. Bu nədən ola bilər? Kimə müraciət etməliyəm müalicə üçün.
Dr.Orxan Agabəyov | 16 Avqust 2014 06:46
Salam Gulsenem. Ginekoloqun əyani qəbululuna müraciət etməniz daha düzgün olar. Uğurlar.
anar | 15 Avqust 2014 05:55
Salam, çox arıqam. Analizlər vermişəm ancaq heçbir problemim yoxdur. sadece biraz esebiyem. (heddinden çox da demək olar). İdmanla məşğul olmaq istəyirəm. Ancaq çox arıq olduğum üçün geyner istifadə etmək istəyirəm. SArı qutuda JUMBO adı geyneri tövsiyyə etdilər. Bilmək istəyirəm bunun ziyanı var mı? Yeni evlenmişəm bir zərəri olacağından qorxuram. Yəni sonsuzluq kimi. Təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 16 Avqust 2014 06:23
Salam Anar. İdman qidalarının(protein, qeyner, amino və s.) nə cinsiyyət sisteminə nə də orqanizmə heç bir ziyanı yoxdur, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnur | 14 Avqust 2014 20:48
salam hekim men sizin qebulunuzda olmaq isterdim necenci gunler is gunudu bilmek olar ve saat necede?
Dr.Orxan Agabəyov | 16 Avqust 2014 06:23
Salam Elnur.  Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Leyla | 14 Avqust 2014 08:43
Salam hekim.4 ildir aileliyem,2 normal dogusum olub.son 1 ilde yoldasimda mene qarsi soyuqluq var,bunu isde cox yorulmasi ile elaqelendirir.yeni eger men yaxinliq gosdermesem intim yaxinliq heftede1 defe, 2,3 heftede veya ayda 1 defe zad olar.eslinde cinsi zeifliyi de yoxdur.her yatanda gece seheredek 1,2 defe ereksiya vezyetini alir.size bu ne derecede normaldir yorgunluqla elaqelendirmeyi? ve bu ne ile bagli ola biler?cox sagolun
Dr.Orxan Agabəyov | 16 Avqust 2014 06:23
Salam Leyla. Cinsi istəksizliyin səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vuqar | 1 Avqust 2014 17:39
Hekim salam. Men oz spermami sarimtil deyil qehveyiye calan regde gordum. Bunun sebebi ve fesadi ne ola biler.
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:59
Salam Vuqar. Spermanın rənginin dəyişməsi, cinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər. Əgər iltihabi proses varsa və müalicə olunmursa, nəticədə cinsi problemlər və ən əsası spermanın keyfiyyət və kəmiyyət göstəricilərinin zəifləməsi yarana bilər. Spermanın göstəricilərini yoxlamaq üçün - spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramin | 1 Avqust 2014 15:04
salam hekim prostatin mualicesi ucun ne qeder vaxt lazimdir????????
Dr.Orxan Agabəyov | 2 Avqust 2014 06:58
Salam Ramin. Xroniki prostatit elə xəstəlikdir ki, müalicədən müəyyən müddət keçəndən sonra, təkrar kəskinləşə bilər. Ona görə də xroniki prostatitin müalicəsində, ildə 2 dəfə(yazda və payızda) profilaktik kurslar tətbiq olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.