ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
senan | 3 Sentyabr 2014 05:37
salam hekim sizden soruwmaq isterdimki cinsi heyatmda eladi ama tek prablem mende evveller sperma qatiydi ama indi rengide aciqlawib ozude durulawib bunun prablemi olmazki sebebi nedi???????????????
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:03
Salam Senan. Spermada problemin olub-olmamasını öyrənmək üçün - spermoqramma analizi verilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
faig | 3 Sentyabr 2014 04:29
salam doktor. mende cinsi elaqeden bir gun sonra sidik kanalinda yungul goynemeler yaranib. bu barede meqalenizi oxudum.bu ancaq iltihabin elametleridi? bir de men umumi muayineden kecmek isterdim bu mumkundu sizin klinikada? eger mumkunduse texmini meblegi deyerdiz. minnetdaram
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:03
Salam Faig. Sidik kanalında göynəmələrin səbəbi, ya cinsi infeksiya ya da iltihabi prosesin əlamətləri ola bilər. Dəqqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Klinikada qiymətlər münasibdi, daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xalid | 2 Sentyabr 2014 18:08
Hekim salam..Men 4 ay bundan evvel varikoselden emeliyat olundum..Sebeb ise spermanin azligi...2 mln...4 ay kecdikden sonra yeniden analiz verdim 6 mln olub...bu artim necedi?yeni normal qaydada artir yoxsa reaksiya cox zeifdir?indiden cox sagolun
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2014 06:24
Salam Xalid. Varikosele əməliyyatından sonra, spermanın göstəriciləri 3-6 sonra bərpa olur. Əgər 6 ay sonra göstəricilər normaya uyğun olmasa, deməli varikoseledən savayı problemlər də var.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Eldar | 2 Sentyabr 2014 04:19
Salam həkim mənde 5 gün olardiki penisim tam durmurdu hemde tez boşalırdım son 2 gün olar ki hersey normallasib bu hansi səbəbdən ola bilər Əsəbden ola biler bərk esebləsmisdim bu halda mənə nə məsləhət görürsüz Çox saqolun
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2014 06:24
Salam Eldar. Əgər vəziyyət düzəlibsə, narahat olmayın. Əgər cinsi problemlər təkrarlanarsa, bu halda səbəbləri dəqiləşdirmək lazım olacaq - səbəblər həm psixoloji həmdə orqanik(prostatit, hormonal pozğunluq). Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vüqar | 1 Sentyabr 2014 16:21
Salam Həkim. Çox üzr istəyirəm. mən bu gün fikir verib gördümki məndə xayanın biri digərindan daha çox sallaq durub və həmdə o birinə nisbətən şişdi. narahat oldum. ilk internetdə axtardım və bu səhifə çıxdı ona görə sizə ünvanladım sualı. Təhlükəli nəsə varmı ?
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2014 06:24
Salam Vüqar. Xayalarda problemlərin olub-olmamasını dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Kamil | 1 Sentyabr 2014 13:54
Salam həkim,mənim 23 yaşım var,subayam məndə tez-tez sol testisdə ayağıma vuran sancılar və aralıq nahiyədən tutan güclü sancılar olur,doppler etdirdim varikosel və ciddi bir şey çıxmadı.Həkim bu nə ola bilər? masturbasiyadan ola bilərmi ? təşəkkürlər
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2014 06:24
Salam Kamil. Aydındır ki, səbəbsiz ağrı olmur -doppler müayinə təkrar, başqa klinikada aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rovsen | 1 Sentyabr 2014 08:36
Salam hekim. Menen hekimler biobsi goturubler, biobsi cavabinda hec birdene toxum tapilmiyib. hekimler hec bir sekilde ovladin ola bilmez deyirler. siz bu barede ne deye bilerdiz hekim.
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2014 06:23
Salam Rovsen. Əgər xayadada spermotozoid aşkarlanmırsa, deməli uşaq olması mümkün deyil. Amma bu əməliyyatı keçirən həkimin kvalifikasiyası spermotozoidlərin aşkarlanması ehtimalına birbaşa təsir edir, yəni ola bilər spermotozoid var amma tapılmayıb. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Insan | 31 Avqust 2014 18:47
Salam hekim. Size bir nece sualim var. Xayalardan biri olmasa ne olar? Bir de ki sperm atanda derideki tukler artir?
Dr.Orxan Agabəyov | 1 Sentyabr 2014 06:12
Salam İnsan. 1. Bir xayanın olmaması, mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. 2. Spermanın tüklənmə prosesinə aidiyyatı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
cosqun | 31 Avqust 2014 18:29
salam hekim.menim 20 yasim var. men tez tez masturbasiya edirem..indiye qeder de qadinla cinsi elaqede olmamisam.bunun gelecekde mene bir zereri ola bilermi cinsi elaqe baximindan?bir de gece mende 1- 2 aydan bir gece yuxuda bowalmalar olur .buna gore cox narahatam.bu barede xahiw edirem mene melumat verin..evvelceden tewekkurler..
Dr.Orxan Agabəyov | 1 Sentyabr 2014 06:12
Salam Cosqun. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Gecə boşalmalarının(pollüsiya) səbəbi - müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emil | 31 Avqust 2014 16:25
Salam mende penis eyiriliyi var onu emeliyatsiz mualicesi mumkundur?
Dr.Orxan Agabəyov | 1 Sentyabr 2014 06:12
Salam Emil.  Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.