ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
akif | 10 Sentyabr 2014 13:28
Salam hekim.Menüm sualim size budu ki mende sperma 0 faizdi qananda denka edibler qanimdada cixmayibdu.Varikizuda yoxladmisam oda yoxdu mende .onuda deyimki mende yumurtalar cox balacadu hekimler deyilerki yumurtalar inkişaf etmeyibdi bu sebeble ola bilet spermanin faizi 0 olsun?bunun malucesu var?Ve ya suni mayalanma etmek olar?qeyd edim ki 22 yasim var.birde mende qalxan vari vez normadan cox balacadi bununla onlarin elaqesi ola biler? İndiden tesekurumu bildirirem.cox xais ederdim sualima cavablandirasiz.
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2014 05:29
Salam Akif. Xayaların kiçik olması, spermanın göstəricilərinin sıfıra bərabər olmasının əsas səbəbbidir. Belə situasiyada, daha çox süni mayalandırma proseduru (əgər xayalarda spermotozoid aşkar olunursa) məsləhət görülür.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elmir | 10 Sentyabr 2014 11:38
Salam Doctor. 25yasim var bu yas dovrune kimi cinsi elaqede 1 defe olmaq istemiwem baslamamiw qurarmisam ugursuz alinibdir. Masaj vasitesiyle cinsiyyet orqani masaj etdirsem bir muddet erken bosalma problemini qismet hell ede bilerem? ve ya cinsi elaqeye daimi olaraq girsem. gecikdirici ile el ile gec bosaliram ancaq kremden istifade ederken istifade etmedimse 1 deq erzinde bosalma olur. mene meslehet vererdiniz daimi cinsi elaqede olsam tez bosalmani hell ede bilerem yoxsa masaj vasitesi ile? evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2014 05:29
Salam Elmir. Erkən boşalmanın müalicəsində massaj istifadə olunmur, bu sadəcə cəfəngiyyatdır. Əgər 25 yaşa kimi uğurlu cinsi təcrübə yoxdursa, bu problem  xüsusi - həm dərman preparatları, həmdə xüsusi seksterapiya üsulları ilə müalicə olunmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ELDAR | 10 Sentyabr 2014 07:47
SALAM HEKIM.Sualim beledir,men her hefte bir defe masturbasiya edirem.Bunun bedene bir ziyani varmi?Ve bilmek isteyiremki, masturbasiya etmek nece gunden bir normal sayilir.Hekim deyirler ki, coxlu masturbasiya etmek uz cizgilerinin tez qiriwmasina getirib cixardir bu dogrudur? Xahiw edirem suallarimi cavablandirasiniz.Onceden tewekkurler.Hekim men sizin qebulunuzda olmaq isteyirem.Heftenin hansi gunleri qebul gunudur? mumkunse yazin.Sagolun
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2014 05:29
Salam Eldar. Saytda masturbasiya haqqında məqalə var və həmin məqalədən lazım olan informasiyanı əldə edə bilərsiz. Bircə onu deyim ki, masturbasiyanın üz qırışlarına və s. anatomik dəyişikliklərə aidiyyatı yoxdur. Həftənin 6 günü müraciət edə bilərsiz, bazar günündən savayı, amma öncədən, qəbul vaxtını dəqiqləşdirmək üçün  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
ceyhun | 9 Sentyabr 2014 16:56
Salam həkim. size sualim dord ay olar ki damar genislenmesinden emeliyyat olmusam. tez-tez cinsi elaqede olmagin faizin artmasina ziyani ne qederdi. bununla bagli tebii ve ya tibbi usulla ne meslehet bilirsiniz?
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2014 05:30
Salam Ceyhun. Cinsi həyatın ritminin, spermanın faizinə heç bir aidiyyatı yoxdur. Varikosele əməliyyatından sonra, spermanın keyfiyyətinin artırılmasına nail olmaq üçün, xüsusu stimullaşdırıcı müalicə kursları təyin olana bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elcin | 8 Sentyabr 2014 17:46
salam doktor.İki ildən çoxdur ki xroniki prostatit var məndə.Amma əvvəllər gecələr sidiyə qalxmırdım.İndi isə hər gecə eyni vaxtda saat 2-də səhərə yaxın 5-6 da qalxıram.Həkim sidiyə getdikdən sonra bəzən sidik yolunda yox düz bağırsağın ağzında yanma hiss edirəm.Bu ağrılar sidiyə getməyəndə də olur mənə çox əziyyət verir.Birdən də 5-10 gün həmin göynəmə hissləri olmur.Divanda oturanda mənə elə gəlir ki prostatım divana dəyir.bütün bunlar nəyin əlaməti ola bilər.Əvvəlcədən təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2014 05:30
Salam Elcin.  Xroniki prostatit elə xəstəlikdir ki, müalicədən müəyyən müddət keçəndən sonra, təkrar kəskinləşə bilər. Ona görə də xroniki prostatitin müalicəsində, ildə 2 dəfə(yazda və payızda) profilaktik kurslar tətbiq olunur. Və hal-hazırda kəskinləşmə periodu ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vusal | 8 Sentyabr 2014 15:22
Salam, həkim! Sualıma görə üzr istəyirəm! Lakin cavablandırmağınız mənim üçün çox vacibdir. Mən 2-3 il mastubrasiya ilə məşğul oldum. Birdən-birə mastubrasiyanı dayandırmağım bir fəsada səbəb ola bilərmi? Әvvəlcədən təşəkkürlər!
