ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Ziko | 30 İyul 2012 14:59
Salam Orxan hekim meni en azi neche faizi qaldira bilirsiz.
Dr.Orxan Agabəyov | 30 İyul 2012 17:38
Salam Ziko. Sual aydın deyil. Əgər söhbət spermogrammadakı aktiv hərəkətli spermatozoidlərin faizindən gedirsə, hər şey Sizin hal-hazırda olan nəticələrdən asılıdı. Nəticəyə baxıb və azalmanın səbəblərini müəyyənləşdirəndən sonra, proqnozlar vermək olar.
Terlan | 23 İyul 2012 19:56
Hekim salam.menim 20 yawim var.2 dsefe cinsi elaqede olmuwam..1cide ickili idim belke ona gore potensial ölmuwdu. ama 2cisde ayiq bawla idim.ama evelce oral sexle mewqul olduq..ereksiya baw verdi tam normal durdu.ama ne vaxd ki vowel v neye. 1 2 dvijeniyadan sonra öldu moy chlen..evde masturbaciya eliyende tam normal olur her wey.ama qizla olanda alinmir ( belke o psixoloji halı mende masturbaciya yaradib :( ola biler?
Dr.Orxan Agabəyov | 25 İyul 2012 11:46
Salam Terlan. Sizdə olan problem böyük ehtimalla psixolojidir ("debut" problemləri - cinsi həyata başlayarkən, təcrübəsizlikdən yaranan problemlər). Masturbasiyanın bu probleminin yaranmasında heç bir mənfi rolu yoxdur. Bu hal çox rahat aradan qalxır - sadəcə çalışın az həyacanlanın və özünüzə inamı artırın. Əgər bu problem tam həll olunmasa, problemi gecikdirməyin - həkimə müraciət edin. Uğurlar.
Osman | 11 İyul 2012 15:02
Salam Orxan hekim. men cinsi elaqeden sora ozumu narahat hiss eledim ve uzerinden 8 ay kecdikden sora hekime muraciet eledim ve analiz verdim. Analizin cavabinda mende Ureaplazmoz infeksiyasinin oldugu mueyenlewdi ve hal hazirda mualice aliram. Hekim bu ne derece qorxuludur ve tam sagalan infeksiyadir yoxsa nece?? zehmet deyilse etrafli bu barede oyrenmek isteyerdim. Onceden Allah razi olsun!!!
Dr.Orxan Agabəyov | 12 İyul 2012 16:58
Salam Osman. Ureaplazmozun törədicisi olan - Ureaplazma urealiticum və Ureaplazma parvum, şərti patogen mikroorqanizmlərdir. Onlar  xəstəliyə səbəb ola bilərlər, lakin eyni zamanda çox vaxt praktiki sağlam insanlarda da müşahidə oluna bilər. Yoluxma qorunmamış cinsi əlaqə zamanı yoluxmuş partnyotrdan baş verir. Ureaplazma o qədərdə gorxulu infeksiya deyil və düzgün müalicə olunarsa - tam aradan götürülə bilər. Ureaplazmozun müalicəsi üçün antibiotiklər və immunomodulyatorlar təyin edilir. Müalicədən sonra xəstə məcburi qaydada laborator kontroldan keçməlidir. Uğurlar!
sabina | 7 İyul 2012 19:08
salam hekim.xlamidioz ve trixomoniaz hansi yollarla kecir? yalniz cinsi yolla?
Dr.Orxan Agabəyov | 9 İyul 2012 09:19
Salam Sabina. 1.Əksər hallarda xlamidioz ilə yoluxma vaginal və anal cinsi əlaqə zamanı baş verir. Oral cinsi əlaqə zamanı yoluxma mümkündür, lakin az ehtimal olunandır. Məişət yolu ilə yoluxma az ehtimal olunur (xlamidiyalar organizmdən kənar yaşaya bilmirlər ) 2.Trixomoniaz ilə yoluxma vaginal cinsi əlaqə zamanı baş verir. Oral və anal cinsi əlaqə zamanı yoluxma az ehtimal olunur. Nadir hallarda trixomoniaz  məişət yolu ilə - trixomoniaz ilə xəstə insanın şəxsi gigiyena əşyalarından (dəsmal, hamam lifi, sabun və s.) istifadə etməklə yoluxmaq olar.  Trixomoniazın məişət yolu ilə keçməyi, xlamidiyadan daha realdı.
Vusal | 17 İyun 2012 08:05
Salam Orxan hekim.Men cinsi elaqede olarken ehtiras hissini hiss etsemde sertlewme chox zeif olur. Tam qalxmagi an meselesidi ve az sonra bowalma prosesi.vse.Bash veren ureyimce olmur. Zehmet olmasa mene bir meslehet vererdiz.Bu ( tam qalxmamasi) menim hissimin zeif olmasindandir, yoxsa prostatda ve ya penisde olan chatishmazliqdi?ve ya psixoloji problemdir? Onceden teshekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 19 İyun 2012 09:13
Salam Vusal. Eyni vaxtda həm sərtləşmənin zəif olması, həmdə erkən boşalmanın olması, problemiin daha çox psixoloji olduğunu göstərir. Amma konkret bir fikir demək ücün informasiya azdı (ayrı-ayrı gadınlarla problem yaşanır, ya bir gadınla? masturbasiya zamanı necə olur? və s.). Hər halda nə qədər tez bu problemi aradan qaldırmağa çalışsaz , bir o qədər asan olar. Uğurlar.
Samir | 24 May 2012 05:08
Salam Orxan həkim. Mən cinsi əlaqədə olarkən boşalma erkən olur və ya intim əlaqəyə girməyə hazırlaşarkən boşalma baş verir. Bu da nəticədə mənə lazım olan zövqü almağa imkan vermir, hesab edirəm ki, qarşı tərəf də zövq almır. İlkin boşalmadan sonra 2-ci dəfə intim əlaqə də təqribən 2 dəq çəkir. Tez də yoruluram. Bu problem barədə Sizdən məsləhət görməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm...
Dr.Orxan Agabəyov | 24 May 2012 12:11
Salam Samir. Sizi narahat edən problemin, bir necə səbəbi ola bilər: 1.Cinsi əlaqələrin və masturbasiyanın az olması - uzun fasilələr ehtirasın səviyуəsini artırır. 2. Cinsiyyat sisteminin iltihabi xəstəlikləkləri. 3. Penisin dərisinin hiperhəssas olması və s. Əgər problemin səbəbini bilsəz - həll etmək asan olar. Umumi bir necə məsləhət: Prezervatilərdən istifadə edin – penisin hissiyatını azaldır. Cinsi əlaqədən əvvəl masturbasiya edin - cinsi əlaqənin müddətini artıracaq. Cinsi əlaqə zamanı, hərdən gözlərinizi yumun – bu ehtirasın səviyyəsini azaldacaq. Uğurlar.