ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Mehdi | 21 Avqust 2014 20:59
Salam hekim men de cinsi elaqe zamani ereksiya problemi var.Ilk 10 deqiqe her sey normal olur sonra penisim olur ve ereksiya olmur spermada gelmir.sebebi nedir?
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 08:29
Salam Mehdi. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim212 | 21 Avqust 2014 19:03
Salam hekim. Bagisdiyin narahat eliyirem. Hekim xayalarin olcusu sonradan kicile bilermi? Ve kicilden aebebler hansilardir? Ozum ele hiss eliyiremki sag xayamda kicilme var bunu nece oyrene bilerem olub olmadigin kicilme var ya yox?
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 08:29
Salam Anonim212. Bəli, xayalar kiçilə bilər, ən əsas səbəblər - hormonal pozuntu və varikoseledir. Kiçilmənin olub-olmamasını dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramin | 21 Avqust 2014 18:15
Salam hekim mende 1ci dereceli varikasel var bunu mutleq emeliyyat etmek lazimdir?bu gelecekde ne kimi menfi tesir gostere biler?mende bir de tez boshalma ve ereksiya zeifliyi problemi var,analizleri vermishem amma her shey normal gosterir.
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 08:29
Salam Ramin. Birinci dəərəcəli varikosele xəstəliyində əməliyyat etməyə ehtiyac yoxdur, müəyyən müddətdən bir spermoqramma analizi verilməlidir. Əgər verdiyiniz analizlərdə. patoloqiya aşkar olunmursa - bu psixogen mənşəli problem ola bilər. Hər halda bu problemləri müalicə etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gulsum | 21 Avqust 2014 17:30
Salam hekim men bir ildi ki evliyem hamileliyim hec olmuyub hekime getdiy yoldasim spermaramma analixi verdi ve azoospermiya diaqnozu qoydular.sebebide xroniki epididimetdi birdr 12 dereceli varikoselle sizce usagimiz olar he birde hormonlardanda anliz verib.yoldasimin necü ildiki suzeney imia ama ciddiye almiyib sizce cox gecdi cvb yazin xahis edirem.
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 08:29
Salam Gulsum. Bu diaqnozda uğurlu nəticə almaq çox çətindir. Əgər xayalarda spermotozoid aşkarlanarsa, süni mayalanma proseduru daha məqsədəuyğundur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
HUSEYIN | 21 Avqust 2014 12:51
SALAM hekim xaiw edirem mene melumat veresiz. Menim 27 Yasim var 8 Aydirki evliyem yoldasim hamiledi hekim yoldasimda et xalna benzer coxlu sepkiler emele geldi ve bunu aidi bir sey saydiq ve nehayet mendede basqa formada yeni xirda ama cox six sepkiler emele geldi yoldasim ginikolok mualice etdi indi hal hazirda yaxsiliga doru gedir menim eses bilmek isdediyim bu problemin usagada ziyani varmi usaga kecme risqi varmi birde menim mualicem efekt vermir xais edirem ele bil oz balaniz kimi mene komek edin cox qorxuram.
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 08:06
Salam Huseyin. Bu əlamət cinsi yolla yoluxan infeksiyalara aid edilən - papillomavirusun əlaməti ola bilər. Bu halda doğuş zamanı uşağa yoluxma ola bilər. Əslində bu problemin müalicəsi, hamiləlikdən öncə aparılmalıdır. O ki qaldı, kişi orqanizminə - 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. çalışaram Sizə kömək edim. Uğurlar.
XEYALE | 21 Avqust 2014 12:33
SALAM DOKTOR.YOLDASHIMIN SPERMAQRAMA ANALIZI BELE CIXIB...KONSISTENSIYA 1.4sm.ireli hereketliler 16%.reqsi hereketliler 40%.ph 7.8.eyakulyatda spermatozoidlerin umumi sayi 54mln.hereketsiz 44%.hereketli spermatozoidlerin sayi 56 %.canli spermatozoidler 68 %.spermaqlutinasiya .leykositler rma faizi neqederdi?tesekkurler
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 08:06
Salam Xeyale. Spermoqrammanın əsas göstəricilərindən olan, irəli hərəkətli spermotozoidlərin faizi normadan azdır(16% -di. olmalıdır 32% -dən çox). Bu problemin səbəblərini dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
resad eliyev | 21 Avqust 2014 11:56
salam hekim bilmek isterdim ki, texminen 1 hefte olar ki, xanimla elaqede olmusam son 3 gunde her seher sidiye gedenden sora goyneme hemdeki azda olsa sperm gelir bunun sebebin bilmek olarmi bir zehmet cavablandirardiz
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 08:06
Salam Resad. Bu cinsi yolla keçən infeksiyanın əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aydan | 21 Avqust 2014 10:56
salam hekim.cox xais edirem sualimi cavablandirin nolar.men 3 ildirki evliyem.men de dehset coxtu istek ve ehtiras.ama yolasim men yaxinlasmasam yadina bele dusmez elaqede olmaq.men bu isteyimi oldurecek bir vasite isteyirem.ziyansiz ama faydali bir dreman adi deye bilerdiniz mene...artiq herdefesinde yoldawimin qarwisinda alcalmaqdan bezmiwem.xaiw edirem komek olun.bu isteyimin tamamile yox olmagini isteyirem.xaiw edirem yardimci olun
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 07:16
Salam Aydan. Qadınlarda cinsi istəyi azaldan dərman preparatı mövcud deyil(hər halda orqanizmə ziyan verməyən). Bu halda müalicə qadında cinsi istəyin azalmasına deyil, kişidə cinsi gücün artırılmasına yönəlməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Khali | 21 Avqust 2014 10:12
Salam hekim.Uzr isteyirem ifademe gore.hec bir zaman qiz yanina getmeyen bir adamda gelecekle bagli bir problemi ola bilermi?usaq olmamasi.ereksiya problemi ve s.tesekkur edirem
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 08:05
Salam Khali. Bəli, belə bir ehtimal var, ən çox ehtimal olunan ereksiya problemləridir. TCinsi həyat nə qədər tez başlasa və nə qədər müntəzəm olarsa - bir o qədər yaxşıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramal | 21 Avqust 2014 01:54
salam.menim 28 yasim var men hec bir xanimla cinsi elaqede olmamisam.hefdede 2-3 defe masturbasiya oz ozumu rahatlasdiriram bunun mene ne kkimi ziyani ola biler zehmet olmasa meslehet verin mene.
Dr.Orxan Agabəyov | 22 Avqust 2014 08:05
Salam Ramal. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Məsləhət isə sadədir - tezliklə müntəzəm cinsi həyata başlayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.