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2014 06:12
Salam Vusal. Əgər masturbasiyanı dayandırıb, müntəzəm cinsi həyata başlayırsızsa, heç bir problem olmaz. Əgər sadəcə masturbasiyanı dayandırırsız və heç bir boşalma da olmur, bu cinsiyyət sistemi üçün çox böyük problemlər yarada bilər.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
tural | 8 Sentyabr 2014 11:07
salam 2 hefte bundan qabaq sperma analizi vermisem spermagramma eyakulyatin hecm 3.0 ml eyakulyatin rengi bozumtul ag ozluluk 0.5 eyakulyatin iyi spesivlik durulasma 30 deq ph 8.0 1mlde spermatozid miqdari 80 mln eyakulyatdaspermatozid miqdari 240 mln hereketli spermatozid faizi 90% aktiv duzxet ireli 60% zeif duz ve ya qeyri duz xetli 10% yerinde aktiv ve ya reqsli hereketli 10% hereketsiz 10% a b sinifi suret orta suret 70% patoloji formali spermatozid faizi 5% bas 5% quyruq- beden- spermaaqriqasiya neqativ spermaaqlutinasiya pozitiv quyruqquyruga - basbasa- qarisiq cox miqdarda epitel huceyreler tek-tek spermatogonez huceyre 5% leykositler 3-5 eritositler tek-tek lesitin deneleri cox miq selik az miq betxer kristal tek-tek 2-ci kagiz deyerlendirilen sperm say 133 eyakulyatdaki umumi sperm 235.4 1 ml spermatozid say 78.5 1 ml ktiv spermatozid sayi 117 hereket 88.0 aktiv 60.2 orta19.5 yavas bu gosterlicilerle evleenende ovladim ola biler ve bu analizle ozozne sperma axa biler?
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2014 05:30
Salam Tural. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Sidik kanalından axıntıların olması, cinsi yolla yoluxan infeksiyanın əlaməti ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rüfət | 8 Sentyabr 2014 10:29
Salam hekim evvelceden bagislayin.....menim 20 yashim var masturbasiyadan sonra sag xayamda agrilar olur...bezen bu agri butun gun davam edir...1 il evvel ayagim dartilannan sonra bu bashlayib....bu ne ola biler?
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2014 05:30
Salam Rüfət. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ismayil | 8 Sentyabr 2014 07:02
Salam hekim. Men proteyn alib icmek isteyirem ezelemin yaxshi inkisafi ucun. Hami deyirki ziyandi protein sonsuzluq emele getirir ve s kimi xestelikler. Cox xais edirem komek edesiniz hekim ne meslehet gorursuz? Tewekkur edirem
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2014 05:31
Salam Ismayil. İdmanda 2 tip vasitələr istifadə olunur  - idman qidaları(protein, amino, qeyner və s.) və steroidlər.  Steroidlər ziyanlıdı, amma idman qidaları yalnız xeyir verir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
orxan | 4 Sentyabr 2014 16:29
salam hekim mende son 3 ayda qeribe bir shey yaranib demek penisimin bashi cox hessas olub yeni yolda yeriyerken bele sanki penis bashi surtulur ve qiciqlanma hissi bash verir qiciqlanir qidiqlanma kimidir. mexsusen cinsi elaqe zamani penish bashi qiciqlanir ve lezzet alma duygusu qiciqlanma ile evez olunur eyni hal cinsi elaqe zamani boshalandan sonra da olur yani boshaliram ama cox pis qiciqlanir. cinsi elaqeden sonra silinmek isteyerken yene hemen veziyyet sizce bu penis bashi qiciqlanmasi neden olar nedir ele meni cox narahat edir qeyd edim ki 22 yashim var..
Dr.Orxan Agabəyov | 5 Sentyabr 2014 06:38
Salam Orxan. Bu ya cinsi infeksiya ilə əlaqəli ya da dəri xəstəliyi ilə əlaqədar ola bilər. Hər bir halda dəqiləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.