Emil | 4 Sentyabr 2014 09:39
salam hekim. Mende erken bosalma problemi var, ozum subayam ve 27 yasim var. Dusunure, ki yaxinliq etmemekdendi bu problem. Gecikdirici vasiteler baresinde mesleht vermeyinizi xahis edirem. Tabletler, gel ya sprey - bunlardan hansi nov meslehetdi ve adini da deyin zelmet olmasa. Oncedem tesekkurler
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:36
Salam Emil. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 4 Sentyabr 2014 06:57
Salam hekim. HPV virusuna qarsi vaksinasiya nece olmaq olar? tesekkurler
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:20
Salm Tural. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Iman | 4 Sentyabr 2014 04:55
Salam.Sumqayıtda yaşayıram. Xayalarımın uzunluqları arasında fərq hiss edirəm (Təxminən 5 sm-ə qədər). Bəlkə də bu normaldır? Bir narahatçılığım yoxdur Əvvəllər peşəkar rəqqas olmuşam İndi artıq oynamıram Maşın sürürəm. Xayalar arası fərq nə qədər olmalıdır ki, normal sayılsın. Gələcəkdə hansı problemlər yarana bilər. Rəqqas dostlarımda bu hissədə əməliyyat keçiriblər. Mən də ehtiyat edirəm Bu barədə anlayışım yoxdur.Həkimə getməyə də çəkinirəm 23 yaşım var Cinsi əlaqədə də olmamışam. Bir müddət siqaret çəkmişəm Sonra atmışam. Çəkim 68 kq, boyum 185 sm-dir. Xahiş edirəm xayalar barədə mənə yazın Yaxud hardan məlumat almalı olduğumu mənə məsləhət verin.Əvvəlcədən təşəkkürümü bildirirəm.
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:20
Salam İman. Xayalarda problemin olub-olmamasını öyrənmək üçün -xayaların doppler müayinəsindən keçmək lazımdır. Bu müayinədən sonra bilinəcək - ölçülərdə, strukturda və s. problem var ya yox. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
tural | 4 Sentyabr 2014 03:10
salam hekim. bagiwlayin ola bilsin sualim bir az kobud cixsin ama bilmek isteyirdim evde suni sekilde bowaltmaqin bir zereri var?(meselen heftede 5 defe)
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:19
Salam Tural. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
huseyn | 3 Sentyabr 2014 15:33
Salam hekim mende son 2 gunde hissiyatim olubdur ozumu cox yorgun ve ezgin hiss edirem umumen hissiyatin mualicesi ne qeder meblege basa gelib cixir
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:19
Salam Huseyn. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ekber | 3 Sentyabr 2014 10:56
salam hekim men muaine oldim men de siperma 28 faiz cixdi bunu qorxlu hecne yoxdu ki mualice ile gede biler bi de bi de men her gun cinsi elaqede oluram ola bilmeyen de de mecbur ozum ozimu qutardiram bu men de verdis olub 6 ilden coxdu her gun eleyem birde nece faiz de usaq ola biler xayis edirem sualima cavan yazin indiden cox saqoll Allah razi olsun
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:19
Salam Ekber. Spermoqrammada irəli hərkəətli spermotozoidlərin faizi 32%-dən çox çıxdıqda, göstərici normaya uyğun sayılır. Amma spermoqrammada başqa vacib göstəricilər də var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
behruz | 3 Sentyabr 2014 10:04
Salam hekim 30 yasim var mende penis ele bil balacalasir texminen 16 sm indi 12 13 sm olar xais edirem meslehet verin bunun bir qorxusu varmi bu neyle elaqederdir umumiyyetle operasiya olmadan penisi boyutmek mumkundurmi ve netice nece olur evvelceden tesekkur
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:04
Salam Behruz. Bu daha çox ereksiyanın zəifləməsi ilə əlaqədar ola bilər, yəni penisə qan az dolur və nəticədə daha kiçik görünür. Səbəbləri müəyyənləşdirib, düzgün müalicə taktikası seçmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Taleh | 3 Sentyabr 2014 06:42
Salam hekim. Ùzde ve bedende tuklenmenin zeif olmasi cinsi inkisafla baglidir?
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:04
Salam Taleh. Tüklənmənin zəif olması, ola bilər cinsi hormonların defisiti(azlığı) ilə əlaqədar olsun, amma bu orqanizmin individual xüsusiyyəti də ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elmar | 3 Sentyabr 2014 06:27
Salam hekim.Men 1 il olar ki varikoselden emeliyyat olmusam.fsh 38 idi. spermaqramma - 0 %. indi fsh 33 olub. mualice vasitesile fsh-in seviyyesini normaya salib, spermanin faizini artirmaq mumkundurmu.
Onceden derin tesekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:04
Salam Elmar. Xeyr, bu mümükün deyil. Bu situasiyada süni mayalandırma proseduru daha məqsədəuyğundur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.